Ölkələr haqqında məlumatlar - İsveçrə (1)

 
Ölkələr haqqında məlumatlar - İsveçrə (1)

İsveçrə (Almanca: die Schweiz, Fransızca: la Suisse, İtalyanca: Svizzera və Roman dilində: Svizra), rəsmi adıyla İsveçrə Konfederasiyası, Orta Avropada Alp Dağlarında yerləşən və dənizə çıxışı olmayan bir ölkədir. Şimalında Almaniya, qərbində Fransa, cənubunda İtaliya və şərqində Avstriya ilə Lichtenstein-ə qonşu olan və tarixi olaraq bir konfederasiya olan ölkə 1848-ci ildən bəri bir federasiyadır. Bankçılıq və maliyyə sektorlarında çox güclü bir iqtisadiyyata sahib olan İsveçrə uzun müddətdir siyasi və əsgəri tərəfsizlik ənənəsinə malikdir. Bu səbəblərdən ötəri bir çox beynəlxalq təşkilata evsahibliği etməkdədir.

Ölkənin Latınca rəsmi adı olan Confoederatio Helvetica, Helvetlər Konfederasiyası mənasına gəlməkdədir. Dörd rəsmi dildən hər hansı birinə prioritet verməmək məqsədiylə Latınca istifadə edilməkdədir. Ölkə qısaltması olaraq (CH) istifadə edilməsinin səbəbi də budur. Fransızca (Confédération suisse), İtalyanca (Confederazione Svizzera) və Romanca (Confederaziun svizra) rəsmi adları "İsveçrə Konfederasiyası" olaraq çevrilərkən Almanca rəsmi ad olan Schweizerische Eidgenossenschaft "İsveçrə And Qardaşlığı" ya da "İsveçrə Müqavilə Ölkəsi" mənasına gəlir.

Cüt məclisli İsveçrə parlamenti Federal Məclis, Federal Şuradan ayrı olaraq təməl iqtidar mərkəzidir. Federal Məclisi meydana gətirən Əyalətlər Şurası və Milli Şura qanun çıxarmaq da daxil olmaq üzrə hər baxımdan bərabər gücə malikdir.
1999-cu il konstitusiyasına görə, federasiyaya xüsusi olaraq nümayəndə edilməmiş bütün güclər kantonların əlindədir.
Əyalətlər şurasının 46 üzvü (hər kantondan iki və yarım kantondan bir olmaq üzrə) doğrudan hər kantonda seçilir. Milli Şuranın 200 üzvü isə nisbi təmsil əsaslarına söykənərək seçilir. Hər iki məclisə seçilənlərin vəzifə müddəti 4 ildir. Referendumlar yoluyla hər vətəndaş federal hökümət tərəfindən qəbul edilmiş qanunların etibarlılığını sorğulaya bilər və federal konstitusiyaya düzəltmə edilməsini istəyə bilər. Bu haqqlar İsveçrəni doğrudan demokratiya tətbiq olunan bir ölkə halına gətirir.
İcra etmə və dövlət başçılığı vəzifəsi yeddi üzvdən ibarət olan Federal Şurada birləşmişdir. Hər nə qədər konstitusiyaya görə Məclis Şura üzvlərini seçsə və nəzarət etsə də, qanun müddətini istiqamətləndirmə və federal qanunları tətbiq etmə mövzusunda Federal Şura yavaş yavaş qabaqda gələn bir rola çevrilmişdir. Xüsusi təmsil vəzifələrini icra etmək üzrə şuranı meydana gətirən yeddi nəfər içindən bir nəfər bir illiyinə İsveçrə Konfederasiya Başçısı olaraq seçilir.
1959-cu ildən 2003-cü ilin dekabrına qədər Federal Şurada İsveçrənin dörd əhəmiyyətli siyasi partiyası, federal məclisdəki təmsil nisbətlərinə görə ibarət olan "sehirli düstura" görə təmsil edilmişdir: 2 üzv Xristian Demokratlardan (CVP/PDC), 2 üzv İctimai Demokratlardan (SPS/PSS), 2 üzv Liberal Demokratlardan (FDP/PRD), və 1 üzv də İsveçrə Xalq Partiyasından (SVP/UDC). Şuradakı bu ənənəvi üzv dağılımı hər hansı bir qanun ilə təyin olunmamışdır və 2003-cü il seçkilərindən sonra Xristian Demokratlar ikinci kürsülərini, o il məclis seçkilərində ən güclü partiya olaraq çıxan İsveçrə Xalq Partiyasına uduzmuşdur.
Federal Yüksək Məhkəmənin vəzifəsi kanton məhkəmələrindən gələn şikayətlərə və federal rəhbərliyin administrativ qərarlarına baxmaqdır. Yüksək Məhkəmə hakimləri, altı illik vəzifə müddəti üçün Federal Məclis tərəfindən seçilir.

Xüsusilə İsveçrə'nin tərəfsizliyi səbəbiylə xatirə sayılacaq bir miqdarda beynəlxalq təşkilatın mərkəzi İsveçrədə vardır. 1863-cü ildə İsveçrədə qurulan Qırmızı xaçın mərkəzi hələ buradadır. İsveçrə Avropa Birliyinin bir üzvü deyil və 1990-cı illərin başında edilən referendum nəticəsində İsveçrə xalqı AB-ya (Avropa Birliyi) qatılmağı rədd etmişdir. 2002-ci ildə Birləşmiş Millətlərə qatılan İsveçrə, bu təşkilata ən son qatılan ölkələrdən biridir.

İsveçrədə çıxarılan enerjinin %40'ı nüvə enerjisi və %60'ı hidroelektrik qaynaqlıdır.
18 May 2003-cü il tarixində, Moratorium Plus adındakı xalq cəhdi yeni nüvə enerji stansiyalarının istehsalını qadağan edən qanunun uzadılmasını istədi. Ancaq həm Moratorium Plus həm də Electricity Without Nuclear cəhdləri bu səfər qəbul görmədi: Moratorium Plus 41.6% bəli və 58.4% xeyr razılığı aldı; Electricity Without Nuclear 33.7% bəli və 66.3% xeyr razılığı aldı. 10 ildir yeni nüvə enerji stansiyalarının istehsalı mövzusundakı moratoryum, 1990-cı ildə səs verilən və 54.5% bəli oyuna qarşı 45.5% xeyr oyuyla qəbul edilən bir xalq cəhdinin nəticəsi idi.

41.285 kvadrat kilometrlik sahəylə İsveçrə kiçik bir ölkədir. 7,4 milyonluq əhaliyə sahib olan ölkədə əhali sıxlığı kvadrat kilometrə 182 nəfərdir.
İsveçrədə üç əsas topografik sahə var: İsveçrə Alpları, İsveçrə platosu və Jura Dağları. Alplar, ölkəni orta və cənubundan qət edən yüksək sıradağlardır. İsveçrə Alplarının yüksəklikləri arasında (ən yüksək zirvəsi 4.634 metrlik Dufour Zirvəsidir) bəzilərində buzlaqlar olan saysız vadi yer alır. Buralardan başlanğıcını götürən Ren, Rhône, Inn, Aare və Ticino kimi Avropanın başlıca çayları Cenevrə Gölü, Zürih Gölü, Neuchatel Gölü və Konstanz Gölü kimi göllərə tökülür.
Ölkənin daha sıx əhaliyə sahib olan şimal qismi daha düzlük də olsa şimal-qərbdə olan daha kiçik Jura Dağları kimi dağlıq da ola bilər. İsveçrənin iqlimi ümumiyyətlə ilıq olsa da yüksək dağlardakı çətinlikli şərtlərdən İsveçrənin cənub ucundakı isti Aralıq dənizi iqliminə qədər bölgədən bölgəyə dəyişiklik göstərir.
Yüksək dağlarla ayrılan bir çox vadinin varlığı səbəbiylə İsveçrənin ekosistemleri çox həssasdır və hər vadidə özünə xas ekologiyalar meydana gəlmişdir. Dağlıq bölgələrdə də digər yüksəkliklərdə olan zəngin bir bitki örtüyü var.


Geri dön

Elya Alieva

  • 20 yanvar 2015 23:41
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
TESEKKURLER

--------------------
UREYIM...I MEN

_favorit_arkadas

  • 9 yanvar 2015 14:52
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Şərhlərə görə çox sağolun...

--------------------

Gr-Az

  • 7 yanvar 2015 13:59
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
məqalənçün çox sağol

вคɴค iкiмizi คɴlคт ❤

  • 5 yanvar 2015 18:59
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Meqaleye gore cox sag olun...)

G♥S

  • 5 yanvar 2015 18:34
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Cox sagolun..)

--------------------

-Kralica-

  • 5 yanvar 2015 12:41
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
coooox saqolun

--------------------




Pıtırcık

  • 5 yanvar 2015 12:27
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
xebere gore sag olun

--------------------
http://legend.az/user/imza/

^^YeRaZKa MeLeK^^

  • 5 yanvar 2015 11:44
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Meqaleye gore cox sag olun...)

--------------------

..::My Black::..

  • 5 yanvar 2015 11:03
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
Melumat ucun tesekkurler

princessa_selin

  • 5 yanvar 2015 10:41
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Ilk serh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 51
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}