Azərbaycana niyə Odlar Yurdu deyilir?

 
Azərbaycana niyə Odlar Yurdu deyilir?

Dilavər Əzimli: “Bizim oda münasibətimiz atəşpərəstlik dinindən daha əvvələ təsadüf edir”; Kənan Rövşənoğlu: “Qədimdən ərazimizdə neft və qazın olması bu fikrin yaranmasına səbəb olub”; Həmid Herisçi: “Alov həm də cəhənnəm əlaməti də sayılır”

Adətən Azərbaycan dünyaya Odlar Yurdu adı ilə tanıdılır. Azərbaycana Odlar Yurdu deyilməsi isə daha çox İslamdan əvvəl geniş yayılmış zərdüştlük dini ilə əlaqələndirilir. Bildirilir ki, zərdüştlük (atəşpərəstlik) dövründə insanlar tikdiyi ibadətgahlarda od yandırıblar və onu qoruyub saxlayıblar.

Artıq ikinci ildir ki, İspaniyanın, eləcə də dünyanın ən məşhur futbol klublarından olan “Atletiko” Madridin oyunlara üzərinə “Land of fire Azərbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılmış formada çıxır. 2012-ci ildə “Eurovision” mahnı yarışması da bu şüar altında keçirildi.

Bəs nədən Azərbaycana Odlar Yurdu deyilir, dünyaya “Odlar Yurdu” adı ilə tanıdılır? Bunun fərqli, qeyri-dəqiq, rəvayətəbənzər izahlarına rast gəlmişik. Son vaxtlar bu mövzu aktual olduğundan bu sahəni bilən insanlardan Odlar Yurdu ifadəsinin tarixi, dini, mistik izahını öyrənməyə çalışdıq.

AMEA-nın əməkdaşı, tarixçi Dilavər Əzimli bildirdi ki, dünya dörd ünsür üzərində bərqərar olub: “ Dünya od, su, torpaq, hava üzərində qurulub. İnsanın yaşayışı da bu dörd ünsür üzərində qurulub. Azərbaycan ta qədim zamanlardan bu ünsürlərin gur olduğu bir ərazidir. Bundan əlavə qədim dövrlərdə bu ərazidə od inancı güclü olub. Amma oda Allah kimi baxmayıblar. Odu Allah səviyyəsinə qaldıranlar Sasanilər olub. Ona qədər Azərbaycanda maq mədəniyyəti olub. Bu mədəniyyətin mərkəzi şəhərlərindən biri də Ərdəbil sayılıb. O zaman bu şəhər ”Ərdəbil" adlanmayıb. Xaqani, Nizami, Fizuli şeirlərində, daha sonra Seyid Əzim Şirvani, Əliağa Vahid kimi poeziya əhli öz yaradıcılıqlarında qəm, atəş, od və sair buna bənzər ifadələr işlədiblər. Bütün bunlar bu poeziyaya elə-belə keçməyib. Azərbaycan dünyanın ilk yaranış mərkəzlərindən olduğu üçün də bu ifadələr işlənib.

Hansı tərəfə baxırsan od, alovdur. Dağlardan od, alov çıxır. Azərbaycan sözünün özünə fikir verin, bu adın müxtəlif mənaları var, tarixçilər bu sözü fərqli anlamda açırlar. Məsələn, bəziləri bunu Atropatın adı ilə, bəziləri “Adərbayqan”, “Odər” və başqa sözlərlə açırlar. Azərbaycanda bir çox sözlər var ki, çox qədimdir, 4-5 min ilə yaxın yaşı var. Azərbaycanın Odlar Yurdu adlanmağının, bu adla tanınmağının ən böyük mənası mənim fikrimə görə günəşli, odlu, alovlu, zəngin ölkə olmasıdır. Bunu bu yöndə də izah etmək olar".

Tarixçi bəzi mənbələrdə Azərbaycanın Odlar Yurdu kimi tanınmasının atəşpərəstliklə əlaqələndirilməsinə də izah verdi: “Azərbaycanın Odlar Yurdu adlandırılmasını Atəşpərəstlik dini ilə də əlaqələndirirlər. Amma mən ayrı fikirdəyəm. Bununla bağlı bir çox yazıları gördükdən sonra, mənim fikrim dəyişdi. Zərdüştlüyə qədər ki, mədəniyyəti biz hələ öyrənməmişik. Bu dinin yarandığı günə qədər olan mədəniyyət maq mədəniyyəti adlanır. Bu mədəniyyətdə od müqəddəs sayılırdı. Amma odu Allah saymırdılar. Sadəcə oda bir inam var idi. Maqlar qeyri-adi istedada malik idilər, yüksək təhsil, dünya görmüş insanlar idi. Onların öz məktəbləri var idi. Onlar od ətrafında özlərinin ibadətgahlarını qururdular. Yəni bizim oda münasibətimiz atəşpərəstlik dinindən daha əvvələ təsadüf edir. Hesab edirəm ki, bizim ətrafımızda yaşayanların bir hissəsinə atəşpərəstlik dini zorla qəbul etdirilib. Məgər, atəşpərəstlikdən əvvəl burada od yox idimi? Yəni Azərbaycanın Odlar Yurdu kimi tanınmasının düşünürəm ki, atəşpərəstliklə əlaqəsi yoxdur”.


“Yeni Müsavat” qəzetinin əməkdaşı, dini ekspert Kənan Rövşənoğlu isə bu mövzunun dini izahını verdi: “Adətən Azərbaycanda od simvollarını atəşpərəstliklə əlaqələndirirlər. Ancaq Azərbaycanın odla simvollaşdırılmasının başqa səbəbləri də var. Qədimdən ərazimizdə neft və qazın olması və bunun nəticəsində təbii məşəllərin meydana gəlməsi də bu fikrin yaranmasına səbəb olub. Eyni zamanda islam dini mənbələrində də Azərbaycan haqda az saylı hədis və rəvayətlərdə od ifadəsinə rast gəlinir. Məsələn hədislərin birində qeyd olunur ki, qiyamətdən öncə Azərbaycandan od görünəcək. Əbu Basir deyir ki, İmam Əbu Abdullah Cəfər-i Sadiq əleyhissalam belə buyurdu: Atam mənə belə buyurdu: Azərbaycandan mütləq bir atəş çıxacaq və heç nə onun qarşısında dayana bilməyəcək. Belə bir şey olduqda evinizdə oturun. Biz nə etsək, siz də onu edin. (Yəni biz evdə otursaq, siz də oturun.) Bizim qiyam edənimiz (Hz. Mehdi (ə.s.)) hərəkət etdikdə sürətlə və heç dayanmadan ona doğru qaçın... (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 311) Maraqlıdır ki, hadisədə od ifadəsinin məhz Azərbaycanla yanaşı çəkilməsi diqqətçəkəndir. Bu isə onu göstərir ki, od ifadəsinin Azərbaycanla yanaşı işlədilməsinin həm də dini əsasları olub”.

Tanınmış yazıçı Həmid Herisçi isə Azərbaycanın Odlar Yurdu adlandırılmasının mistik mənasından danışdı: “Ölkənin əsas sərvətinin neft olduğunu hamı bilir. Azərbaycanın Odlar Yurdu adlandırılması buradan qaynaqlanır. Bu məsələnin real tərəfidir. Amma mənim fikrimcə, bunun mistik mənası da var-alov. Bu qədimdən belə yazılır. İzah məntiqi aləmdən kənara çıxır. Təxminən bu alov dünyası ilə bağlıdır. Alov həm də cəhənnəm əlaməti də sayılır. Bu mövzu ilə bağlı birmənalı məlumat yoxdur. İkinci bir tərəfi də zərdüştlük dini ilə də əlaqələndirilir. Bu dinin ciddi təqvimi-Novruz təqvimi var. Bu təqvim çox aydın şəkildə təbiətin dəyişdiyini göstərir. Adətən elmdə buna çərxi-fələyin dəyişməsi deyilir. Azərbaycan təfəkkürünün də əsasında müəyyən qədər bu təqvim dayanır. Bu təqvim də havanın, təbiətin dəyişməsi ilə bağlıdır. Yəni Azərbaycanın dünyaya bəxş etdiyi ən gözəl nemətlərdən biri həm də bu təqvimdir. Bu da Odlar Yurdu deyiminin günəşlə, odla bağlı olduğunu göstərir”.


Geri dön

_favorit_arkadas

  • 9 yanvar 2015 14:45
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
Şərhlərə görə çox sağolun...

--------------------

princessa_selin

  • 3 yanvar 2015 16:14
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Hansı tərəfə baxırsan od, alovdur. Dağlardan od, alov çıxır. Azərbaycan sözünün özünə fikir verin, bu adın müxtəlif mənaları var, tarixçilər bu sözü fərqli anlamda açırlar. Məsələn, bəziləri bunu Atropatın adı ilə, bəziləri “Adərbayqan”, “Odər” və başqa sözlərlə açırlar. Azərbaycanda bir çox sözlər var ki, çox qədimdir, 4-5 min ilə yaxın yaşı var. Azərbaycanın Odlar Yurdu adlanmağının, bu adla tanınmağının ən böyük mənası mənim fikrimə görə günəşli, odlu, alovlu, zəngin ölkə olmasıdır. Bunu bu yöndə də izah etmək olar".

--------------------

Gr-Az

  • 31 dekabr 2014 20:43
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler meqalencun

ツDirectionerツ

  • 31 dekabr 2014 17:04
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
{awards}
tewekkurler )) cox beyendim) love bully smile

--------------------



Louis Tomlinson♥

Gr-Az

  • 28 dekabr 2014 13:05
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler

ツDirectionerツ

  • 28 dekabr 2014 12:23
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
{awards}
odlar yurduu))

--------------------



Louis Tomlinson♥

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 dekabr 2014 23:55
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Maraqli idi..)

★Deniz★

  • 27 dekabr 2014 23:13
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
tewekkurlerr maraqlidii

--------------------

Gr-Az

  • 27 dekabr 2014 19:20
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
Maraqli idi..)

..::My Black::..

  • 27 dekabr 2014 17:36
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
Melumat üçün təşəkürlər

Aylowka)))

  • 27 dekabr 2014 17:05
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Melumata gore cox sagolun)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

ツDirectionerツ

  • 27 dekabr 2014 15:01
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
{awards}
maraqli xeberdii twkk))

--------------------



Louis Tomlinson♥

G♥S

  • 27 dekabr 2014 14:48
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Maraqli idi..)

--------------------

Pıtırcık

  • 27 dekabr 2014 14:26
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
ILK SERH MENDEN .MARAGLI XEBERDI

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 60
Cəmi: 79

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 3
Cəmi: 387
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
 
{slinks}