İslam israf və bədxərcliyi niyə qadağan edir

 
İslam israf və bədxərcliyi niyə qadağan edir


“Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar” (əI-Furqan, 25/67)
Dinimiz israf və bədxərcliyi qadağan etməklə yanaşı, şəxsi mülkün və bütün bəşəriyyətin müştərək malı olan təbii zənginliyin istifadəsi ilə əlaqəli önəmli prinsiplər qoymuşdur.

Əşyanın istifadəsində yol verilən səhvlər dinimizdə israf adlandırılmışdır, israf yalnız malik olduğumuz xüsusi mülkiyyətin şüursuzca istehlakı deyil, eyni zamanda təbii mənbələrin sui-istifadəsidir. Bu mövzudakı qayda-qanunsuzluq nemətlərin yaradıcısı olan Uca Rəbbimizə (c.c.) qarşı hörmətsizlikdir.

Dünyamızın malik olduğu mənbələrin məhdud olduğunu bu gün həmişə olduğundan daha yaxşı başa düşürük. Bədxərclik və lazım olduğundan çox istehlak təkcə bizə deyil, eyni zamanda dünyanı əmanət qoyub gedəcəyimiz gələcək nəsillərə də təsir edəcəkdir. Bu səbəbdən istehlak mövzusunda şüurlu və həssas olmalıyıq. Elmi bir həqiqət olan kainatın çox həssas tarazlığa malik olması gerçəyi Quranın “Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq” (əl-Qəmər, 54/49) ifadəsi ilə həmahəngdir. Yer üzündə bizə verilən mülkiyyətçilik səlahiyyətini nəzərə alsaq, bu meyara diqqət etmə və onu qoruma vəzifəsinin qulluğumuzun bir hissəsi olduğunu görərik. “Əhzab” surəsinin “Şübhəsiz ki, Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar o yükü götürməkdən qorxub çəkindilər. O yükü insan götürdü. Həqiqətən, o çox zalım, çox cahildir” (əl-Əhzab, 33/72) ayəsində öz ifadəsini tapan “əmanət” məfhumunun məzmununa bizə əmanət olaraq verilmiş nemətlərlə bərabər, təbii mənbələrin qorunması da daxildir. Buna görə də malik olduğumuz əşya qədər təbii mənbələrin lazımi qədər istifadə edilməsində də çox böyük bir məsuliyyət şüuruna sahib olmaq lazımdır.

Dinimiz bizim əşyadan və mühitdən faydalanmağımıza ümumən icazə verir, lakin bu faydalanma insana lüzumsuz və qaydasız bir istifadə hüququnu vermir. İsraf və bədxərclik Allah tərəfindən qadağan edilmişdir: “Ey Adəm oğulları! Hər dəfə məscidə getdikdə gözəl libaslarınızı geyinin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (əl-Əraf, 7/31) ayəsindəki “yemə” və “içmə” həyatın nizamı üçün lazımlı olan mənbələrdən faydalanma mənasını verir. Lakin bu faydalanmanın hüdudları müəyyənləşdirilərək, əşyanın istifadə olunmasının mütəmadiliyi üçün yersiz istehlak qadağan olunmuşdur. Buna görə də dünya nemətlərindən faydalananda qeyri-məhdud və məsuliyyətsiz bir istehlak düşüncəsi ilə hərəkət etməməliyik. Əksinə, bütün hərəkətlərimizi və istehlak anlayışımızı Quranın tövsiyə etdiyi bu orta yol prinsipinə əsaslandırmaq məcburiyyətindəyik:

“Qohum-əqrəbaya da, miskinə də, yolçuya da haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!” (əl-İsra, 17/26-27).

Peyğəmbərimiz (s.ə.s.) də israf haqqındakı nümunəvi mövqeyini dəstəmaz alanda belə suyu bol istifadə etməyi məkruh hesab etməklə göstərmişdir. Mövzu ilə əlaqəli olaraq, nəql olunan belə bir hədis vardır:
“Səd dəstəmaz alarkən Peyğəmbərimiz (s.ə.s.) onun yanına gəldi. Onun sudan bol istifadə edərək dəstəmaz aldığını görəndə “Niyə israf edirsən?” - buyurdu. Səd isə “Dəstəmazda da israf olarmı?”- deyə soruşduqda Rəsulullah (s.ə.s.): “Bəli, hətta axan çay kənarında olsanız belə israf var”,- deyə cavab verdi” (İbn Macə, “Təharət”, 48).

Bu hədis israfın yalnız dəstəmaz alarkən bol sudan istifadə ilə əlaqədar olmadığını, əldə edilməsi üçün əməyə və zəhmətə ehtiyac olmayan və pulla satın alınmayan şeylərdə belə israfçılığın ola biləcəyini göstərir.
İslamın israf və bədxərcliyi bu qədər qətiyyətlə qadağan etməsinin bir çox səbəbi vardır. Bunların içərisində yalnız aşağıdakını düşünmək belə bu qadağanın hikmətini bilmək üçün kifayətdir: Dünyada yaşayan təqribən yeddi milyard insanın hər birinin təkcə bir dəfə olmaqla əyləncə üçün bir ağac kəsdiyini, bir heyvanı öldürdüyünü və ya bir çörəyi zibilliyə atdığını fərz etsək, onda ortaya çıxacaq israfın riyazi hesabının qorxunc səviyyəyə çatdığını görərik. Bütün bunların işığında çay kənarında dəstəmaz alan şəxsin sudan diqqətlə istifadə etməsini əmr edən Həzrəti Peyğəmbərin (s.ə.s.) nə qədər mənalı bir mesaj verdiyini daha yaxşı anlayırıq.
Nəticədə qeyd etmək olar ki, insanlığın müştərək malı olan dünyanı qorumaq onun içində yaşayanların müştərək vəzifəsidir. Bu mövzuda hamımıza məsuliyyət düşür. Daha yaxşı bir dünya, daha yaxşı bir gələcək və daha gözəl bir ətraf mühit üçün hamımız daşıdığımız məsuliyyəti dərk etməliyik. Malik olduğumuz hər şeyi, onları yaradan və bizə pay kimi verən Uca Allahın bir əmanəti kimi qəbul edərək ölçülü davranmalı və onlardan bir ibadət şüuru ilə istifadə etməliyik.


Geri dön

G♥S

  • 30 dekabr 2014 20:20
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
Əşyanın istifadəsində yol verilən səhvlər dinimizdə israf adlandırılmışdır, israf yalnız malik olduğumuz xüsusi mülkiyyətin şüursuzca istehlakı deyil, eyni zamanda təbii mənbələrin sui-istifadəsidir. Bu mövzudakı qayda-qanunsuzluq nemətlərin yaradıcısı olan Uca Rəbbimizə (c.c.) qarşı hörmətsizlikdir.

--------------------

Gr-Az

  • 28 dekabr 2014 16:54
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Allah razi olsun

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 dekabr 2014 00:21
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun

-Kralica-

  • 24 dekabr 2014 23:25
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Allah razi olsun canim

--------------------




Aylowka)))

  • 24 dekabr 2014 23:05
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
“Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq”

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

♔๑.Şaнzadəм.๑♔

  • 24 dekabr 2014 21:28
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
ALLAH Razı Olsun!

--------------------

Elya Alieva

  • 24 dekabr 2014 19:36
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
UREYIM...I MEN

G♥S

  • 24 dekabr 2014 19:04
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Allah razi olsun canim..!

--------------------

Dəniz_✰

  • 24 dekabr 2014 19:02
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
təşəkkürlər allah razı olsun

Pıtırcık

  • 24 dekabr 2014 18:54
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

♔ Rapuиzel ♔

  • 24 dekabr 2014 18:32
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

ツDirectionerツ

  • 24 dekabr 2014 18:29
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN)

--------------------



Louis Tomlinson♥

J ♥ S

  • 24 dekabr 2014 17:45
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
J & S ∞♥....

G♥S

  • 24 dekabr 2014 17:42
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Ilk werh menden^_^

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 54

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}