Leyla Əliyeva: Qalıb gözüm yollarda

 
Leyla Əliyeva: Qalıb gözüm yollarda


Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini təqdim edib. “Yeni il” adlı şeiri oxucuların ixtiyarına veririk.

Bayram görüşümüzü
Yaman gözləyirəm mən -
Həyəcanla, təlaşla.
Bu ana hazırlaşıb
Gizlətmişəm ürəyi
balışımın altında.
Qəm-kədəri, qüssəni
Qovmuşam uzaqlara...

Yeni il yolkasında
yandırdığım şamların
itirmişəm sayını...
Buxarı da çırtaçırt
Yanır gur alovuyla...
Mənsə çox gözləyirəm
bayram görüşümüzü,
Qalıb gözüm yollarda.

Mən Yolkanın altına
hədiyyələr düzmüşəm,
Gecə yarı olmamış,
açasan hamısını...
İstərəm hamı üçün
sən bir Günəş olasan.
Bu şəfəqdən mənə də
Kiçik pay ayırasan.

Sənə rəngli qablarda
hədiyyə düzəldəcəm;
Qapağını açanda
Sanma ki, içi boşdur.
Qutuların hamısı
mənə əziz – ən yaxın
saydığım insanların
arzularıyla daşır...

Sən Yeni il gecəsi
onları aç, sevindir..!
Qoy nə arzu ediblər
həyata keçsin bir-bir.
Sonra isə xəlvətdə,
mənim də arzumu sor,
Bil ki, nədir istəyim,
nədir arzu-diləyim?

İstəyirəm hər kəsin
ulduzu lap gur yansın.
Mən səndən diləyəndə
zaman da diləklərə
ram olsun, həyan olsun.
Səni tələsdirərək
əqrəbləri qovmasın...

Mən çox istəyirəm ki,
ruhu təlaşlandıran
dalğalar quzu olsun.
Mənə bir hədiyyə ver,
lap xırda, həm də sadə. –
Qoy lap təbəssüm etsin
mənə doğma adamlar,
bu xırda istəklərə...
İstədiyim odur ki,
gecə həmdəmim olan
mələk məni əfv etsin.
Ən böyük istəyimsə... –
Gur səslə deyim, eşit:
İstəyirəm əbədi
bəxtəvər olasan sən! –
Bu dünyada yaşayan
bütün insanlar üçün..!

Səninlə bu görüşü
yaman gözləyirəm, bil
Tez gəl, bizi sevindir
Yeni il, ay Yeni il!


Geri dön

Elya Alieva

  • 21 yanvar 2015 22:10
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
TESEKKURLER

--------------------
UREYIM...I MEN

G♥S

  • 4 yanvar 2015 11:59
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Super beyendim..)

--------------------

ツDirectionerツ

  • 3 yanvar 2015 18:48
  • Məqalə: 69
  • Şərh: 2204
  • Bal:
{awards}
tewekkurlerr))) coxx beyendimm)) love bully smile

--------------------



Louis Tomlinson♥

Fearless

  • 3 yanvar 2015 01:09
  • Məqalə: 282
  • Şərh: 408
  • Bal:
{awards}
XEBERE GORE TWKLER

--------------------
http:// user/İMZA/

..::My Black::..

  • 2 yanvar 2015 20:26
  • Məqalə: 277
  • Şərh: 1913
  • Bal:
{awards}
Beyendim...!

princessa_selin

  • 2 yanvar 2015 18:12
  • Məqalə: 98
  • Şərh: 1717
  • Bal:
{awards}
Super seirdir

--------------------

NIGAR

  • 2 yanvar 2015 17:48
  • Məqalə: 730
  • Şərh: 10509
  • Bal:
{awards}
XEBERE GORE SAG OLUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

Aylowka)))

  • 2 yanvar 2015 17:42
  • Məqalə: 265
  • Şərh: 2812
  • Bal:
{awards}
Ən böyük istəyimsə... –
Gur səslə deyim, eşit:
İstəyirəm əbədi
bəxtəvər olasan sən! –
Bu dünyada yaşayan
bütün insanlar üçün..!


Cox sagolun)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 55
Cəmi: 75

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}