Dəri tipinə uyğun qulluq qaydaları

 
Dəri tipinə uyğun qulluq qaydaları


İnsanın dərisi 3 qatdan ibarətdir: epidermis, derma (dərinin özü), dərialtı piy toxuması. Ətraf mühitin təsirinə bilavasitə məruz qalan xarici qat epidermis adlanır. Bu qatın qalınlığı təxminən 0,3-1 mm-dir. Ən nazik epidermis qatı göz qapaqlarında, ən qalın epidermis qatı isə əllərin iç və ayaqların alt səthində olur. Bununla yanaşı, su-yağ balansının vəziyyətindən asılı olaraq insanların üz dərisinin aşağıdakı tipləri ayırd edilir: normal dəri; quru dəri; yağlı dəri; qarışıq dəri. İnsan öz dəri tipini necə müəyyən edə bilər?

Bunun üçün aşağıdakıları etmək lazımdır:
Kosmetik süddən istifadə etməklə üzünüzü yuyun.
Bir saat gözləyin.
Diqqət yetirin ki, dərinizdə dartılma hissiyyatı varmı
Bir neçə ədəd nazik kağız (məsələn, siqaret kağızı) parçası götürərək onları dərinizin müxtəlif hissələrinə (çənə, yanaqlar, alın, burun) sıxın.
Daha sonra bu kağız parçasını işığa tutaraq onun üzərində yağlılıq izlərinin olub-olmamasına diqqət yetirin.
Əgər bütün kağız parçalarında yağ izləri olarsa, demək, sizin dəriniz yağlı dəri tipinə, əgər yağ izləri yalnız alın, burun və çənəyə qoyulmuş vərəqlərdə olarsa, sizin dəriniz qarışıq dəri tipinə, əgər yağ izləri heç bir kağız parçalarında olmazsa, sizin dəriniz normal dəri tipinə, əgər dərinizdə onun dartılması hissiyyatı olarsa, sizin dəriniz quru dəri tipinə aid edilir.

Üzün dərisinə gündəlik ümumi qulluq qaydaları:
Üzünüzü sərin su ilə (otaq temperaturundan artıq olmayan) yumaq daha yaxşı hesab olunur. Yalnız yağlı dərisi olan insanlar istisna təşkil edirlər. Belə dərisi olanlar üzlərini əvvəlcə ilıq su ilə yumalı, daha sonra isə nisbətən sərin su ilə yaxalamalıdırlar. Sabunla yumağa gəldikdə isə, kosmetoloqların ümumi rəyinə əsasən, dərinin tipindən asılı olmayaraq, üz dərisinin sabunla yuyulması, ümumiyyətlə, məsləhət görülmür. Sabun əvəzinə xüsusi gel və xüsusi köpüklənən vasitələrdən ("penka”) istifadə etmək daha məqsədəuyğun hesab edilir.
Mütəxəssislər hər dəri tipi üçün xüsusi gel və köpüklənən vasitələr hazırlayıblar. Hər bir şəxs yalnız öz dəri tipinə uyğun olan vasitələrdən istifadə etməlidir! Üzün dərisini gün ərzində 1 dəfədən artıq olmayaraq – səhərlər su ilə yumaq məsləhət görülür (yağlı dəri istisna olmaqla – bu dərini gündə 2 dəfə su ilə yumaq olar).
Hər səhər dərinin gündəlik təmizlənməsindən sonra onu soyuducunun buz qabında hazırlanmış, kub şəklində olan buz parçası ilə ehtiyatla sürtmək olar. Bu, dəri hüceyrələrində mübadilə prosesini gücləndirərək qırışların hamarlanmasına, üz dərisinin gözəl rəng almasına, yanaqların təbii olaraq qızarmasına səbəb olur. Biz qadınlar makiyajdan gündəlik istifadə etdiyimizə görə dəri gün ərzində yorulur və aktiv nəfəs almır. Bu səbəbdən qulluq zamanını daha çox axşamlar, işdən, gəzintidən sonra etmək məsləhət görülür.
Makijaydan təmizlənmiş üz dincəlir və rahat nəfəs alır. Bu zaman edilən qulluqlar daha çox effekt verir. Üzünüzə avokado tərkibli maskalar etmək və ya kremlər çəkməklə quru üz dərinizi nəmləndirə, bir çox vitaminlərlə zənginləşdirə bilərsiniz. Zeytun yağı kimi doymamış yağla zəngin olan bu meyvə eyni zamanda, dəriyə müsbət təsir edən B qrupu vitaminlərinin ən yaxşı qaynağıdır. Bu yağ Günəş şüasından müdafiə edir, qırışları azaldır. Bədəndə isə sellülitlə mübarizə aparmaq üçün çox faydalıdır. Bu yağ tərkibli kremlərdən mütəmadi istifadə üz dərisinə parıltı bəxş edir, təravətləndirir.
Üz dərisinə qulluq edərkən əsas silahdaşları - kremləri unutmayın. Xüsusilə, avokado tərkibli kremlər üz dərisi və qırışların aradan qaldırılması üçün əvəzsizdir. Gündüz və ya gecə istifadə etməklə dərinizin enerjisini artıra, yaşlanma prosesini ləngidə bilərsiniz. Bu tərkibli kremlər dəriyə dərhal hopur, onu hamarlaşdırır, yaranacaq qırışların qarşısını alır.
Onu da qeyd edək ki, həssas dəri digər dəri növlərinə nisbətən daha çox və diqqətli qulluq tələb edir. Ona görə də bu cür dəri tipinə sahib olan xanımlar hər zaman daha unikal vasitələr axtarışında olurlar. Bu dəri növünə istənilən kiçik dəyişiklik- Günəş, havadakı toz, yazın gəlişi ilə əlaqədar təbiətdə baş verən tozlanma prosesi və digər mövsümi dəyişiklikər qıcıqlanma verə və narahatlıq yarada bilər. Məhz bu səbəbləri nəzərə alaraq dermatoloqlar daim yenilik axtarışındadırlar, onlar bu problemi aradan qaldırmaq üçün daha unikal vasitələr hazırlamağa çalışırlar.
Həssas dərili xanımlar dərinin qıcıqlanmasını azaldan və dərini gərgin stressdən müdafiə edən əsl "sipər” rolunu oynayan krem istifadə etməlidirlər. Bu, allergiya riskini minimuma endirmək üçün diqqətlə seçilmiş inqrediyentlər əsasında hazırlanmalıdır.



Geri dön

G♥S

  • 30 dekabr 2014 23:12
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
meqalencun cox sagol

--------------------

princessa_selin

  • 23 dekabr 2014 14:38
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Həssas dərili xanımlar dərinin qıcıqlanmasını azaldan və dərini gərgin stressdən müdafiə edən əsl "sipər” rolunu oynayan krem istifadə etməlidirlər. Bu, allergiya riskini minimuma endirmək üçün diqqətlə seçilmiş inqrediyentlər əsasında hazırlanmalıdır.

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 23 dekabr 2014 00:52
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Təşəkkür canim

Aylowka)))

  • 21 dekabr 2014 21:06
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Cox sagolun meslehetlere gore)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

princessa_selin

  • 21 dekabr 2014 20:29
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
osmetik süddən istifadə etməklə üzünüzü yuyun.
Bir saat gözləyin.
Diqqət yetirin ki, dərinizdə dartılma hissiyyatı varmı
Bir neçə ədəd nazik kağız (məsələn, siqaret kağızı) parçası götürərək onları dərinizin müxtəlif hissələrinə (çənə, yanaqlar, alın, burun) sıxın.
Daha sonra bu kağız parçasını işığa tutaraq onun üzərində yağlılıq izlərinin olub-olmamasına diqqət yetirin.
Əgər bütün kağız parçalarında yağ izləri olarsa, demək, sizin dəriniz yağlı dəri tipinə, əgər yağ izləri yalnız alın, burun və çənəyə qoyulmuş vərəqlərdə olarsa, sizin dəriniz qarışıq dəri tipinə, əgər yağ izləri heç bir kağız parçalarında olmazsa, sizin dəriniz normal dəri tipinə, əgər dərinizdə onun dartılması hissiyyatı olarsa, sizin dəriniz quru dəri tipinə aid edilir.

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 21 dekabr 2014 20:10
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
ilk werh menden wink

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

♔ sinყσriτα ♔

  • 21 dekabr 2014 19:35
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Tewekkurler...

•●Miňi Miňňacık•●

  • 21 dekabr 2014 19:30
  • Məqalə: 25
  • Şərh: 1034
  • Bal:
{awards}
Cox sagolun...

--------------------

Gr-Az

  • 21 dekabr 2014 18:51
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Tewekkurler

Pıtırcık

  • 21 dekabr 2014 18:44
  • Məqalə: 386
  • Şərh: 9508
  • Bal:
{awards}
TESEKKURLER XEBERE GORE

--------------------
http://legend.az/user/imza/

ツDirectionerツ

  • 21 dekabr 2014 18:35
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
{awards}
gozel xeberdi tewekkurlerr))) bully winked

--------------------



Louis Tomlinson♥

♔ Rapuиzel ♔

  • 21 dekabr 2014 18:31
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Təşəkkürlər....

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 21 dekabr 2014 18:26
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Cox Sag Olun...

--------------------

Elya Alieva

  • 21 dekabr 2014 17:36
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

G♥S

  • 21 dekabr 2014 17:34
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Ilk werh menden^_^

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 66

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 386
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}