Mürəbbə reseptlərinin hamsı

 
Mürəbbə reseptlərinin hamsı

Alça mürəbbəsi
Mürəbbə bişirmək üçün iri bağ alçası sortları, xüsusilə Ərəş və İstanbul alça sortları götürülür. Bu alçalar tam yetişdikdə qırmızı rəngdə olmaqla bir ədədin kütləsi 40 qrama çatır. Alçanın qabığı soyulur. 1,5-2,0 saat müddətində əhəng suyunda saxlanılır, təmiz yuyulur və bir neçə yerdən deşdəklənir. Beləliklə, hazırlanmış alçanın üzərinə şəkər şərbəti tökülüb 6-8 saat saxlanılır. Mürəbbəni arada qarışdırmaq lazımdır.

Xar tut mürəbbəsi
Azərbaycanda, xüsusən Abşeron yarımadasında bir çox qara tut sortları yetişir ki, bunlardan da ən keyfiyyətlisi xar tut adlanır. Ağ tutdan olduğu kimi, qara tutdan da mürəbbə bişirilir. Xar tutun iri gilələri seçilir və üzərinə şəkər tozu səpilib 8-10 saat saxlanılır. Mürəbbəni zəif alov üzərində arada 8 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirirlər. Xar tut gilələrinin üzərinə qaynar su əlavə edilir.

Tut mürəbbəsi
Ağ tut – 1kq, şəkər – 1,2kq, lumu turşusu – 2q. Seçilmiş tutun üzərinə şəkər şərbəti əlavə edilir, və zəif alov üzərində 5 dəqiqə qaynadılıb, 20-25 0C-yə qədər soyudulur. İkinci dəfə 8-10 dəqiqə qaynadılıb soyudulur və üçüncü dəfə hazır olana kimi bişirilir. Hazır olana yaxın lumu turşusu əlavə edilir.

Naringi mürəbbəsi
Naringi – 1kq, şəkər – 1,2kq. Bütöv naringiləri 90 0S-də 15 dəq pörtülür, soyudulur və 10-12 saat soyuq suda saxlayırlar. Sonra naringiləri uzununa yarıya bölüb üzərinə şərbət tökür və 6-8 saat saxlayırlar. Şərbəti ayrıca qızdırıb naringinin üzərinə tökmək şərtilə mürəbbəni 4 dəfəyə bişirirlər.

Cənnət almasından mürəbbə
Alma – 1kq, şəkər – 1,3-1,5kq. Cənnət almasının çiçək kasacığını təmizləyirlər, saplağını isə yarıdan kəsirlər. Sonra almanı bir neçə yerdən deşdəkləyib 3-5 dəqiqə pörtürlər. Üzərinə şəkər şərbəti töküb 3-4 saat saxlayırlar. Zəif alov üzərində qızdırılmaqla 5-7 dəqiqə qaynadılıb, 6-8 saat saxladıqdan sonra ikinci dəfə 7-10 dəqiqə hazır olana kimi bişirirlər.

Pomidor mürəbbəsi
Pomidor – 1kq, şəkər – 1,3kq, vanilin – 0,5q. Mürəbbə bişirmək üçün xırda gavalıya oxşar pomidorlar götürülür. Pomidorlar 5-8 saniyə qaynayan suya salınıb dərhal soyuq suda soyudulur və qabığı təmizlənir. Pomidorların üzərinə qaynar şərbət tökülüb 1 gün saxlanılır. İkinci gün şərbət süzülür, qaynadılır və pomidorların üstünə tökülür. Üçüncü gün əməliyyat təkrar edilir. 4-cü günü isə mürəbbə hazır olur.

Badımcan mürəbbəsi
Təmizlənmiş badımcan – 1kq, şəkər – 1,5kq, lumu turşusu – 1,5q, vanilin – 0,5q. Mürəbbə bişirmək üçün 3-4 günlük xırda badımcanlar götürülür. Saplağı kəsilir, qabığı soyulur və 5-6 saat soda məhlulunda saxlanılır. Sonra badımcanlar yuyulur, bir neçə yerdən deşdəklənir, üzərinə qaynar şərbət tökülüb 8-10 saat saxlanılır. İkinci gün şərbət süzülür, qaynadılır və badımcanların üstünə tökülür.

Ağ gilas mürəbbəsi
Çəyirdəyi çıxardılmış gilas – 1kq, şəkər tozu – 1,2kq, limon turşusu – 2q, vanilin – 1q və ya hil 3q. Mürəbbə bişirmək üçün ətli gilas növləri götürülür. Çəyirdəyi çıxarılmış gilasın üzərinə şəkər tozu əlavə edilir, 3-5 saat saxlanılır. Zəif alov üzərində hər dəfə 6-8 dəqiqə qaynadılıb 5-6 saat saxlanılmaqla 3 dəfəyə bişirilir.

Ərik mürəbbəsi
Ərik – 1kq, şəkər – 1,2kq. İri əriyin çəyirdəyi çıxarılır , xırdalar isə bütöv bişirilir. Əriyin səthi 8-10 yerdən deşdəklənir və 1 dəq suda pörtülür. Üzərinə qaynar şərbət tökülür. 8-10 saat saxlanılır. Arada 8 saat saxlamaq şərtilə 3 dəfə mürəbənin şirəsi qaynadılıb əriyin üstünə tökülür və 4-cü dəfə hazır olana kimi bişirilir.

Qarpız mürəbbəsi
Qarpız qabığı – 1kq, şəkər – 1,2kq, vanilin – 0,5q, lumu turşusu – 1,2q. Qarpız mürəbbəsi üçün qalınqabıq qarpız növləri götürülür. Əvvəlcə qabığın yaşıl hissəsi nazik kəsilib atılır, düzbucaq və romb (1,5-2sm) və ya kub (2-3 sm) formasında doğranılır. 0,8-1,0 saat əhəng suyunda saxlanılır. Sonra təmiz yuyulub üstünə qaynar şərbət tökülür, arada 8 saat saxlanılmaqla bişirilir.

Zoğal mürəbbəsi
Zoğal – 1kq, şəkər – 1,2kq. Zoğaldan bütöv və çəyirdəyi çıxardılaraq mürəbbə bişirilir. Şəkərə 2 stəkan su töküb şərbət hazırlanır. Şərbətin yarısı birinci bişirmədən əvvəl, yarısı isə 2-ci bişirmədən əvvəl tökülür. 5-8 saat saxlamaq şərti ilə 2 dəfəyə bişirilir. Bəzən zoğalın üzərinə şərbətin hamısı tökülür, qaynadılır və aradan 10-15 dəqiqə soyutmaq şərtilə 4-5 dəfəyə bişirilir.

Əncir mürəbbəsi
Əncir – 1 kq, şəkər – 1 kq, limon turşusu – 1 q, vanilin – 0,5 q. Əncirdən qabıqlı və qabığı soyulmuş halda mürəbbə bişirilir. Qabıqlı mürəbbə bişirdikdə əncirin saplağı kəsilir, 5 dəq. istiliyi 80-85 0C olan suda pörtülür. Əncirin üzərinə şərbət tökülür və 2 dəfəyə bişirilir. Qabığı soyulmuş əncirin üzərinə toz-şəkər əlavə edilir.

Qızıl gül mürəbbəsi
Qızıl gül ləçəkləri – 100 q, şəkər – 900 q, limon turşusu – 2 q. Ən yaxşı mürəbbə qazanlıq qızıl gülünün ləçəklərindən alınır. Ləçəklərin aşağı ağ hissəsi kəsilib atılır, yuyulur və 5 dəqiqə qaynar suda pörtülür. Pörtülmək üçün istifadə olunan suda 40 faizli məhlul-şərbət hazırlanır, ləçəklərin üstünə tökülür və bir dəfəyə hazır olunca bişirilir.

Qoz mürəbbəsi
Emal edilmiş qoz – 1 kq, şəkər – 1,5 kq, limon turşusu – 3 q, mixək – 3 q və ya hil – 3 q (50 əd. qoza 1 kq şəkər). Mürəbbə bişirmək üçün diametri 24 mm-dən az olmayan qabığı odunlaşmamış sütül qoz götürülür. Qozu qabığı nazik soyulur, gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün saxlanılır

Heyva mürəbbəsi
Təmizlənib doğranmış heyva – 1 kq, şəkər – 1,2 kq. Heyva təmizlənir, 2 sm qalınlığında dilimlərə doğranır və qaynar suda 10-15 dəqiqə pörtülür. Sonra heyva dilimlərinin üzərinə qaynar şərbət əlavə edilir. Şərbəti heyva pörtülmüş su ilə hazırlayırlar. Mürəbbə arada 8-10 dəqiqə qaynadılıb 8 saat saxlanılmaq şərtilə 3-4 dəfəyə bişirilir.


Geri dön

G♥S

  • 30 dekabr 2014 22:19
  • Məqalə: 204
  • Şərh: 4097
  • Bal:
cox sagolun meqaleycun Qızıl gül mürəbbəsi
Qızıl gül ləçəkləri – 100 q, şəkər – 900 q, limon turşusu – 2 q. Ən yaxşı mürəbbə qazanlıq qızıl gülünün ləçəklərindən alınır. Ləçəklərin aşağı ağ hissəsi kəsilib atılır, yuyulur və 5 dəqiqə qaynar suda pörtülür. Pörtülmək üçün istifadə olunan suda 40 faizli məhlul-şərbət hazırlanır, ləçəklərin üstünə tökülür və bir dəfəyə hazır olunca bişirilir.

--------------------

Pıtırcık

  • 23 dekabr 2014 17:51
  • Məqalə: 440
  • Şərh: 9611
  • Bal:
{awards}
wassat EN SEVDIYIMAG GILAS MUREBBESIDIR

--------------------


http://legend.az/user/imza/http://legend.az/user/imza/

вคɴค iкiмizi คɴlคт ❤

  • 23 dekabr 2014 15:57
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
serhlerinize gore sagolun

G♥S

  • 23 dekabr 2014 14:44
  • Məqalə: 204
  • Şərh: 4097
  • Bal:
{awards}
Ağ gilas mürəbbəsi
Çəyirdəyi çıxardılmış gilas – 1kq, şəkər tozu – 1,2kq, limon turşusu – 2q, vanilin – 1q və ya hil 3q. Mürəbbə bişirmək üçün ətli gilas növləri götürülür. Çəyirdəyi çıxarılmış gilasın üzərinə şəkər tozu əlavə edilir, 3-5 saat saxlanılır. Zəif alov üzərində hər dəfə 6-8 dəqiqə qaynadılıb 5-6 saat saxlanılmaqla 3 dəfəyə bişirilir.

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 23 dekabr 2014 14:31
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Cox Sag Olun!
En Xowum Gelen Murebbe Waftali Murebbesidi tongue !

--------------------

princessa_selin

  • 23 dekabr 2014 12:39
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Pomidor – 1kq, şəkər – 1,3kq, vanilin – 0,5q. Mürəbbə bişirmək üçün xırda gavalıya oxşar pomidorlar götürülür. Pomidorlar 5-8 saniyə qaynayan suya salınıb dərhal soyuq suda soyudulur və qabığı təmizlənir. Pomidorların üzərinə qaynar şərbət tökülüb 1 gün saxlanılır. İkinci gün şərbət süzülür, qaynadılır və pomidorların üstünə tökülür. Üçüncü gün əməliyyat təkrar edilir. 4-cü günü isə mürəbbə hazır olur.

--------------------

♔ sinყσriτα ♔

  • 23 dekabr 2014 12:21
  • Məqalə: 168
  • Şərh: 2627
  • Bal:
{awards}
Ağ gilas mürəbbəsi
Çəyirdəyi çıxardılmış gilas – 1kq, şəkər tozu – 1,2kq, limon turşusu – 2q, vanilin – 1q və ya hil 3q. Mürəbbə bişirmək üçün ətli gilas növləri götürülür. Çəyirdəyi çıxarılmış gilasın üzərinə şəkər tozu əlavə edilir, 3-5 saat saxlanılır. Zəif alov üzərində hər dəfə 6-8 dəqiqə qaynadılıb 5-6 saat saxlanılmaqla 3 dəfəyə bişirilir.

ツDirectionerツ

  • 23 dekabr 2014 11:50
  • Məqalə: 69
  • Şərh: 2208
  • Bal:
{awards}
alca ve badimcan murebbesin ewitmemiwdim ;D

--------------------



Louis Tomlinson♥

Aylowka)))

  • 23 dekabr 2014 11:16
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Ilk defe ewitdimki bele bir murebbe var belay


Qoz mürəbbəsi
Emal edilmiş qoz – 1 kq, şəkər – 1,5 kq, limon turşusu – 3 q, mixək – 3 q və ya hil – 3 q (50 əd. qoza 1 kq şəkər). Mürəbbə bişirmək üçün diametri 24 mm-dən az olmayan qabığı odunlaşmamış sütül qoz götürülür. Qozu qabığı nazik soyulur, gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün saxlanılır

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

♔ Rapuиzel ♔

  • 23 dekabr 2014 10:02
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
Qoz mürəbbəsi
Emal edilmiş qoz – 1 kq, şəkər – 1,5 kq, limon turşusu – 3 q, mixək – 3 q və ya hil – 3 q (50 əd. qoza 1 kq şəkər). Mürəbbə bişirmək üçün diametri 24 mm-dən az olmayan qabığı odunlaşmamış sütül qoz götürülür. Qozu qabığı nazik soyulur, gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün saxlanılır

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}