Dişləri düzgün fırçalama texnikası

 
Dişləri düzgün fırçalama texnikası


Diş ağrısının nə olduğunu hamımız bilirik.Yəqin ki, bu əzabı təkrar çəkmək istəməzdik.Ən əsası uşaqlarımızın diş agrısından əziyyət çəkməsini heç istəməzdik.Gəlin düşünək: dişlərin təmizlənməsinin elmin ən son nailiyyətlərinə əsaslanan üsullarını hamımız bilirikmi?
Dişlərimizi nə dərəcədə düzgün fırçalayırıq?

Etiraf edirəm ki,dişlərin fırçalanması texnikasını düzgün yerinə yetirmək mürəkkəb məsələdir və müəyyən səriştə tələb edir.Ancaq bunu öyrənmək mümkündür.Çəkdiyiniz əziyyət dişlərinizi düzgün təmizləməyə və bir sıra stomatoloji xəstəliklərin qarşısını almağa imkan verəcək.Düzgün fırçalama texnikasına yiyələnmək istəyirsinizsə aşağıdakı qaydalara riayət etməlisiniz.

Diş fırçasını 45 dərəcəlik bucaq altında tutun.Fırçanın tük olan hissəsinin yarısını diş ətinə tərəf,yarısını isə diş boynuna yerləşdirin.Bunu elə etmək lazımdır ki,fırçanın ucları diş ətinin sərhəddinə çatsın və diş ətinin alt hissəsilə dişlərin boynuna yumşaq toxunsun.Fırçanı həmin vəziyyətdə saxlayaraq 5 dəfə dairəvi hərəkət edin, qısa kiçik zərbələr daha çox vibrasiyaya oxşamalıdır. Bu diş daşlarını və dişlər üzərindəki ərpi aradan qaldırır.Sonra dişin uc hissəsinə fırçanı bir dəfə çəkin.Bu hərəkətlə isə siz memorial lövhəni təmizləmiş olursunuz.Bu proseduranı 5-6 dəfə eynilə təkrar etməlisiniz. Hər dəfə 2-3 diş və onun ətrafı təmizlənəcək.Bunu sistematik etsəniz, dişlərinizi təmizləmək asnlaşacaq və bütün dişləriniz təmizlənəcək.

Hansı dişlərdən başlamaq lazımdır?
Dişlərin təmizlənməsini ust çənənin sağ tərəfində yerləşən sonuncu arxa dişdən başlamaq lazımdır.Xarici tərəfdən təmizləyərkən,yavaş-yavaş irəli sol axrıncı dişə tərəf gedin.İndi fırçanı dişlərinizin daxili tərəfinə yönəldin.Yenə də fırçanı 45 dərəcəlik bucaq altında saxlayın və fırçalamanı eynilə təkrar edin.Yaddan çıxarmayın ki,fırça şaquli vəziyyətdə olduqda siz yalnız künc dişindən daxilə ön dişləri təmizləməlisiniz.Sonra səkkiz dəfə kiçik dairəvi hərəkətlər ilə hər dişin çeynəmə səthini təmizləməlisiniz.

Dişlərinizi ən azı gündə 2-3 dəfə təmizləyin.Hətta,imkanınız olsa yediyiniz hər şirniyyatdan və ya dadlı konfetdən sonra dişlərinizi təmizləyin.

Diş əti çox incədir.Ona görə də dişləri təmizləyərkən ehtiyatlı olun və incə hərəkət edin.Əgər dişləri təmizləyəndə həddindən artıq bərk və ya böyük güclə təsir etsəniz onda diş ətinə zərər yetirə bilərsiniz.Bunun nəticəsində dişlərdə qanaxma baş verə bilər.

Üfunətli nəfəs törədən bakteriyaları kənar etmək üçün dilinizi təmizləyin.Bunu da yumuşaq edin,çünki dilinizdə asanlıqla qopa bilən dad düymələri var.

Dişlərin təmizlənməsində diş sapından da istifadə edə bilərsiniz.Ancaq bunu dişləri fırçaladıqdan sonra etməlisiniz.Çünki, əgər dişlər fırcalanmayıbsa onda diş sapı ilə təmizləyərkən bakterialar damağa yeridilə bilər.

Dişlərin təmizlənməsində ən optimal vaxt 3 dəqiqədir.Buna baxmayaraq yeni üsul dişləriniz üçün çox xeyirlidir və sizdə xoşbəxtlik hissi oyadacaq.Gələcəkdə əmin olacaqsınız ki,qaydalara uyğun gigiyenik təmizləmənin effekti sizə ömürlük və hamar dişlər verəcək.


Geri dön

princessa_selin

  • 2 yanvar 2015 12:27
  • Məqalə: 98
  • Şərh: 1717
  • Bal:
Dişlərin təmizlənməsində ən optimal vaxt 3 dəqiqədir.Buna baxmayaraq yeni üsul dişləriniz üçün çox xeyirlidir və sizdə xoşbəxtlik hissi oyadacaq.Gələcəkdə əmin olacaqsınız ki,qaydalara uyğun gigiyenik təmizləmənin effekti sizə ömürlük və hamar dişlər verəcək.

--------------------

ツDirectionerツ

  • 1 yanvar 2015 17:05
  • Məqalə: 69
  • Şərh: 2204
  • Bal:
{awards}
tewekkurler )) coxx beyendimm)) love bully smile

--------------------



Louis Tomlinson♥

NIGAR

  • 1 yanvar 2015 16:38
  • Məqalə: 581
  • Şərh: 9770
  • Bal:
{awards}
no maragli xeber idi

--------------------
legend.az/user/imza/

..::My Black::..

  • 1 yanvar 2015 14:35
  • Məqalə: 277
  • Şərh: 1913
  • Bal:
{awards}
Meqale ucun sagolun

Gr-Az

  • 1 yanvar 2015 12:33
  • Məqalə: 30
  • Şərh: 2725
  • Bal:
{awards}
tewekkurler meqalencun

NameLessWarrior

  • 1 yanvar 2015 07:32
  • Məqalə: 12
  • Şərh: 69
  • Bal:
{awards}
Təşəkkürlər)))

Gr-Az

  • 31 dekabr 2014 20:26
  • Məqalə: 30
  • Şərh: 2725
  • Bal:
{awards}
tewekkurler meqalencun

G♥S

  • 31 dekabr 2014 17:52
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Cox sagolun..)

--------------------

ツDirectionerツ

  • 31 dekabr 2014 17:44
  • Məqalə: 69
  • Şərh: 2204
  • Bal:
{awards}
tewekkurler )) cox beyendim)

--------------------



Louis Tomlinson♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 11
Qonaqlar: 55
Cəmi: 78

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 12
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 7
Cəmi: 672
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 3
 
 
{slinks}