Yeni il haqqında

 
Yeni il haqqında

Yeni İl Bayramı - dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Hər şeyin əvvəli olduğu kimi bu bayramın da öz tarixçəsi var. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.

Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesapotomiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda qul ağaya çevrilərmiş. Yeri gəlmişkən, "Karnaval" sözü babil dilindən tərcümədə "gəmi-dəniz" deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış.Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babalistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.


Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış, yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü "Günəş qapısı" adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü - İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.

Şam ağacının bəzədilməsi ənənəsi.
Yeni il bayramını al-əlvan, bərli-bəzəkli yolkasız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu yolka təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni yolkalarla da keçinmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları yolka bəzəmək ənənəsini də xristian diniylə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan yolkanın bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi. Yeni il yolkası haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində şam ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya - Amerikaya yolkanı burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə yolka bütün dünyada məşhurlaşıb.



Geri dön

_favorit_arkadas

  • 9 yanvar 2015 14:43
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
Şərhlərə görə çox sağolun...

--------------------

Gr-Az

  • 31 dekabr 2014 21:32
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Yeni İl Bayramı - dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Hər şeyin əvvəli olduğu kimi bu bayramın da öz tarixçəsi var. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.

tewekkurler meqalencun

G♥S

  • 30 dekabr 2014 18:45
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}

Yeni İl Bayramı - dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Hər şeyin əvvəli olduğu kimi bu bayramın da öz tarixçəsi var. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.

--------------------

ツDirectionerツ

  • 28 dekabr 2014 18:43
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
{awards}
tewekkurlerr)) coxx beyendim)

--------------------



Louis Tomlinson♥

Gr-Az

  • 28 dekabr 2014 15:26
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler

Gr-Az

  • 27 dekabr 2014 20:39
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Yeni ili seviremm..Xeber maraqli alinib cox sagolun..)

ツDirectionerツ

  • 27 dekabr 2014 16:29
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
{awards}
twkkk maraqli idi)))

--------------------



Louis Tomlinson♥

sensei41008

  • 26 dekabr 2014 19:16
  • Məqalə: 1
  • Şərh: 61
  • Bal:
{awards}
Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış, yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü "Günəş qapısı" adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü - İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.

--------------------
EgEr AkTiV uSeR oLsAyDiM iMzA qOyA bIlErDiM

.:.Esqi_Kerbela.:.

  • 26 dekabr 2014 17:23
  • Məqalə: 38
  • Şərh: 206
  • Bal:
{awards}
Yeni IL deyil ama yenede Yeni Ilnizi tebrik edirem xeber ucun tewekkurler

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 26 dekabr 2014 17:11
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
melumata gore saol

★Deniz★

  • 26 dekabr 2014 17:08
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
tewekkurler

--------------------

_favorit_arkadas

  • 26 dekabr 2014 16:12
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
sensiz ashik,
Bu haqda heç bir məlumatım yoxdur... belay

--------------------

Aydan95

  • 26 dekabr 2014 15:24
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler........

G♥S

  • 26 dekabr 2014 14:53
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Yeni ili seviremm..Xeber maraqli alinib cox sagolun..)

--------------------

Elya Alieva

  • 26 dekabr 2014 12:33
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Tesekkurler...ama
men yeni ili qeyd etmirem
meni yahudilerin xacpereslerin baram munasibetile tebrik etmeyin...!

Ey iman getirenler !
yahudi ve cacperesleri oznuze dost tutmayin onlarin ozleri bir birine dosturlar sizden kim onlara dosluq edersinizse sizde onlardan olarsiz
ALLAH zalim tayfani duz yola duzeltmez Maide (5) 51

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 26 dekabr 2014 12:13
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
XEBERE GORE SAG OLUN

--------------------
http://legend.az/user/imza/

..::My Black::..

  • 26 dekabr 2014 11:44
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
Yeni ili cooox sevirəmm Xəbər üçün təşəkürlər)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}