Namaz qılmağın qaydası

 
Namaz qılmağın qaydası


Dəstəmaz.

Dəstamazın müqəddiməsi təharətdir.Təharətsiz dəstamaz batildir.Risalələrdə ayrıca olaraq Təharət bəhsi mövcuddur və əlavə məlumat almaq üçün gərək hər kəs mütləq olaraq Risaləyə nəzər salsın.Biz burda bəzi məsələləri bəyan edəcəyik.İnsan ayaqyoluna girərkən çox diqqət etməlidir.Bəzi əməllər varki ayaq yolunda haramdır,vacibdir,müstəhəbdir və məkruhdur.Bunlar haqqda risalədə çox geniş məlumatlar verilib.Ayaq yoluna sol ayağla daxil olub sağ ayağla çıxmaq müstəhəbdir.Ayaqyolunda zərurət olmadıqca danışmaq məkruhdur.Ayaqyolunda üzü və arxası qibləyə oturmaq haramdır.Ayaqyolunda sidiyin məxrəcin su ilə paklamaq vacibdir.
İndi isə biz yalnız kişilərə məxsus olan İstibra haqqında məlumatı qeyd edirik:
İstibra müxtəlif növlərdədir.Ən məhşur və Risalələrdə qey olunanı budur:
Əgər nəcisin məxrəci bulanıbsa əvvəl onu pak edib sonra sidiyin məxrəcin paklamaq lazımdır(sidiyin məxrəci sudan qeyri şeylə paklanmaz).Sonra aləti sünnət yerinə qədər 3 dəfə dartmaq lazımdır.Sonra sünnət yerin 3 dəfə sıxmaq lazımdır.Daha sonra əgər su kürrü sudursa bir dəfə yumaq kifayətdir.Yaxşı olarki 3 dəfə yuyulsun.Amma az sudursa 3 dəfə yumaq vacibdir.Əgər istibra edilməsə dəstamazdan sonra insandan bir su gəlsə şəkk etsəki sidikdir ya başqa su o zaman dəstəmazı batildir.
Dəstəmaz alarkən niyyət etmək vacibdir. Məsələn, niyyət edib desin ki, namaz qılmaq (və ya hər hansı ibadəti yerinə yetirmək) üçün dəstəmaz alıram qürbətən iləllah. ("illəllah” demək tam əks mə’na verir bu barədə diqqətli olmaq lazımdır.) Və bu iş Allahın əmrini yerinə yetrimək üçün olmalıdır, əgər başqa niyyətlə olarsa, məsələn, sərinləmək və ya özünü başqasına göstərmək üçün olarsa, batildir.
Dəstamazın hökümleri ve şərtləri:
1.Dəstəmazda vacibdir ki, üz və əllər yuyulsun. Başın qabaq tərəfinə və ayaqların üstünə məsh edilsin.
2.Üzü yuyandan sonra əvvəlcə sağ əli, sonra isə sol əli dirsəkdən barmağın ucuna qədər yumaq lazımdır.* Dirsəyin tamamilə yuyulmasını yəqin etmək üçün bir az dirsəkdən yuxarı yuyulmalıdır.
3.Dəstəmazda üzü və əlləri yumaq birinci dəfə vacib, ikinci dəfə müstəhəb, üçüncü və daha artıq dəfələrdə isə haramdır.

4. Əlləri yuduqdan sonra əldə qalan dəstəmaz suyu ilə başın qabaq tərəfinə(sağ əllə) məsh edilməlidir. Başın alın tərəfində olan dörd qismətdən biri məsh yeridir. Onun hər hansı yerinə, məsh qədərində çəksələr kifayətdir. Amma ehtiyat-müstəhəb budur ki, uzunluğu bir barmağın uzunluğu, eni isə üç bağlı barmaq qədər məsh etsin.
5. Başı məsh etdikdən sonra, əldə qalan dəstəmaz suyu ilə ayaqlara–sağ əllə sağ ayağın üstünə, sol əllə sol ayağın üstünə-barmaqlardan birinin ucundan, ayağın üstündə olan çıxıntıya(topuğa) qədər məsh etməlidir.* Corabın və ya ayaqqabının üstündən məsh çəkmək batildir.Məsh zamanı məsh yerinin(başın və iki ayağın)quru olması vacibdır.Əgər yaş vəziyyətdə məsh çəkilərsə batildir.Amma ayağda az acıq nəmlik olsa və əlin suya məsh zamanı o nəmliyi itirsə hec bir işğalı yoxdur.
Altı şey üçün dəstəmaz almaq vacibdir:
1-Meyyit namazından başqa sair vacibi namazlar üçün;Həttda müstəhəb namazların düzgün olması üçün dəstamaz almaq şərtdir.
2-Unudulmuş təşəhhüd və səcdə üçün.Əgər onlar ilə qıldığı namaz arasında hədəs (sidik kimi) baş vermiş olarsa.Amma səcdeyi-səhv üçün dəstamaz almaq vacib deyil.
3-Kə’bənin vacibi təvafı üçün;
4-Dəstəmaz alması üçün Allah ilə əhd bağlasa, and içsə və ya nəzir etsə;
5-Əgər bədənin hər hansı yerini Qur’anın yazılarına vurmağı nəzir etmişsə;
6-Nəcis olmuş Qur’anı suya çəkmək, yaxud onu, tualet və s. kimi yerlərə düşdüyü halda çıxartmaq üçün-əgər əli və bədənin başqa yerlərini Qur’anın yazılarına vurmağa məcbur olsalar. Amma dəstəmaz almaq qədərindəki fasilədə Qur’ana ehtiramsızlıq olarsa, dəstəmaz almadan Qur’anı tualetdən çıxartmaq, yaxud nəcis olduğu halda suya çəkmək lazımdır. Mümkün qədər gərək Qur’anın yazısına əl vurulmasın.
Dəstəmazın düzgün olma şərtlər
1-ci şərt: suyu pak olsun.
2-ci şərt: dəstəmazın suyu mütləq(saf) olsun. Murdar və qarışıq su ilə alınan dəstamaz batildir.Həttda insan onun murdar və ya qarışıq olduğunu bilməsə,yaxud unutsa belə, həmin hokum daşıyır.Əgər həmin dəstamazla namaz qılmışsada namazı yenidən düzgün dəstamazla qılmalıdır.
3-cü şərt: dəstəmazın suyu mübah olsun (qəsbi olmasın)
4-ci şərt: dəstəmaz üzvləri yuyulduqda və məsh edildikdə pak olsun.
5-ci şərt: namaz və ya dəstəmaz üçün kifayət qədər vaxt olsun.
6-ci şərt: dəstəmazı qürbət qəsdi ilə, yə’ni Allah Təbarək və Təalanın əmrini yerinə yetirmək üçün dəstəmaz alsın. Amma sərinləmək, yaxud başqa məqsədlə dəstəmaz alsa, batildir.
7-ci şərt: dəstəmazı əvvəldə qeyd olunan ardıcıllıqla yerinə yetirsin. Yə’ni əvvəlcə üzünü, sonra sağ əlini, daha sonra sol əlini yuyub əvvəlcə başına, sonra isə ayaqlarına məsh etsin. Sağ ayağa sol ayaqdan əvvəl məsh etmək müstəhəbdir. Əgər bu ardıcıllıqla alınmasa, dəstamaz batildir.
8-ci şərt: dəstəmazın əməllərini fasiləsiz olaraq yerinə yetirsin.
9-cu şərt: üzün, əllərin yuyulmasını, başa və ayağa məsh çəkilməsini insanın özü yerinə yetirsin: başqası ona dəstəmaz alsa, yaxud kömək etsə, dəstəmazı batildir.
10-cı şərt: sudan istifadə olunmasının şəxsə heç bir maneəsi olmasın.
11-ci şərt: dəstəmazın üzvlərində suyun bədənə dəyməsinin qarşısını alan maneə olmasın.

NAMAZI BATIL EDƏN ŞEYLƏR

Namaz qılan şəxs təkbirətül-ehramı deyərək namaza başlayandan qurtarana qədər bə''zi işlər ona haram olur. Əgər namaz halında onların birini etsə namazı batildir. O cümlədən:
Danışmaq, bilərəkdən, mə''nası olan iki hərf;
Gülmək, bilərəkdən, uca səslə;
Ağlamaq, dünya işləri üçün, uca səslə;
Üzü qiblədən başqa tərəfə döndərmək;
Yemək və içmək;
Namazın surətini (formasını) pozmaq;
Namazın rükünlərini azaltmaq və ya çoxaltmaq. Rükun olmayan yerlərdə əgər bilərəkdən edərsə batil, səhvən edərsə səhihdir.
İki və üç rükətli namazlarda birinci və ikinci rükətlərdə şəkk edərsə;
Namazın şərtlərini aradan aparan şeylər;
Dəstəmazın aradan getməsi;
Əlini əlinin üstünə qoyma;
Həmddən sonra "Amin" demək.
Namazda məkruh olan şeylərdən bə''zisi
Gözləri yummaq;
Əllərlə, barmaqlarla oynamaq;
Həmdi və ya Surəni oxuyanda və ya zikrləri deyən vaxtda başqasının sözünü eşitmək üçün səsi alçaltmaq;
Allah dərgahında xüzu və xüşunu aradan aparan hər hansı bir işlə məşğul olmaq;
Üzü azacıq sağa və ya sola döndərmək (çünki çox döndərmək namazı batil edir).


NAMAZIN TƏRCÜMƏSI

Təkbirətul-ehram: "Allahu əkbər"
Allah hər şeydən böyükdür.
Həmd surəsi: "Bismillahir-rəhmanir-rəhim"
Bağışlayan və mehriban Allahın adı ilə.
"Əlhəmdu lillahi Rəbbil-aləmin"
Həmd-səna və tərif aləmlərin Rəbbi olan Allah üçündür.
"Ər-rəhmanir-rəhim"
Rəhm edənlərin rəhm edənidir.
"Maliki yovmiddin".
Qiyamət gününün sahibidir.
"İyyakə nə''budu və iyyakə nəstəin".
İlahi! Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
"İhdinəs-siratəl müstəqim"
Bizi doğru yola hidayət et.
"Siratəl-ləzinə ən''əmtə ələyhim"
O kəslərin yoluna ki, onlara nemət vermisən,
"Ğəyril-məğzubi ələyhim vələzzallin".
qəzəb etdiyin şəxslərin və azğınların yoluna yox.

İxlas (Tovhid) surəsi: "Bismillahir-rəhmanir-rəhim"
Bağışlayan və mehriban Allahın adı ilə.
"Qul huvəllahu əhəd"
De ki, odur yeganə Allah.
"Allahus-səməd"
(O) Allah ehtiyacsızdır.
"Ləm yəlid və ləm yuləd"
Doğmayıb, doğulmayıb
"Və ləm yəkun ləhu kufuvən əhəd"
Və ona tay olan bir kəs yoxdur.


Rükunun zikri: "Subhanə Rəbbiyəl-əzimi və bihəmdi"
Mənim böyük Pərvərdigarımı hər eyb və nöqsandan pak və münəzzəh bilib Ona həmd-sitayiş edirəm.

Səcdənin zikri "Subhanə Rəbbiyəl-ə''la və bihəmdih"
Mənim hamıdan uca məqamlı Pərvərdigarımı hər eyb və nöqsandan pak və münəzzəh bilib Ona həmd-sitayiş edirəm.

Təsbihati-ərbəənin tərcüməsi "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər"
Hər eyb və nöqsandan pak və münəzzəhdir Allah, həmd, tə''rif yalnız Allaha məxsusdur, Allahdan başqa heç bir mə''bud yoxdur. Allah hamıdan böyükdür.

Təşəhhüd: "Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd."
Allaha həmd-səna və tərif olsun. Şəhadət verirəm ki, Allahdan başqa ayrı bir məbud yoxdur və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir. Ey mənim Allahım! Məhəmməd və Onun ailəsinə öz rəhmətini göndər.

Sübh namazını qılmaq qaydası

1-Dəstəmaz aldıqdan sonra üzü qibləyə duraraq niyyət edirsən:

"Sübh namazını qılıram vacib qürbətən iləllah"

2-Sonra təkbirətul-ehram (Allahu əkbər sözünü) deyirsən.

3-Sonra həmin halda Fatihə surəsini, daha sonra "Ixlas" və ya Qur'anın böyük və kiçik surələrindən hər hansı birini oxuyursan.

Fatihə surəsi: Bismillahir-rəhmanir-rəhim. Əlhəmdulillahi Rəbbil aləmin. Ər-rəhmanir-rəhim. Maliki yəvmiddin. Iyyakə nə'budu və iyyakə nəstəin. Ihdinəs-siratəl mustəqim. Siratəlləzinə ən'əmtə ələyhim, ğəyril məğzubi ələyhim vələzzallin.

Ixlas surəsi isə belədir: Bismillahir-rəhmanir-rəhim. Qul huvəllahu əhəd. Allahussəməd. Ləm yəlid vələm yuləd. Vələm yəkun ləhu kufuvən əhəd.

4-Sonra rükuya gedir (yə'ni əllər dizlərə çatanadək əyilirsən) və bədən aram olduqdan sonra üç dəfə "Subhanəllah" deyirsən.

5-Zikrləri dedikdən sonra ayağa qalxaraq düz durursan.

6-Daha sonra Allah-taala hüzurunda səcdəyə düşürsən. Səcdə halında alın, əllərin içi, dizlər və ayaqların baş barmaqları yerə qoyulmalıdır. Baş barmaqdan başqa barmaqların da yerə qoyulmasının heç bir eybi yoxdur. Səcdədə də bədən aram olduqdan sonra üç dəfə "Subha-nəllah" deyirsən:

7-Daha sonra səcdədən qalxıb əyləşirsən.

8-Sonra ikinci dəfə səcdəyə gedərək birinci səcdədəki kimi üç dəfə "Subhanəllah" zikrini deyirsən.

9-Sonra səcdədən qalxaraq əyləşirsən.

10-Ikinci səcdədən sonra bir daha ayağa qalxır, həmçinin Fatihə və Ixlas surələrini oxuyursan.

11-Hər bir namazın ikinci rəkətində ixlas surəsi sona yetdikdən sonra qünut tutub, dua etmək müstəhəbdir. Qunutda hər hansı bir duanı oxuya bilərsən.

12-Daha sonra rükuya gedib üç dəfə "Subhanəllah" zikrini deyirsən.

13-Sonra rükudan qalxıb bir an dayanırsan.

14-Daha sonra səcdəyə gedib birinci rəkətdə olduğu kimi iki səcdəni "Subhanəllah" zikri ilə yerinə yetirirsən.

15-Sonra isə əyləşərək təşəhhüd və salamı oxuyursan.

Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh. Əssəlamu ələyna və əla ibadillahis-salehin. Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.
(Namazın salamını dedikdən sonra üç dəfə Allahu əkbər demək müstəhəbdir.
Bununla da Sübh namazı sona çatır.
Zöhr, Əsr və Işa namazlarını qıldıqda isə ikinci rəkətin təşəhhüdünü dedikdən sonra salam demədən ayağa qalxır və fatihə surəsi əvəzinə təsbihat-ərbəə adlı aşağıdakı zikri üç dəfə deyirsən:"Subhanəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər"
Sonra qeyd olunduğu kimi rüku və səcdələri yerinə yetirirsən.
Daha sonra yenidən ayağa qalxıb təsbihat-ərbəəni üç dəfə deyirsən.Sonra rüku və səcdələri yerinə yetirirsən.Daha sonra əyləşən halda təşəhhüd və salamı deyib namazı bitirirsən.Məğrib namazı isə üç rəkətli olduğu üçün üçüncü rəkətin rüku və səcdələrindən sonra əyləşib təşəhhüd və salamı oxuyursan.


Geri dön

G♥S

  • 30 dekabr 2014 21:33
  • Məqalə: 204
  • Şərh: 4097
  • Bal:
tewekkurler

--------------------

Gr-Az

  • 28 dekabr 2014 17:00
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Allah razi olsun..!

вคɴค iкiмizi คɴlคт ❤

  • 25 dekabr 2014 00:25
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
ALLAH Razı Olsun!

Aylowka)))

  • 24 dekabr 2014 22:39
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Rebbim cumle namaz qilanlarin namazlarini qebul etsin.Amin.
Allah razi olsun)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

♔๑.Şaнzadəм.๑♔

  • 24 dekabr 2014 21:36
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
ALLAH Razı Olsun!

--------------------

Elya Alieva

  • 24 dekabr 2014 19:51
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 24 dekabr 2014 19:08
  • Məqalə: 455
  • Şərh: 9618
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

ツDirectionerツ

  • 24 dekabr 2014 18:45
  • Məqalə: 69
  • Şərh: 2208
  • Bal:
{awards}
NAMAZI BATIL EDƏN ŞEYLƏR

Namaz qılan şəxs təkbirətül-ehramı deyərək namaza başlayandan qurtarana qədər bə''zi işlər ona haram olur. Əgər namaz halında onların birini etsə namazı batildir. O cümlədən:
Danışmaq, bilərəkdən, mə''nası olan iki hərf;
Gülmək, bilərəkdən, uca səslə;
Ağlamaq, dünya işləri üçün, uca səslə;
Üzü qiblədən başqa tərəfə döndərmək;
Yemək və içmək;
Namazın surətini (formasını) pozmaq;
Namazın rükünlərini azaltmaq və ya çoxaltmaq. Rükun olmayan yerlərdə əgər bilərəkdən edərsə batil, səhvən edərsə səhihdir.
İki və üç rükətli namazlarda birinci və ikinci rükətlərdə şəkk edərsə;
Namazın şərtlərini aradan aparan şeylər;
Dəstəmazın aradan getməsi;
Əlini əlinin üstünə qoyma;
Həmddən sonra "Amin" demək.
Namazda məkruh olan şeylərdən bə''zisi
Gözləri yummaq;
Əllərlə, barmaqlarla oynamaq;
Həmdi və ya Surəni oxuyanda və ya zikrləri deyən vaxtda başqasının sözünü eşitmək üçün səsi alçaltmaq;
Allah dərgahında xüzu və xüşunu aradan aparan hər hansı bir işlə məşğul olmaq;
Üzü azacıq sağa və ya sola döndərmək (çünki çox döndərmək namazı batil edir).

--------------------



Louis Tomlinson♥

J ♥ S

  • 24 dekabr 2014 18:10
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
Allah qıldıgımız Namazımızı qəbul etsin Amin.
Təşəkkürlər xəbərə görə :)))

--------------------
J & S ∞♥....

G♥S

  • 24 dekabr 2014 18:00
  • Məqalə: 204
  • Şərh: 4097
  • Bal:
{awards}
Allah razi olsun..!

--------------------

♔ Rapuиzel ♔

  • 24 dekabr 2014 17:29
  • Məqalə: 333
  • Şərh: 7142
  • Bal:
{awards}
bUYURUN....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 22
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}