Dişlər haqqında məlumat

 
Dişlər haqqında məlumat


Dişlər – həzm sisteminin vacib hissələrindən biridir. Bütün mədə-bağırsaq sistemi orqanlarının sağlamlığı dişlərin sağlamlığından çox asılıdır. Hətta 1 dişin olmaması həzm sisteminə çox mənfi təsir edir.
Məhz buna görə dişlərə düzgün qulluq etmək, onları qorumaq, vaxtında müalicə etmək və tələbat yarandığı halda mütləq protezləşdirmək lazımdır.
Diş - görünən tac (yuxarı) hissəsindən və çənə sümüklərindəki xüsusi yuvalarda gizlənən kök hissədən ibarətdir. Ön dişlərin bir kökü, ağız boşluğunun arxa hissəsinə doğru yerləşən dişlərin isə iki və ya üç kökü olur. Dişin əsas hissəsini bərk, sümük tərkibli maddə olan dentin təşkil edir. Dentin ağrını hiss etmək xüsusiyyətinə malikdir. Dentin qatı qoruyucu vəzifə daşıyan emal təbəqəsi ilə örtülmüş olur. Emal təbəqəsi möhkəm toxumadan ibarət olub, ağrını hiss etmək qabiliyyətinə malik deyil. Diş kökləri sement qatı ilə örtülmüşdür ki, bu da onların çənədəki diş yuvasında saxlanmasını təmin edir.
Dişin mərkəzi hissəsi (diş tacından diş köklərinin sonunadək) həssas və yumşaq toxuma olan pulpa ilə dolmuşdur. Diş kökünün sonunda çox kiçik bir dəlik vardır ki, bu dəlikdən pulpa toxumasına sinir lifləri və qan damarları daxil olur.
Normada insanın hər çənəsində 16 ədəd, ümumilikdə isə 32 ədəd diş olur. Bu, yalnız 4 ağıl dişi də (hər iki çənənin sonunda 2 kənar diş olmaqla) çıxdığı halda baş verir. Ağıl dişləri, adətən, 18-25 yaş hədlərində, bəzi hallarda isə daha geç çıxır. Hal-hazırda insanların ¼ hissəsində ağıl dişləri ya, ümumiyyətlə, çıxmır, ya hamısı çıxmır, ya da dişlər yalnız uzunluğunun yarı ölçüsünə qədər çıxır. Alimlər bunu sivilizasiyanın inkişafı nəticəsində hazırkı insanların öz uzaq, hətta çox uzaq olmayan əcdadlarına nisbətən qidaları xeyli dərəcədə az çeynəmələri ilə izah edirlər. Buna görə də orqanizm öz ehtiyatlarını qənaət edərək ona lazım olmayan ağıl dişlərinin çıxmasını, sadəcə olaraq “ləğv edir”.
Gülümsəmə zamanı ön və ya frontal dişlər görünür. Bunlara kəsici dişlər (onların ümumi sayı 8 olub hər çənədə 4 sayda olmaqla yerləşirlər) və köpək dişləri (ümumi sayı 4 ədəd olmaqla, hər çənədə 2 sayda - sağda və solda yerləşirlər) aiddir. Kəsici dişlər qida parçasını dişləyir və ya kəsir, köpək dişləri isə onu yeyilən qidadan qoparmağa kömək edirlər. Kökləri digər dişlərdən uzun olduğu üçün köpək dişləri daha çox davamlı hesab olunur. Köpək dişlərindən sonra yan dişlər – premolyar və molyar dişlər başlayır.
8 ədəd olan premolyar və 12 ədəd olan molyar dişlər (bütün ağıl dişləri çıxdığı halda) qidanın parçalanması, xırdalanması, üyüdülməsi və çeynənməsi proseslərinə cavabdehlik daşıyırlar.


Geri dön

Elya Alieva

  • 21 yanvar 2015 21:51
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
TESEKKURLER

--------------------
UREYIM...I MEN

G♥S

  • 3 yanvar 2015 17:34
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:
{awards}
Cox sagol canim maraqli idi..)

--------------------

ツDirectionerツ

  • 2 yanvar 2015 19:58
  • Məqalə: 69
  • Şərh: 2208
  • Bal:
{awards}
coxx sagolunn))

--------------------



Louis Tomlinson♥

..::My Black::..

  • 2 yanvar 2015 19:51
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
Meslehet ucun cox sagolun)))

princessa_selin

  • 2 yanvar 2015 18:03
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Maraqlidir dislere qulluq edirem

--------------------

Pıtırcık

  • 2 yanvar 2015 17:39
  • Məqalə: 475
  • Şərh: 9653
  • Bal:
{awards}
ILK SERH MENDEN.MARAGLIDIR

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 17
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}