Xeyir əməlləri haradan götürürük?

 
Xeyir əməlləri haradan götürürük?

Peyğəmbərin (s.a.s) səhabələri həmişə Ondan (s.a.s) əməllərin ən xeyirlisini, ən fəzilətlisini və ən əhəmiyyətlisini soruşardılar ki, düzgün əməllərlə Allahu Təalaya yaxınlaşsınlar və Allahın rizasını qazansınlar.
Müsəlman şəxs daim xeyir əməllərə can atır, həmişə savab qazanmaq üçün yaxşı əməllər görmək istəyir. Saleh əməllər və işlər çoxdur, lakin İslam ümmətinin həmişə axtardığı əməl daha çox savabı və ən böyük mükafatı olan əməl olub. Halbuki, İslam ümmətinin bu günə kimə ən çox ehtiyac duyduğu, xeyir əməllərin düzgün seçimi olubdur.

Xeyir işlər nə qədər çox olsa da, bir iş görməzdən əvvəl həmin işin nə qədər əhəmiyyətli olduğunu dərindən düşünmək lazımdır. Bir xeyir əməlin savabı o biri xeyir əməldən yüksək ola bilər, ancaq müəyyən zamanda və məkanda savabı az olan əməl o birisindən daha əhəmiyyətli ola bilər. Əslində xeyir əməllərin mükafatını və savabını bizlər yalnız Qurani Kərim və Peyğəmbərimizin (s.a.s) hədisləri vasitəsilə bilirik. Xeyir əməlləri ümmətinə öyrədən haqq Peyğəmbər Muhəmmədin (s.a.s) hədislərinə nəzər yetirsək görərik ki, O (s.a.s) əməlləri rütbələrinə, savablarına və yaxud əhəmiyyətinə görə müxtəlif şəkildə düzüb. Məsələn bir hədisdə rəvayət olunur ki; Peyğəmbərimiz (s.a.s) belə buyurmuşdur; "İmanın yetmiş və bir neçə şöbələri (dərəcələri) var. (Bunların) Ən yüksəyi (üstünü) Lə İləhə İlləl-lah (Allahdan başqa İlahın olmadığına inanmaq), ən aşağı (təbəqədə) olanı, yolda (insanlara) əziyyət verən bir şeyi uzaqlaşdırmaqdır" Bunun kimi bir çox hədislərə rast gəlmək olar və müxtəlif cür xeyir əməllərin müxtəlif formada izah olunduğunu görərik. Allahu Təala da Qurani Kərimdə bəzi əməlləri bəzilərindən üstün tutmuşdur. Məsələn Tövbə surəsində Allahu Təala buyurur ki; (Məgər siz hacılara su verməyi və Məscidülhəramı tə'mir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz! İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır) (Ət-Tövbə 19-21)


Peyğəmbərin (s.a.s) səhabələri həmişə Ondan (s.a.s) əməllərin ən xeyirlisini, ən fəzilətlisini və ən əhəmiyyətlisini soruşardılar ki, düzgün əməllərlə Allahu Təalaya yaxınlaşsınlar və Allahın rizasını qazansınlar. Xeyir əməllərin ən önəmlisini və əhəmiyyətlisini seçdikdə, əlbəttə şəriətin hökmlərinə, qanun və meyarlarına riayət etmək lazımdır. Həmçinin hər bir işi səviyyəsinə və rütbəsinə görə ədalətlə görmək lazımdır. Ona görə də əhəmiyyətsiz işi əhəmiyyətli işdən əvvəl, əhəmiyyətli işi daha önəmli işdən əvvəl, bəyənilən işi daha xeyirli işdən əvvəl görmək olmaz. Böyük iş alçaldılmamalı, kiçik iş böyüdülməməlidir. Öndə dayanması gərək olanı arxaya, arxada duranı isə səbəbsiz önə gətirmək olmaz. (Göyü O, ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu! Ona görə ki, çəkidə həddi aşmayasınız (insafı əldən verməyəsiniz).

Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!) (Ər-Rəhman, 7-9)
Təəssüf ki, ümmətimizin və cəmiyyətimizin bu günki halı çox bərbaddır. Millətə, cəmiyyətə və xalqa lazım olan ən önəmli şeylər unudulur, millətə lazım olmayan və hətta onları uçuruma aparan işlər ön planda durur.

Qəzet və jurnallarda, televiziya və radioda elmə və maarifləndirməyə daha çox əhəmiyyət verməkdənsə, biz idman və incəsənətə daha çox rast gəlirik. Səhərdən axşama kimi eşitdiyimiz, gördüyümüz və oxuduqlarımız yalnız kino ulduzları, futbolçular, yeni starlar və sairə kimi ən mənəviyyatsız insanlar haqqındadır. Hətta idmana və incəsənətə gəldikdə belə, ən əhəmiyyətsizi önə çəkib, insanlara daha çox fayda verən şeyləri ləğv ediblər. Məsələn insanlara həyatlarında daha çox fayda verən idman növünə deyil, daha çox pul gətirən və millətlər arasında rəqabət yaradan futbol, tenis və sairə kimi idman növlərinə üstünlük verirlər. Hansısa müğənni və ya sənətkar öləndə yer-göy titrəyir, səsi-sədası uzun müddət kəsilmir. Ancaq böyük alim, şair və ya yazıçı vəfat etdikdə, bunu qısa formada xəbər kimi camaata çatdırmaqdan başqa heç nə etmirlər. Mahnıya, çalğıya, rəqsə və idmana böyük məbləğdə pullar sərf edildiyi halda, elmə, təhsilə, sağlamlığa və cəmiyyətin rifahına heç kim pul xərcləmək istəmir.


Geri dön

princessa_selin

  • 4 yanvar 2015 10:21
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
Allah razi olsun sizden

--------------------

Gr-Az

  • 31 dekabr 2014 20:50
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler meqalencun

ツDirectionerツ

  • 31 dekabr 2014 17:18
  • Məqalə: 69
  • Şərh: 2208
  • Bal:
{awards}
tewekkurler )) cox beyendim) love bully smile

--------------------



Louis Tomlinson♥

Gr-Az

  • 31 dekabr 2014 14:23
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Peyğəmbərin (s.a.s) səhabələri həmişə Ondan (s.a.s) əməllərin ən xeyirlisini, ən fəzilətlisini və ən əhəmiyyətlisini soruşardılar ki, düzgün əməllərlə Allahu Təalaya yaxınlaşsınlar və Allahın rizasını qazansınlar.
Müsəlman şəxs daim xeyir əməllərə can atır, həmişə savab qazanmaq üçün yaxşı əməllər görmək istəyir. Saleh əməllər və işlər çoxdur, lakin İslam ümmətinin həmişə axtardığı əməl daha çox savabı və ən böyük mükafatı olan əməl olub. Halbuki, İslam ümmətinin bu günə kimə ən çox ehtiyac duyduğu, xeyir əməllərin düzgün seçimi olubdur.

G♥S

  • 30 dekabr 2014 18:28
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:
{awards}
Peyğəmbərin (s.a.s) səhabələri həmişə Ondan (s.a.s) əməllərin ən xeyirlisini, ən fəzilətlisini və ən əhəmiyyətlisini soruşardılar ki, düzgün əməllərlə Allahu Təalaya yaxınlaşsınlar və Allahın rizasını qazansınlar. Xeyir əməllərin ən önəmlisini və əhəmiyyətlisini seçdikdə, əlbəttə şəriətin hökmlərinə, qanun və meyarlarına riayət etmək lazımdır. Həmçinin hər bir işi səviyyəsinə və rütbəsinə görə ədalətlə görmək lazımdır. Ona görə də əhəmiyyətsiz işi əhəmiyyətli işdən əvvəl, əhəmiyyətli işi daha önəmli işdən əvvəl, bəyənilən işi daha xeyirli işdən əvvəl görmək olmaz. Böyük iş alçaldılmamalı, kiçik iş böyüdülməməlidir. Öndə dayanması gərək olanı arxaya, arxada duranı isə səbəbsiz önə gətirmək olmaz. (Göyü O, ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu! Ona görə ki, çəkidə həddi aşmayasınız (insafı əldən verməyəsiniz).

--------------------

ツDirectionerツ

  • 28 dekabr 2014 18:28
  • Məqalə: 69
  • Şərh: 2208
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------



Louis Tomlinson♥

Gr-Az

  • 28 dekabr 2014 14:56
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler

Gr-Az

  • 27 dekabr 2014 19:51
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Allah razi olsun..!

ツDirectionerツ

  • 27 dekabr 2014 15:21
  • Məqalə: 69
  • Şərh: 2208
  • Bal:
{awards}
Mraqli xeber idi ALLAH RAZI OLSUN

--------------------



Louis Tomlinson♥

G♥S

  • 27 dekabr 2014 12:44
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:
{awards}
Allah razi olsun..!

--------------------

Aylowka)))

  • 26 dekabr 2014 22:57
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Allah razi olsun

Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!)

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

★Deniz★

  • 26 dekabr 2014 21:12
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Pıtırcık

  • 26 dekabr 2014 21:04
  • Məqalə: 479
  • Şərh: 9653
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Elya Alieva

  • 26 dekabr 2014 21:03
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
ilik Serh mende cox saqolun Allah razi olsun

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 62
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}