Sənsizlik - Orxan Bahadırsoy

 
Sənsizlik - Orxan Bahadırsoy


Dinlə, sənsizliyindən
Biraz danışım sənə.
Gör, sənsizlik necədi,
Nələr çəkdirib mənə!?


Sənsizlik elədir ki,
Bu çoxluğun içində
Tənha görünür adam.
Bu dünya boyda qəmə,
Dərdə bürünür adam.
Sənsizlik elədir ki,
Yanır, sürünür adam!

Bu həyatın yolunu
İtirməkdir, azmaqdır,
Karıxmaqdır sənsizlik!
Hər gün, hər gecə, hər an,
Darıxmaqdır sənsizlik!


Gecəyarı dükandan
İçkiləri yığmaqdır...
O soyuq şüşələri
İki titrək dodağın
Arasında sıxmaqdır...
İki damla yaş olub
Yanaqlara axmaqdır...
Şərəfinə içilən
Şərab şüşələrinə
Yazıq-yazıq baxmaqdır...

Sənsizlik asan deyil,
Çətindən də çətindir.
Baxırsan ki, hər tərəf
Sənin yiyəsiz qalan
Tənha məhəbbətindir.
Kimsəsiz uşaq olub
Sənsizlikdən, lap elə
Bu dünya da yetimdir.


Sənsizlik soyuq səhər,
Bir də zülmət gecədir.
Danış görüm, birdənəm,
Bəs mənsizlik necədir?

Müəllif: Orxan Bahadırsoy


Geri dön

Elya Alieva

  • 21 yanvar 2015 17:37
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
TESEKKURLER

--------------------
UREYIM...I MEN

ツDirectionerツ

  • 3 yanvar 2015 18:31
  • Məqalə: 69
  • Şərh: 2208
  • Bal:
{awards}
tewekkurlerr))) coxx beyendimm)) love bully smile

--------------------



Louis Tomlinson♥

G♥S

  • 3 yanvar 2015 17:26
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:
{awards}
Sənsizlik soyuq səhər,
Bir də zülmət gecədir.
Danış görüm, birdənəm,
Bəs mənsizlik necədir?

--------------------

Pıtırcık

  • 3 yanvar 2015 12:40
  • Məqalə: 537
  • Şərh: 9780
  • Bal:
{awards}
Dinlə, sənsizliyindən
Biraz danışım sənə.
Gör,sənsizlik necədi,
Nələr çəkdirib mənə!?

--------------------
http://legend.az/user/imza/

Aylowka)))

  • 3 yanvar 2015 11:17
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Ooooo super cox sagolun paylawdiniz ucun cox beyendim)))
Atdim secilmiwlere)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

..::My Black::..

  • 3 yanvar 2015 10:48
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}

Dinlə, sənsizliyindən
Biraz danışım sənə.
Gör, sənsizlik necədi,
Nələr çəkdirib mənə!?

princessa_selin

  • 3 yanvar 2015 09:55
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Gozel seirdir Ilk serh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}