Kəskin soyuğa hazır olun

 
Kəskin soyuğa hazır olun


Ölkəmizdə 2015-ci ilin ilk ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, yanvar ayının ilk günlərində hava şəraitinin soyuq və yağıntılı olacağı gözlənilir. Ayın birinci yarısında havanın temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə bir qədər yüksək olacağı, ikinci ongünlüyün sonunda və üçüncü ongünlükdə hava şəraitinin soyuq keçəcəyi, temperaturun iqlim normasından aşağı olacağı ehtimal olunur.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər çox olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti (gecələr 1-5 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 2-7 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 14 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 5-10, bəzi günlərdə 13-18, üçüncü ongünlükdə isə 20-25 dərəcə şaxta, gündüzlər 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə isti, ayın üçüncü ongünlüyündə 3-6 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 2-5 dərəcə şaxta təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-25 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

orta aylıq temperaturun 1-3 dərəcə şaxta (gecələr 2-7, bəzi günlərdə 10-15, üçüncü ongünlükdə dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 0-5 dərəcə isti, bəzi günlərdə 9 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 2-7 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 4-6 dərəcə şaxta təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-24 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1-3 dərəcə isti (gecələr 0-4 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında

orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 1-6 dərəcə şaxta, bəzi günlərdə 4 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 9-14, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta, gündüzlər 1-5 dərəcə isti, bəzi günlərdə 10 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 1-6 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 2-6 dərəcə şaxta təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-49 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 13 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-30 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında orta aylıq temperaturun 2-6 dərəcə isti, dağlarda 2-6 dərəcə şaxta (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə, dağlarda 10-15 dərəcə şaxta, üçüncü ongünlükdə 18 dərəcəyədək şaxta, gündüzlər 5-10, bəzi günlərdə 14 dərəcəyədək isti, ayın üçüncü ongünlüyündə 0-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.


Geri dön

Elya Alieva

  • 21 yanvar 2015 17:35
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
TESEKKURLER

TESEKKURLER

--------------------
UREYIM...I MEN

_favorit_arkadas

  • 10 yanvar 2015 22:58
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
sensiz ashik,
əlbəttə amma bəzilərinə görə onunda başqa bir ləzzəti var... winked

--------------------

Elya Alieva

  • 10 yanvar 2015 02:19
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
uydaaa ne qeder isdeyiler qar uaqmaqni guya xavalar sdidirmki us donur insan cole cixan kimi

--------------------
UREYIM...I MEN

_favorit_arkadas

  • 9 yanvar 2015 14:48
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
Şərhlərə görə çox sağolun və inşallah qar yağar wink ...

--------------------

NIGAR

  • 6 yanvar 2015 19:46
  • Məqalə: 632
  • Şərh: 10046
  • Bal:
{awards}
SAG OLUN no TESEKKURLER

--------------------
legend.az/user/imza/

nuruWka

  • 6 yanvar 2015 00:00
  • Məqalə: 92
  • Şərh: 2539
  • Bal:
{awards}
- qar yagsaydi kewke ( neyse tewekkurler winked

--------------------
Bir İnsana Zorla Sevdirə Bilməzsən Özünü, Mənə Güvən, Deyə Bilməzsən ...
O Bunu Hiss Etmirsə, Tək Bir Söz Deyə Bilərsən..
Özün Bilərsən .

ツDirectionerツ

  • 3 yanvar 2015 18:30
  • Məqalə: 69
  • Şərh: 2204
  • Bal:
{awards}
tewekkurlerr))) coxx beyendimm)) love bully smile

--------------------



Louis Tomlinson♥

G♥S

  • 3 yanvar 2015 17:24
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Cox sagolun..)

--------------------

NIGAR

  • 3 yanvar 2015 12:38
  • Məqalə: 632
  • Şərh: 10046
  • Bal:
{awards}
SEVMIREM SOYUQ HAVANI wassat

--------------------
legend.az/user/imza/

Aylowka)))

  • 3 yanvar 2015 11:14
  • Məqalə: 265
  • Şərh: 2812
  • Bal:
{awards}
Qar yagsin qar tongue

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

..::My Black::..

  • 3 yanvar 2015 10:47
  • Məqalə: 277
  • Şərh: 1913
  • Bal:
{awards}
Kaw qar yağsa......

princessa_selin

  • 3 yanvar 2015 09:54
  • Məqalə: 98
  • Şərh: 1717
  • Bal:
{awards}
Aydaa bi qar yagsa ne gozel olarr

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 47
Cəmi: 82

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 45
Cəmi: 632
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 70
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 51
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 142
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}