Dişlərə qulluq

 
Dişlərə qulluq


İnsanın dişlərinin qayğısına qalması hələ lap qədim zamanlara təsadüf edir. Lakin dişlərə qulluq əsasən gigiyenik məqsəd deyil, daha çox kosmetik məqsəd daşıyırdı.
Antik təbabətdə 1 çox reseptlər hazırlanırdı ki, onların tərkibinə bitkilərin külü, toz şəklinə salınmış daşlar, bal hopdurulmuş şüşə, yun və s. daxil edilirdi. Dişləri daşla, heyvanların dişləri və dırnaqları ilə təmizləyirdilər.
Bəzi yerlərdə hətta indiyə kimi qətranın köməyi ilə dişlərin ağlığına nail olurlar. Yeni Qvineya və Solomon adalarında bizim işlətdiyimiz diş tozuna bənzər vasitələrdən istifadə edirdilər. Şərqi-Afrika tayfaları taxta diş təmizləyicilərindən istifadə edərək dişləri yeməkdən sonra təmizləyirdilər.
Orta əsrlərdə ağız boşluğunu yaxalamaq və dişləri təmizləmək üçün diş eliksirləri yaranır. Onlar arasında ən uzun ömürlüsü benediktlilərin diş eleksiri oldu. Hələ 20-ci əsrin əvvəllərində onu «Müqəddəs Benedikt atalarının diş təmizləyən eliksiri» adlandırırdılar. Bu vasitə 1373-cü ildə Benedikt monaxı Burso tərəfindən kəşf olunmuşdu.
Diş gigiyenik vasitələrinin əsasını qoyanlardan biri – mikroblar aləmini kəşf edən hollandiyalı Antoni Van Levenhuk sayılır. O, təsadüfən hazırladığı sadə mikroskoplardan birinin vasitəsilə dişlər üzərində sıx yerləşmiş energetik hərəkətdə olan canlılır görür. Bu zaman o, duzlu dəsmalla dişlərini silir, yenidən dişlərinə baxdıqda mikroskopun linzasının altında artıq əvvəlki mikrobları görmür. Alim şəxsi təcrbəsinə əsaslanaraq, duzla dişlərini təmizləməyi məsləhət görmüşdü. Yəqin ki, 91 il ömür sürən alimin sağlamlığına bu üsul çox effektiv təsir etmişdir. Lakin onu da qeyd etmək lazımdır ki, duz ağızda xoşagəlməz dad yaradır. Bundan əlavə, duz heç də həmişə zərərsiz deyil.
Uyğun materiallar axtarışına təxminən 200 il vaxt sərf olunmuşdur. Nəticədə ən yaxşısı kimi təbaşir seçilmişdir. 19-cu əsrin 20-ci illərinə qədər dişləri pasta əvəzinə dəsmalla təmizləyirdilər. İlk diş fırçasının forması indikilərdən fərqlənirdi: onun fırçası hər 2 ucunda yerləşirdi, mərkəzi hisssədən isə tutmaq lazım gəlirdi. 100 il keçdikdən sonra, yəni 1929-cu ildə amerikalı F. Şixt elektrik fırçalarını patentləşdirdi.
Təbaşir diş tozu qismində istifadə edilirdi. 20-ci illərdə təsadüfən Parisdə aşkar olunur ki, o, stomatitin səbəblərindən biri ola bilər. Bu zaman diş pastaları üzərində işlərə başlandı.
Qeyd: pastalar elə dərman formasıdır ki, onların tərkibində tozlar və yağ və ya jeleyəbənzər kütlələr bərabər miqdarda paylanmışdır.
Əvvəlcə jele tərkibli maddə kimi nişastadan istifadə olunurdu. Ondan qliserinin sulu məhlulunda xüsusi yapışqan hazırlanırdı. Müasir pastalarda nişasta təbaşirin suspenziyasını stabilləşdirən üzvi turşuların natrium duzu ilə əvəz olunur. Diş pastalarının digər komponentləri – mentol, efir yağları (məsələn, cirə, sitrus meyvələri), antiseptiklər və digər əlavələr onların müxtəlif istiqamətlərdə təsirini gücləndirməkdir.
Ümumdünya Səhiyyə təşkilatının ekspertlərinin fikrincə, planetin əhalisinin 95%-ində parodontit xəstəliyi müşahidə olunur. Gingivit, parodontit (diş ətinin iltihabi xəstəlikləridir), kariyes hazırda dişlərin vaxtından əvvəl itirilməsinə gətirib çıxaran ən əlverişli şərait yaradır. Bu xəstəliklərin yaranma səbəblərindən biri də dişlərin düzgün və vaxtında təmizlənməməsidir.
İnsanların çoxu dişlərini düzgün təmizləyə bilmirlər. Diş fırçalarının yaranması ilə dişləri təmizləməyin müxtəlif üsullar var. Diş fırçalarının tətbiq edilməsində əsas məqsəd nəinki dişlərin səthini, həmçinin dişlər arası məsafələrdə diş ərpini təmizləmək, həmçinin diş ətini masaj etməkdir. Diş təmizlənməsi proseduru 3 dəqiqədən az olmayaraq davam etməlidir.
Diş fırçaları sərt, orta sərt, yumşaq olur. Sərt diş fırçaları möhkəm diş əti üçün seçilir, onlar həm də diş ətini massaj edirlər. Yumşaq diş fırçaları isə diş ətinin qanlaması zamanı istifadə edilir.
Təhlükəli fırçalar

Uzun müddət insanları inandırmağa çalışırdılar ki, sağlamlıq üçün istənilən təbii material sünidən yaxşıdır. Lakin bunu hər bir əşyaya şamil etmək düzgün deyil. Məsələn, ingilis stomatoloqları təsdiq edirlər ki, süni materialdan hazırlanmış diş fırçası təbii materialdan hazırlanmış fırçaya nisbətən daha təhlükəsizdir. Belə ki, donuzun daxili üzvlərindən hazırlanmış fırça borulu quruluşa malikdir və onun içərisində külli miqdarda zərərli mikroblar artıb-çoxala bilər. Ona görə də təbii materialdan hazırlanmış fırçalar stomatit və parodontit kimi xəstəliklərin əmələ gəlməsinə şərait yarada bilər.
Diş məcunu sağlamlığa təsir edir
Bu yaxınlarda aşkar olmuşdur ki, oynaqlarda bir çox ağrı və hərəkət pozğunluqları dişlərin florlu diş məcunu ilə təmizlənməsi ilə bilavasitə əlaqədardır. Uzun müddət bunlardan istifadə etdikdə florun artıq miqdarda orqanizmə daxil olması baş verir ki, bu da orqanizmdə sümük florozu xəstəliyinin inkişafına gətirib çıxarır. Əvvəllər hesab edirdilər ki, belə diş məcunları məktəbəqədər uşaqlar üçün təhlükəlidir, indi isə artıq stomatoloqlar təsdiq etmişlər ki, bunlar hamı üçün zərərlidir.
Müalicəvi saqqız
Avropada dişlərin emalının pozulmasını aradan qaldıran saqqız icad etmişlər. Bunun üçün alimlər laktobakteriyaların xüsusiyyətlərindən istifadə etmişlər (xatırdladaq ki, laktobakteriyaların köməyi ilə yoqurptlar hazırlanır). Onlar ziyanlı bakteriyalara dişin emalını zədələməkdə mane olurlar. Tezliklə analoji xüsusiyyətlərə malik diş məcunu və ağız boşluğunu yaxalamaq üçün məhlul da istehsal ediləcək.
Maraqlıdır: Alimlərin apardığı epidemioloji tədqiqatlara görə, appendisit xəstəliyindən əziyyət çəkənlər arasında dişlərini təmizləməyənlər daha çoxdur
.


Geri dön

princessa_selin

  • 4 yanvar 2015 10:55
  • Məqalə: 98
  • Şərh: 1717
  • Bal:
Əvvəllər hesab edirdilər ki, belə diş məcunları məktəbəqədər uşaqlar üçün təhlükəlidir, indi isə artıq stomatoloqlar təsdiq etmişlər ki, bunlar hamı üçün zərərlidir.
Müalicəvi saqqız

--------------------

G♥S

  • 30 dekabr 2014 21:56
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
tewekkurler...)

--------------------

ツDirectionerツ

  • 28 dekabr 2014 19:34
  • Məqalə: 69
  • Şərh: 2204
  • Bal:
{awards}
tewekkurlerr)) coxx beyendim)

--------------------



Louis Tomlinson♥

..::My Black::..

  • 24 dekabr 2014 22:30
  • Məqalə: 277
  • Şərh: 1913
  • Bal:
{awards}
Cooox teşekkürlerr omrum gunum)

Gr-Az

  • 24 dekabr 2014 16:42
  • Məqalə: 30
  • Şərh: 2725
  • Bal:
{awards}
Cox sagol maraqli idi

--------------------
Ra sheni sakmea

♔๑.Şaнzadəм.๑♔

  • 24 dekabr 2014 16:40
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
{awards}
OMRUM Cox Sag OL! feel

--------------------

♔ sinყσriτα ♔

  • 24 dekabr 2014 15:02
  • Məqalə: 168
  • Şərh: 2603
  • Bal:
{awards}
werhlerinize gore cox sag olun)))

ツDirectionerツ

  • 23 dekabr 2014 22:42
  • Məqalə: 69
  • Şərh: 2204
  • Bal:
{awards}
Diş gigiyenik vasitələrinin əsasını qoyanlardan biri – mikroblar aləmini kəşf edən hollandiyalı Antoni Van Levenhuk sayılır. O, təsadüfən hazırladığı sadə mikroskoplardan birinin vasitəsilə dişlər üzərində sıx yerləşmiş energetik hərəkətdə olan canlılır görür. Bu zaman o, duzlu dəsmalla dişlərini silir, yenidən dişlərinə baxdıqda mikroskopun linzasının altında artıq əvvəlki mikrobları görmür. Alim şəxsi təcrbəsinə əsaslanaraq, duzla dişlərini təmizləməyi məsləhət görmüşdü. Yəqin ki, 91 il ömür sürən alimin sağlamlığına bu üsul çox effektiv təsir etmişdir. Lakin onu da qeyd etmək lazımdır ki, duz ağızda xoşagəlməz dad yaradır. Bundan əlavə, duz heç də həmişə zərərsiz deyil.

--------------------



Louis Tomlinson♥

-Kralica-

  • 23 dekabr 2014 21:32
  • Məqalə: 696
  • Şərh: 8591
  • Bal:
{awards}
cox saqolun meqale ucun

--------------------




Aylowka)))

  • 23 dekabr 2014 21:04
  • Məqalə: 265
  • Şərh: 2812
  • Bal:
{awards}
Ureyim cox sagol ellerin derd gormesin )))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

G♥S

  • 23 dekabr 2014 21:03
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Cox sagol canim maraqli xeber idi..)

--------------------

NIGAR

  • 23 dekabr 2014 20:50
  • Məqalə: 727
  • Şərh: 10494
  • Bal:
{awards}
ILK SERH MENDEN.MESLEHETE GORE SAG OL

--------------------
legend.az/user/imza/legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 55
Cəmi: 72

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}