Evdəki mənfi auranı dağıdan sirli harmoniya: Fen-Şuy

 
Evdəki mənfi auranı dağıdan sirli harmoniya: Fen-Şuy


Evdə mənfi enerjinin olması insanın şəxsi həyatında, karyerasında, hətta sağlamlığında da öz izini buraxır.

Bəzi evlər olur ki, ora girəndə çıxmaq istəmirsən. Bəzən isə çox bahalı mebellə bəzdilmiş, son dəbə uyğun dizaynı olan evdən qaçmaq istəyirsən. Bəs bu, nəyə görə baş verir? Mütəxəssislərin fikrincə, evdə müsbət enerjinin olması insanları cəlb edir, rahatlıq gətirir, əks halda isə insan həmin yerdə sıxılmağa başlayır.

Evdə mənfi enerjinin olması insanın şəxsi həyatında, karyerasında, hətta sağlamlığında da öz izini buraxır. Bu səbəbdən də son zamanlar evə Fen-Şuy prinsipinə əsaslanaraq düzgün dizaynın verilməsi dəb halını alır.

Fen-Şuy – sirli harmoniya
Fen-Şuyun əsas prinsipi harmoniyaya qovuşmaqdır. Harmoniya isə ünsürlərin (su, od, torpaq, hava) tarazlıq yaratması nəticəsində əldə edilir. Evin dizaynını Fen-Şuya uyğun etmək istəyirsinizsə, İN və YAN tarazlığını qorumağa çalışın.

Dizaynda İn və Yan prinsipi

Evin dizaynı zamanı İn və Yan faktorları nəzərə alınmalıdır. İnteryerdə İn faktoru şimal tərəfdir. Evin şimal tərəfi sakit olmalı və nisbətən az işıqlandırılmalı, şimal tərəfdə mebel və divarlar nisbətən tutqun çalarlarda işlənməlidir. Adətən yataq otağı və ya istirahət üçün nəzərdə tutulmuş guşə evin şimalında yerləşdirilməlidir.

Yan faktoru evin cənub tərəfidir. Bura musiqinin, başqa səslərin gəldiyi yer, parlaq və açıq rənglər, işıqlandırma və isitmə üçün nəzərdə tutulan xüsusi avadanlıqlar, evə əsas giriş, iş otağı, qonaq otağı, trenajor zalı, ümumiyyətlə, aktiv fəaliyyətlə bağlı sahələr xasdır.

Otağın cənub tərəfini həddindən artıq qaranlıq etmək olmaz. Bu halda həmin otaqda İn faktoru üstünlük təşkil edəcək. Bu da müsbət enerjini evin həmin hissəsindən geri itələyəcək. Amma daim yüksək səsli musiqi qoşub evin divarlarını iri şəkillərlə bəzədikdə Yan faktoru həddindən artıq artacaq ki, bu da evin aurasına mənfi təsir göstərəcək. Ən əsası Yan və İn faktorunu nəzərə alaraq evin dizaynında harmoniyanı qorumaqdır.

Yataq otağı evin İn faktoru olan hissəsinə aiddir. Bu səbəbdən də yataq otağında pastel rənglərdən istifadə etmək yerinə düşər. Alaqaranlıq işıqlanma və çox da hündür olmayan yataq dəsti bu yer üçün münasibdir.

İş otağı aktiv fəaliyyət tələb etdiyi üçün bura üçün Yan faktoru xasdır. Divarlar və mebel açıq çalarlarda işlənməli, hündür mebellər seçilməli, otaq yaxşı işıqlandırılmalıdır.

Evdə hansısa sahənin yoxluğu sizə pis təsir edə bilər
Müasir evlərdə cəhətlərdən (şimal, cənub, şərq, qərb) hansısa olmaya bilər. Lakin Fen-Şuya nəzarən bu cür mənzillər orada yaşayanlara və sahibinə pis təsir edir. Belə evlərlə yaşayanlar arasında energetik bağlılıq çox zəif olur.
Əgər evin cənub küncü, tərəfi yoxdursa, evin sakinləri müsbət emosiyalar az yaşayırlar. (Misal üçün, Г və başqa qeyri-adi quruluşda olan evlərdə hansısa tərəf olmaya bilər).
Şimal küncü yoxdursa, belə evdə fikri cəmləmək, düzgün düşünmək çətinləşir.
Qərb küncü yoxdursa, bu evin sakinləri inanclara çox fikir verəcəklər.
Şərq tərəf yoxdursa, insanlarda mübarizə aparmağa meyl azalır. Onlar öz gələcəkləri üçün çalışmaqdan imtina edirlər.

Evin hansısa tərəfinin olmaması evin abu-havasına o qədər də mənfi təsir etmir. Lakin ev və orada yaşayanlar üçün evin hansısa tərəfində qəbiristanlığın, barın, həbsxananın, xəstəxananın olması pis nəticələnir. Belə yerlərdən evə mənfi enerji “Şa” axır.

Sakit axan su
Evin pəncərəsindən dəniz, çay, su hövzəsi görünürsə və bu su sakitdirsə, belə evin Fen-Şuyu çox yaxşıdır. Lakin nəzərdə saxlayın ki, ev su ilə sahilin bitişdiyi yerdə və ya suyun üstündə salınmamalıdır. Belə ki, bu zaman suyun enerjisi stabil təsir etmir.

Yollar
Evin ətrafında maşınların sakit şütüdüyü yollar da “Tsi” enerjisinin ötürücüsü rolunu oynayır. Lakin əgər maşınlar sürətlə gedirsə, “Tsi” enerjisi “Şa” enerjisinə çevrilir.

Park və meşələr
Evin yaxınlığında yaşıllığın olması “Tsi” enerjisinin bolluğuna gətirib çıxarır. Lakin saralmış və solmuş bitkilər “Şa” enerjisinin hökm sürdüyünə işarə edir.

Pəncərədən görünən təpələr də öz müsbət enerjisi ilə evi dolduracaq. Lakin bu o demək deyil ki, ev təpənin zirvəsində olmalıdır. Belə ki, evin zirvədə tikilməsi müsbət “Tsi” enerjisinin toplanmasına imkan vermir.

Yaşadığınız yerin yanında insanların savad almağa, bacarıqlara yiyələnmək istədiyi yerlər, misal üçün, idman və təhsil müəssisələri, kitabxana, uşaq bağçası, istirahət mərkəzlərinin olması da müsbət haldır.

Təmiz vəziyyətdə olan bazarlar, ərzaq mağazaları, ticarət mərkəzləri “Tsi” enerjisinin yaranmasına xidmət edir. Lakin natəmiz olan bazar və başqa ticarət mərkəzləri evdə pis Fen-Şuyun formalaşmasına gətirib çıxarır.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Vüsalə Ələkbərova


Geri dön

G♥S

  • 4 yanvar 2015 12:02
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
Cox sagolun..)

--------------------

ツDirectionerツ

  • 3 yanvar 2015 18:52
  • Məqalə: 69
  • Şərh: 2204
  • Bal:
{awards}
tewekkurlerr))) coxx beyendimm)) love bully smile

--------------------



Louis Tomlinson♥

Aylowka)))

  • 2 yanvar 2015 16:33
  • Məqalə: 265
  • Şərh: 2812
  • Bal:
{awards}
Cox sagolun amma nese inanmiram bele enerjilere bele weylere)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

ツDirectionerツ

  • 2 yanvar 2015 16:09
  • Məqalə: 69
  • Şərh: 2204
  • Bal:
{awards}
maraqlidir etmeye caliwacamm))

--------------------



Louis Tomlinson♥

..::My Black::..

  • 2 yanvar 2015 15:58
  • Məqalə: 277
  • Şərh: 1913
  • Bal:
{awards}
Melumat ucun tewekkurler

princessa_selin

  • 2 yanvar 2015 15:57
  • Məqalə: 98
  • Şərh: 1717
  • Bal:
{awards}
Fen-Şuyun əsas prinsipi harmoniyaya qovuşmaqdır. Harmoniya isə ünsürlərin (su, od, torpaq, hava) tarazlıq yaratması nəticəsində əldə edilir. Evin dizaynını Fen-Şuya uyğun etmək istəyirsinizsə, İN və YAN tarazlığını qorumağa çalışın.

--------------------

Darling

  • 2 yanvar 2015 14:29
  • Məqalə: 930
  • Şərh: 11562
  • Bal:
{awards}
xebere gore sag olun

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Elya Alieva

  • 2 yanvar 2015 14:25
  • Məqalə: 115
  • Şərh: 7036
  • Bal:
{awards}
ilikbserh mende saqolun:/

--------------------
EVLİ MUTLU .......
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 55
Cəmi: 78

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 152
 
The Shield
Xəbərləri: 47
Cəmi: 307
 
Darling
Xəbərləri: 44
Cəmi: 930
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 17
Cəmi: 76
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 304
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
CaKoNDa
Xəbərləri: 6
Cəmi: 6
 
 
{slinks}