Pisliyin içindəki seytanım

 
Pisliyin içindəki seytanım

- Soyuqdu… Çox soyuqdu…
- Qışdı..?
- Yox…
- Bəs nə..?
- Üşüyürəm... Sızıltım sümüklərimə işləyir... Mənə çox soyuqdu... Ruhum donur içimdə... Sinəmdə ağrı var...
- Ürək..?....
- Bilmirəm... Ən son yadımda qalan .., yadımda qalan.., hə yadıma düşdü... Səsdi...
- Nə səs..? Kimin səsi..?
- Bilmirəm... Bəlkə də bilirəm amma yadımdan çıxıb... Xatırlaya bilmirəm...
- Niyə..? Nə olub..? Danış mənə..! Axı mən elə sənəm..! Danış gizlətmə..! Yox dayan..! Heç nə danışma mənə... Sən hər şeyi gizlətməlisən..! Dur ayağa..! Bərk ol..! Məndən yapış, sənə dəstək olacam, ağlama..! Axı mən elə sənəm....
- Yox..! Dözə bilmirəm... Kiməsə nə isə deməliyəm... Bunu içimdə saxladıqca qırılıram, sınıram, divarlar üstümə gəlir sanki...
- Onda mənə danış.!
- Yox..! Mənə danış..!
- Mənə danış..!
- Yox mənə..!
- Mənə...
- Mənə...
- Mənə...
- Bura çox sakitdi... Niyə bu qədər sakitdi bura..? Eşidirsən..? De görüm niyə sakitdi..? Bəs onlar hanı..? Ailəm..? Dostlarım..? Sevdiklərim..? Eşitmirsən..? Sənləyəm onlar hardadı..? Neynəmisən onlara..?
- Mən.......? Yoooox dostum yox yox... Bunu sən eləmisən... Sən..! Mən yox..!
- Nə..? Mən..? Nə gicdiyirsən..? Mən heçnə eləməmişəm..!
- Düzdü sən elə mənsən... Amma bunu sən eləmisən... Sən sən sən sən sən...... Bunu sən eləmisən... Axmaq, fikirləş mənim elim-ayağım yoxdu... Sən maddisən mənsə xəyal... İndi özün fikirləş bunu kim eliyib..?
- Nolub..? De mənə eşidirsən..? Deeeeee..... De görüm nolub axı... Nolar deee... Qurban olum deee... Nə istəsən eliyəcəm... Amma de.... de.... de....
- Dayan dayan dayan ..! “ Nə istəsəm ” dedin..?
- Həəəəə, həəəəə, həəəəə, nolar de dəəəəə eliyəcəm, eliyəcəm, nə istəsən eliyəcəm… Axı sən də mənsən, sən hər şeyi görmüsən, bilirsən, mənim yadımda deyil, de mənə...
- Yaxşı de görüm son yadında qalan nədi..?
- Bəyaq dedim axı ancaq səs... O səs... Kimsə yalvarırdı, elə bil ağlayırdı hönkürtü ilə, yalvarırdı elə bil: “Öldürmə, öldürmə, öldürmə məni... ” Sonra heçnə yadımda deyil...
- Həəəəəəə.... (ha-ha-ha-ha) Bax elə əsas ondan sonra oldu...
- Nə oldu..? Neynəmişəm..? Sən mənə neynəmisən..?Axı niyə heçnə yadımda deyil..?
- İcazə ver soruşum..: “ Onları bura necə çağırdığın yadında.?, sonra necə əl-qollarını bağladığın.?, o da yadında deyil.?, bəs benzini hara boşaltdığını da unutmusan.?, yox bircə demə ki, “Zippo”-nu necə alışdırıb onların üstünə atdığında o boş başından silinib.?! ”
- Yoooooox…… yooooooox…… yoooooox…. Bircə bu yox… Onları niyə öldürmüsən alçaq..? Niyə axı..? Onların nə günahı vardı..? Neynəmişdilər sənə..?
- Yox… Bunu mən eləməmişəm… Bunu sən eləmisən, sən, sən, sən, sən… Axı sən maddisən mənsə xəyalam …
- Bəs niyə heç nə yadımda deyil..? Mən bunları niyə eləmişəm..? Bəlkə sən yalan deyirsən..? Yox..! İnanmıram sənə..! İnanmıram..! İnanmıram..!
- Yaxşı necə istiyirsən... İndi inanarsan... Köynəyini qaldır... Görürsən qolundakı izləri..? Yaxşı yaxşı bax... Onsuz bir azdan heç nə xatırlamıyassan.. Həəəəə.... balaca dostum sən beləsən...Biz beləyik... İndi yenə kimisə öldürəssən, nəyisə unudassan... Nə üçün..? Bir müddətlik hər şeyi unutmaq üçün..? Yenə soyuqdu hə..? Titrəyirsən..? Nə istiyirsən..? Bilmirsən..? Mən bilirəm... İynəəəəəəə..... iynəəəəəəə...... iynəəəəəəə.....
- Bəs sən niyə mənimləsən..? Səni niyə öldürə bilmirəm..? Niyə..? Niyə..? Niyə..?....?????
- Ha-ha-ha-ha.... Hə bax bunu sən bacarmamısan heç vaxt, indi də bacarmırsan, bundan sonra heç bacarmıyassan... Çünki sən iradəsizsən... Sənin mənə əlin qalxmaz, çatmaz, sən mənə toxuna bilməzsən... Axı mən elə sənəm... Amma mən həmişə səninlə olacam... Hər dəfə yadına salacam unutduqlarını... İndi isə uzan onsuz az qalıb... az qalıb... az qalıb dəyişiriy... az qalıb dəyişiriy...
- Bəs sən kimsən axı..? Kimsən axı..? Kimsən..?
- Mən..? Mən elə sənəm... Sənsə elə mənsən... Sən maddisən, mənsə xəyalam... Mən 3 sözəm... Unutmusan..? Sən məni belə çağırırsan..: “ Pisliyin içindəki şeytanım... ”


Geri dön

::..ONSLAUGHT::..

  • 16 mart 2011 00:05
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
Teshekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

lider

  • 10 mart 2011 00:03
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

niceing

  • 3 mart 2011 22:15
  • Məqalə: 0
  • Şərh: 78
  • Bal:
{awards}
maraqlidir tesekkurler no

::..ONSLAUGHT::..

  • 26 fevral 2011 21:46
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
CHOOOOOX MARAQLIDIR.TWKKKK...

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

GlamouR_

  • 26 fevral 2011 17:27
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
sps sps love

--------------------

Nur_Ay

  • 24 fevral 2011 22:28
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
CHOOOOOX MARAQLIDIR.TWKKKK...

--------------------

фея

  • 24 fevral 2011 22:25
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
Sitat: MAGNOLIYA
cox maraqlidir tessekur


--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

::..ONSLAUGHT::..

  • 24 fevral 2011 17:51
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkur edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 24 fevral 2011 12:52
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

sevgi yalandir

  • 24 fevral 2011 12:21
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurlerrrrrrr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

eliza

  • 24 fevral 2011 12:16
  • Məqalə: 6
  • Şərh: 353
  • Bal:
{awards}
cox maraqlidir tessekur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}