Uşaq pulu - Orxan Bahadırsoy

 
Uşaq pulu - Orxan Bahadırsoy


1994-cü il idi. Müharibə təzəcə səngimişdi. Güllə səsləri, ölüm xəbərləri indi gec-gec eşidilir, şəhid tabutları ara-bir görünürdü. Əvvəlki top-tüfəng vahiməsi, ard-arda gələn ölüm xəbərləri və meyidlər qəfildən dayanmışdı. Hamının içində bu qəfil sükutun həyəcanı vardı. Elə Qızılgül nənənin də...
Qızılgül nənə eyvanda oturub nehrə çalxalayırdı. Nehrənin səsi sobada yanan odunların səsinə qarışmışdı. Şüşəbənddən isə qarı özünə örpək edən hündür dağlar görünürdü. Nənəni fikir almışdı. Səkkiz oğlu, beş qızı vardı. Oğlanlarından ikisi müharibədə şəhid olmuşdu. Özü də bir həftənin içində. Yeddi gündə iki bala dağı çəkilmişdi Qızılgül nənənin ürəyinə. Alnı, üzü qırışmış, dodaqları əriyib sanki, yox olmuşdu. Gözləri seyrək qaşlarının altında gizlənmişdi.
Heyva ağacından dərdiyi nazik çubuğu nehrəyə salıb yağını yoxlamaq istəyirdi ki, gəlinin səsini eşitdi. Qışqırırdı gəlin:
-Ana, ay ana!
Nehrəni də, çubuğu da oradaca atıb otağa yüyürdü. Gördü gəlin iki yaşlı körpə oğlan uşağını götürüb qucağına, gözlərini bərəldib baxır körpəyə. Uşaq da gömgöy göyərib, gözləri yumuludur. Gəlin titrəyən əlləri ilə körpəni Qızılgül nənəyə uzatdı. Arvad uşağı qucağına götürəndə elə bil kəndi dövrəyə alan uca dağları qoydun arvadın qolları üstə.
Körpəni yatağın üstünə uzatdı. Başına saldığı qara kələğayını açıb örtdü onun üstünü. Sifətində görünməyən nazik dodaqlarını möhkəmcə körpənin yanağına sıxıb öpdü və sonra üzünü də örtdü. Elə bu an qəfil bir nalə çəkdi gəlin. Var gücü ilə qışqırıb bağırdı, üzünü cırmaqladı, yaylığını başından açıb saçlarını yoldu, dizlərini qatlayıb yerə çökdü və Qızılgül nənənin ayaqlarına söykənib hönkür-hönkür ağlamağa başladı.
Çox keçmədi ki, qonum-qonşular yığıldı Qızılgül nənənin qapısına. Qızılgül nənə gəlinin ondan utandığını görüb öz ürəyində hönkürdüyünü hiss etdi. Yerindən qalxıb ağır-ağır çıxdı çölə. Elə həmin an gəlinin ağısı eşidildi:
Qurudu döşüm südü,
Dərdim məni sürüdü!
Balamı mənə verin,
Göz yaşımla böyüdüm.
Gəlinin südü qurumuşdu. Yeddi ay əvvəl, əri şəhid olanda qorxudan südü kəsilmişdi. Qızılgül nənənin altıncı oğlunun arvadı idi bu yazıq gəlin. Uşaq da zəif doğulmuşdu. Anadangəlmə epilepsiyası vardı. Bilmirəm niyə amma maraqlıdır ki, o müharibə illərində doğulan körpələrin əksəriyyəti epilepsiyalı doğulurdu. Sanki, onlar ana bətnində olarkən müharibəni görür, qorxur və bu xəstəliklə doğulurdular. Sonra da elə bu körpə kimi ölürdülər.
İndi də gəlin dörd aylıq hamilə idi. Qızılgül nənə qorxurdu ki, gəlinin qarnındakı körpəyə nəsə olar. Axı onların evinin bütün gəliri bir Qızılgül nənənin təqaüdündən, bir də bu ölən körpənin uşaq pulundan ibarət idi. İndi uşaq daha yox idi və gəlinin qarnındakı körpə bu ailənin maddi durumunu həll edirdi.
Səhəri gün günorta basdırdılar körpəni. Evdən matəm qoxusu gəlirdi. Hamı qaraya bürünmüşdü. Gecəyarı gəlin öz otağında oturub körpənin paltarlarını öpərək ağlayırdı. Qızılgül nənə girdi otağa. Gəlin hörmətlə ayağa qalxdı. Əlindəki paltarları yatağın üstünə qoydu. Adət idi, qaynana-qaynata yanında övlad əzizləmirdilər. Ölən övladın xatirəsini də əzizləmək ayıb sayılardı. Qızılgül nənə gəlinin saçlarını sığallayıb bağrına basdı və:
-Uşağın metirkasını ver mənə. – dedi.
Gəlin sandığa yaxınlaşıb uşağın sənədini çıxardı. Qızılgül nənə də sənədi götürüb otaqdan çıxdı. Qaynanası çıxan kimi gəlin yenə yatağın üstündəki paltarları götürüb öpərək ağlamağa başladı. Birdən gözü ərinin divarda asılan şəklinə sataşdı. Bilmədi hansı dərdinə ağlasın, necə ağlasın!? Axı ərə-övlada ağlamaq da ayıb idi gəlin üçün. Ona görə də səssiz-səssiz, ürəyində hönkürürdü bu gəlin.
Bundan beş ay sonra gəlini qəfil sancı tutdu. Dünyaya bir oğlan uşağı da gətirdi. İlk dəfə ailənin üzü az da olsa gülümsəməyə başladı. Qızılgül nənə bu uşağı elə öpüb oxşayır, əzizləyirdi ki, sanki, ölən uşağın bütün həsrətini, əzabını bu uşaqla çıxarırdı.
Bir neçə gün sonra uşağı qeydiyyata almaq lazım gəldi. Səhər tezdən Qızılgül nənə sandığını açıb ölən körpənin doğum haqqında şəhadətnaməsini götürdü. Gəlinin yanına gəlib sakitcə oturdu. Sonra gəlinin əllərini tutub ovuclarını açdı və doğum haqqında şəhadətnaməni gəlinin əllərinin içinə qoydu:
-Bu ölən uşağın metirkasıdır. – dedi.
-Bu metirka səndədir, ana? – deyə gəlin təəccüblə soruşdu.
Bu vaxt Qızılgül nənə corabından o vaxtkı 45 000 manat pulu çıxarıb gəlinə uzatdı və dedi:
-Ölən uşağın beş aylıq uşaq puludur. Uşağın öldüyünü dövlət bilmir. Uşaq pulunu alıb yığdım ki, qarnındakı körpəni böyütməyə pulumuz olsun. Bu pulla da uşağa yemək, geyim alarsan. Qoy, bu da sudurqadan, aclıqdan ölməsin...
Sonra gəlinin üzünə baxmadan otaqdan çıxdı. Gəlin isə gah şəhadətnaməyə, gah pula, gah da bələyində “qığıldayan” körpə uşağa baxıb gözlərindən yaş axıtdı.

Müəllif: Orxan Bahadırsoy


Geri dön

Elya Alieva

  • 8 yanvar 2015 22:04
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
maraqlidir tesekkurler

--------------------
UREYIM...I MEN

вคɴค iкiмizi คɴlคт ❤

  • 3 yanvar 2015 20:15
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Cox sagolun..!

ツDirectionerツ

  • 3 yanvar 2015 19:24
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
{awards}
tewekkurlerr))) coxx beyendimm)) love bully smile

--------------------



Louis Tomlinson♥

G♥S

  • 3 yanvar 2015 18:31
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Cox sagolun..!

--------------------

Pıtırcık

  • 3 yanvar 2015 18:05
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
HEKAYEYE GORE SAG OLUN

--------------------
http://legend.az/user/imza/

princessa_selin

  • 3 yanvar 2015 17:52
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Nehrəni də, çubuğu da oradaca atıb otağa yüyürdü. Gördü gəlin iki yaşlı körpə oğlan uşağını götürüb qucağına, gözlərini bərəldib baxır körpəyə. Uşaq da gömgöy göyərib, gözləri yumuludur. Gəlin titrəyən əlləri ilə körpəni Qızılgül nənəyə uzatdı. Arvad uşağı qucağına götürəndə elə bil kəndi dövrəyə alan uca dağları qoydun arvadın qolları üstə.
Körpəni yatağın üstünə uzatdı. Başına saldığı qara kələğayını açıb örtdü onun üstünü. Sifətində görünməyən nazik dodaqlarını möhkəmcə körpənin yanağına sıxıb öpdü və sonra üzünü də örtdü. Elə bu an qəfil bir nalə çəkdi gəlin. Var gücü ilə qışqırıb bağırdı, üzünü cırmaqladı, yaylığını başından açıb saçlarını yoldu, dizlərini qatlayıb yerə çökdü və Qızılgül nənənin ayaqlarına söykənib hönkür-hönkür ağlamağa başladı.
Çox keçmədi ki, qonum-qonşular yığıldı Qızılgül nənənin qapısına. Qızılgül nənə gəlinin ondan utandığını görüb öz ürəyində hönkürdüyünü hiss etdi. Yerindən qalxıb ağır-ağır çıxdı çölə. Elə həmin an gəlinin ağısı eşidildi:
Qurudu döşüm südü,

--------------------

..::My Black::..

  • 3 yanvar 2015 17:44
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
Gozel hekaye idi tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 25

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}