Ey gizli zəzinə

 
Ey gizli zəzinə

Sən elə bir Gizli Xəzinəsən ki, aşkar olmaq istədin.

Elə bir Xəzinəsən ki, gizlədilməyə ehtiyac duymazsan, zira nakəslərin sahiblənməyəcəyi bir əsrarsan.

Elə bir Xəzinəsən ki, səni tapanlar nə qədər sevinsələr belə, Sənin sevincinə tay sevinə bilmizlər.

Elə bir Xəzinəsən ki, sənə aparan yolları tapmaq üçün bizlərə işarətləri aşkar etmisən.

Sənə doğru gələnlərin gecə qaranlığında azmamaları üçün hidayət çıraqları qərar vermisən, tufanlı, firtinalı dəryalarda batmasınlar deyə, nicat gəmiləri düzəltmisən.

Xəzinəndən bixəbər insanlar əllərində olanları nə isə sanıb, bunların itməsi qorxusundan narahat olublar.

Ey Gizli Xəzinə, bu boyda xəzinən içində bir gövhər yetişdirdin ki, xəzinəndə olanların varlığı onun nuruna borcludur. Elə bir gövhər ki, bütün bu misilli gövhərlər onun nurunun təcəllisindən işıqlandılar. Onlar onun varlığının müjdəçiləri oldu.

O, elə bir gövhərdir ki, ta Qiyamətə qədər səni sevənlərin meyarını ona olan münasibətlə müəyyənləşdiridin. Onu sevənləri Özünə dost, ona kin saxlayanları Özünə düşmən tutdun. Gövhər nə gövhər! Gözəlliyinə gözəlliklər təəccüb edir.

Ey Gizli Xəzinə, o elə bir gövhərdir ki, ozünü agah etmək üçün onu layiq gördün. Ona verdin bu şərəfli işi. Və onun dilindən cari etdin sirlərini. Ona nə qədər tənə vurub, ləkə yaxmaq istəsələr belə, onu bir o qədər ucaltdın, bir o qədər nurunu aləmə aşkar etdin. Elə bir nur ki, özün istəməyənə qədər heç bir kəs tərəfindən söndürülməyəcək.

Ey Gizli Xəzinə, onu Yer üzündə bir insan simasında təcəlli etdirdin və adını Muhəmməd (s) qoydun. Öz adını onun adından belə ayırmadın. Mübarək adını o adın içində gizli saxladın. Necə ki, Özün bir an ondan nəzərini götürməmişdin. Onu Yer üzünə endirəndə pak bir ailədə, pak bir yerdə qərar verdin. O zəmanədə ən napakların burnunu yerə sürtdün. O gecə bütün zalımları narahat etdin. O gecə bütün məzlumları şad etdin.

Ey Əsrar, bu Nurundan elə mərcanlar, ləl-cəvahiratlar zahir oldu ki, Sənin xəzinənin necəliyini layiqincə təcəssüm etdirdilər. Bu ləl-cəvahiratların hər biri sevə-sevə özünü bu nurun pərvanəsinə çevirdilər və hər biri nurunun şöləsinin daha gur yanması üçün özlərini bu nurda fəda etdilər.

Ya Rəbbi, bizləri də bu nurun pərvanəsi olmaq şərəfinə layiq et. Nurunun son Pərvanəsinin zühur vaxtına qədər bizim canımızı alma. Amin!


Geri dön

music_angel

  • 4 sentyabr 2011 16:57
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

::..ONSLAUGHT::..

  • 24 fevral 2011 18:08
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
yaziya gore twk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 23 fevral 2011 15:02
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
yaziya gore twk

sevgi_meleyim.

  • 23 fevral 2011 14:42
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
tsk. Allah razi olsun, cox beyendim.

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

OpTiMiStKa

  • 23 fevral 2011 13:01
  • Məqalə: 23
  • Şərh: 375
  • Bal:
{awards}
Sitat: AYSE17
Tşk yazı yaxşıdı amma basa düşmədim zezine nedi?


--------------------

Nur_Ay

  • 23 fevral 2011 13:00
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TWK MARAQLI XEBERE GORE...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 11
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}