Əfəndimizin insanlara münasibəti

 
Əfəndimizin insanlara münasibəti

İnsanlığa ən gözəl nümunə olan Əfəndimiz həyatın hər sahəsində olduğu kimi,ictimai həyatda əlaqələrdə də bir "Üsveyi-hasənə" yəni (ən gözəl nümunə) idi. Hz.Peyğəmbər Əfəndimiz (s.a.v.) təklif edəcəyi hər mövzunu əvvəlcə özü şəxsən həyatına tətbiq etmişdir.Eyni zamanda Allahın razı olduğu həyat tərzini insanlara öyrətmək mövzusunu da əsla ehmal etməmişdir.

Peyğəmbərimiz insanlara çox dəyər verər,insanlarla iç-içə yaşayar,sıravi bir insan kimi həyatını devam etdirərdi.İnsanlarla qarşılaşdığı zaman ilk salam verən özü olardı;müsafihə yəni (əl verib görüşmə),hal əhval tutardı.Deyilənləri diqqətlə dinləyər,həmsöhbəti sözünü bitirmədikcə üzünü ondan çevirməzdi.Ənəs b. Malik Peyğəmbərimizin bu xüsusiyyətini belə ifadə edir: "Hz.Peyğəmbər biri ilə qarşılaşıb danışmağa başlayınca,o şəxs üzünü çevirmədikcə əsla üzünü çevirməzdi.Biri ilə qarşılaşıb əlini tutunca,həmin adam əlini buraxmadıqca əlini çəkməzdi.Səhabələri ilə oturarkən ayaqlarını qəti uzatmazdı".

Peyğəmbərimiz,insana hər şeydən əvvəl insan olduğu üçün dəyər verərdi.Bunun ən gözəl nümunələrindən biri bu şəkildə rəvayət edilir:Bir gün Əfəndimiz səhabədən bir qrupla oturarkən yanlarından bir cenazə keçmiş və Əfəndimiz (s.a.v.) cənazəni görüncə ayağa qalxmışdı.Yanındakılar onun bir musəlman cənazəsi olmadığını,Yəhudi cənazəsi olduğunu söyləyərək,ayağa qalxmağa ehtiyac olmadığını bildirmişdi.Bunun qarşılığında Hz.Peyğəmbərimiz (s.a.v.): "
Müsəlman deyilsə,insan da deyilmi?" cəvabını vermişdi.

O,insana verdiyi əhəmiyyətin bir göstəricisi olaraq , ölülərin arxasınca pis söz danışmağı və qəbirlərin üzərinə oturmağı qadağan etmişdir.

Əfəndimiz (s.a.v.) səhabələrinin dərdləriylə maraqlanar,onlarla olan əlaqəsini kəsməzdi.Ümumi məsələlərlə yanaşı xırda məsələlərə də laqeyd yanaşmamış və insanların ən kiçik dərdləri ilə də maraqlanmışdır.

Hz.Peyğəmbərimiz (s.a.v.) özü Müsəlmanların dərdləriylə maraqlandığı kimi,Müsəlmanlara da bunu tövsiyə etmişdir.Bu mövzuda belə buyurmuşdur: "Kim bir Müsəlmanın dünyadakı sıxıntılarından birini aradan qaldırsa,Allah (c.c) da onu qiyamət günü çətinliklərindən birini aradan qaldırar".

Peyğəmbər əfəndimiz (s.a.v.) daima təbəssüm edər və gülərüz olardı.O heç vaxt qəhqəhə çəkib gülməmişdi.Onun gülüşü,təbəssüm şəklində olmuşdu.Mövzu ilə əlaqədar Cərir b. Abdullah buyurmuşdur: "Rəsulullah (s.a.v.), müsəlman olduğum gündən bəri yanına girməyimə əngəl olmadı.Məni görüb,üzümə təbəssüm etmədiyi an da olmadı."

Rəsulullah (s.a.v.), özü gülər üzlü olduğu kimi, səhabələrini də belə olmağa təşviq etmişdir: "Qardaşının üzünə gülümsədiyinə görə sənə sədəqə düşər", "Heç bir yaxşılığı dəyərsiz hesb etmə.Hətta qardaşını gülər üzlə qarşılamağı belə"

Əziz müsəlmanlar sizdə bunu belə qəbul edib,gülər üzlü olmağı heç vaxt ihmal etməyin.Gülər üzlü olun ki,Allah (c.c) da sizə mərhəmətli olsun.Allahın mərhəməti üzərimizə olsun.Amin!


Geri dön

Pıtırcık

  • 4 yanvar 2015 12:06
  • Məqalə: 478
  • Şərh: 9653
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

princessa_selin

  • 3 yanvar 2015 16:20
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Hz.Peyğəmbər biri ilə qarşılaşıb danışmağa başlayınca,o şəxs üzünü çevirmədikcə əsla üzünü çevirməzdi.Biri ilə qarşılaşıb əlini tutunca,həmin adam əlini buraxmadıqca əlini çəkməzdi.Səhabələri ilə oturarkən ayaqlarını qəti uzatmazdı".

--------------------

ツDirectionerツ

  • 31 dekabr 2014 17:10
  • Məqalə: 69
  • Şərh: 2208
  • Bal:
{awards}
tewekkurler )) cox beyendim) love bully smile

--------------------



Louis Tomlinson♥

ツDirectionerツ

  • 28 dekabr 2014 12:36
  • Məqalə: 69
  • Şərh: 2208
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------



Louis Tomlinson♥

G♥S

  • 27 dekabr 2014 20:47
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:
{awards}
Reylere gore cox sagolun Allah razi olsun..!

--------------------

Gr-Az

  • 27 dekabr 2014 19:31
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Awkim ela alinib meqalen ellerin derd gormesin Allah razi olsun

Aylowka)))

  • 27 dekabr 2014 17:32
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Allah razi olsun canm menim)))
Rebbim Hz.Muhammed (s.a.s)-e layiq ummet olmagi cumlemize nesib etsin..Amin..

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

_favorit_arkadas

  • 27 dekabr 2014 15:57
  • Məqalə: 556
  • Şərh: 8237
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------

ツDirectionerツ

  • 27 dekabr 2014 13:55
  • Məqalə: 69
  • Şərh: 2208
  • Bal:
{awards}
Əfəndimiz (s.a.v.) səhabələrinin dərdləriylə maraqlanar,onlarla olan əlaqəsini kəsməzdi.Ümumi məsələlərlə yanaşı xırda məsələlərə də laqeyd yanaşmamış və insanların ən kiçik dərdləri ilə də maraqlanmışdır.

--------------------



Louis Tomlinson♥

Pıtırcık

  • 27 dekabr 2014 13:53
  • Məqalə: 478
  • Şərh: 9653
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

♫ мєl๏dyคм ♫

  • 27 dekabr 2014 11:53
  • Məqalə: 163
  • Şərh: 4830
  • Bal:
{awards}
İlk şerh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}