Sədəqə malı azaltmır

 
Sədəqə malı azaltmır

Əbu Hureyrə (s.a.v) Peyğəmbərin belə buyurduğunu söyləmişdir: “Sədəqə malı azaltmır. Əfv edən qulu Allah izzətləndirər. Kim Allah üçün təvazökar olarsa, Allah onu yüksəldər.” Müslim rəvayət etmişdir.
(Müslim: Xeyirxahlıq, qohumluq və ədəb ? 2588. Tirmizi: Xeyirxahlıq və qohumluq ? 2029. Əhməd: 2/386. Malik: Cəmi ? 1885. Darimi: Zəkat ? 1676.)

Şərh

Bu hədis sədəqənin, əfvin və təvazökarlığın fəzilətini özündə cəm etmiş, onların dünya və axirətdəki səmərələrini açıqlamışdır. Sədəqənin malı azaltdığını, əfvin izzətə, təvazökarlığın isə qürura zidd olduğunu düşünmək yanlışlıq və yalan üzərində qurulmuş zəndir.

Əslində sədəqə malı azaltmır. Malın məbləğini azaltdığını fərz etsək, başqa cəhətdən onu artırdığını görərik. Sədəqə mala bərəkət verir, ondan ziyanı uzaqlaşdırır, onu artırır, onu verən şəxsə başqa ruzi qapıları açır. Malın məbləğinin azacıq azalması belə qiymətli səmərələrə dəymirmi?!
Allah üçün lazımi yerə verilən sədəqə qəti olaraq malı azaltmır. Bu, Peyğəmbərdən  nəql edilən rəvayətlərlə və eləcə də müşahidə və məlum təcrübə yolları ilə öz təsdiqini tapıbdır. Bu məziyyətdən əlavə mal sahibi üçün Allah dərgahında böyük savab, xeyir və ucalıq vardır.
Cinayətkarların söz və əməllə etdikləri günahları əfv etmək özünü alçaltmaq deyil. Əksinə bu, izzətdir. Əsl izzət, rəqibinə və düşməninə qalib gəlmək iqtidarında ola-ola, Allah dərgahında və yaradılanlar qarşısında yüksəlməkdir.
Əfv edənin insanlar qarşısında qazandığı xeyir və tərif, düşmənin dosta çevrilməsi, adamların əfv edənə olan münasibətin dəyişməsi və ona düşməninə qarşı söz və əməllə kömək etmələri hamıya məlumdur. Allah belə insanla onun əməlinə müvafiq davranar. Kim Allahın qullarını əfv edərsə, Allah da onu əfv edər. Həmçinin Allah və Onun qulları üçün təvazökar olanın dərəcəsi qaldırılar. Allah bu növ yüksəlişi belə vəsf etmişdir: “Ey iman gətirənlər! Sizə: “Məclislərdə (mömin qardaşlarınıza) yer verin!” – deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin. Eləcə də sizə: “Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!” (Mucadələ: 11).
Elmin və imanın ən dəyərli səmərələrindən biri də təvazökarlıqdır. O, haqqa kamil şəkildə boyun əymək, əmri yerinə yetirib qadağadan çəkinməklə Allaha və Onun elçisinə itaət etmək, eləcə də Allahın qulları ilə təvazökar davranmaq, onların halına acımaq, böyüyün və kiçiyin qayğısına qalmaqdır. Bunun əksi isə təkəbbürlükdür. O, haqqa qarşı saymazlıq və insanları təhqir etməkdir.
Hədisdə qeyd olunan bu üç növ muhsinlərin (yaxşı əməl sahiblərinin) ilkin simalarıdır. Biri ehtiyaclılara maddi kömək etməklə malı ilə yaxşı əməl sahibi olur. Digəri pis işlərə yol verənləri əfv etməklə yaxşı əməl sahibi ola bilir. Sonuncusu isə, insanlarla həlim, təvazökar və gözəl əxlaqlı davrandığına görə yaxşı əməl sahibi olur. Onlar öz əxlaqları və yaxşılıqları ilə insanlara rahatlıq vermişlər. Allah da onları yüksəltmişdir. Nəticədə onlar axirət savabı ilə yanaşı bu dünyada insanlar arasında ən hörmətli yerə layiq görülmüşlər.
Peyğəmbərin (s.a.v) “Kim Allah üçün təvazökar olarsa” kəlamında insanın məqsədinin yaxşı, təvazökarlığının isə ixlaslı olması qeyd olunur. Əksər insanlar imkanlı şəxslərdən dünya malı qoparmaq və ya başçılardan istədiklərini almaq üçün özlərini təvazökar kimi aparırlar. Bəzi hallarda isə təvazökarlıq riyakarcasına edilir. Bütün bu hallar fəsadlı sayılırlar. Bəndəyə yalnız Allaha yaxınlaşmaq, Onun verdiyi savabı qazanmaq və insanlara yaxşılıq üçün göstərdiyi təvazökarlıq xeyir verər. Yaxşılığın kamilliyi və ruhu isə, Allah üçün ixlaslı olmaqdadır.


Geri dön

G♥S

  • 31 dekabr 2014 01:07
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
tewekkurler meqalencun

--------------------

Gr-Az

  • 18 dekabr 2014 16:28
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Allah razi olsun..!

Aylowka)))

  • 17 dekabr 2014 21:57
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

G♥S

  • 17 dekabr 2014 14:34
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Allah razi olsun..!

--------------------

★Love World★

  • 16 dekabr 2014 22:28
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 16 dekabr 2014 21:23
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
ALLAH Sizden Qat-Qat Razi Olsun...

--------------------

Pıtırcık

  • 16 dekabr 2014 20:52
  • Məqalə: 388
  • Şərh: 9519
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

♔ sinყσriτα ♔

  • 16 dekabr 2014 20:45
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Ilk Wer Yenede Menden tongue ALLAH Razi Olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 30

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}