Kompyuter və sağlamlığımız

 
Kompyuter və sağlamlığımız


Kompüterdən şüursuz istifadə etdiyimiz zaman bir sıra sağlamlıq problemlərini həyatımıza dəvət etmiş oluruq. Əvvəlcə, kompüterdən şüursuz istifadə etmənin nə olduğuna baxaq. Əsasən, günün böyük bir qismini, doğru olmayan vaxtlarını kompüter arxasında keçirmək , saatlarla, intervalsız kompüter arxasında olmaq, kompüter arxasında yalnış pozisiyada olmaq, kompüterdən şüursuz istifadə etməyə daxildir.

Gözlər:

Kompüterin gözlərimizə zərər verməsi nəticəsində, göz yorğunluğu, gözlərdə və göz ətraflarında ağrı, gözlərdə yanma, batma, quruluq hissi, qaşınma, qızartı, sulanma, bulanıq görmək, fokuslama çətinliyi, gözləri qıyaraq baxmaq, işığa qarşı həssaslıq, baxılan şey ətrafında işıq saçılmaları görmək, göz qapaqlarında iltihab, kəpəklənmə, baş ağrısı kimi sağlamlıq problemləri ortaya çıxır. Bu şikayətlərin meydana gəlməsində ən əhəmiyyətli səbəblərdən biri, müəyyən bir müddətdəki göz qırpma sayının çox azalmasıdır. Normalda dəqiqədə ortalama 25 dəfə gözlərimizi qırparıq. Bu əməliyyat, üst qapağın istirahət etməsini, göz yaşı ilə gözün qidalanması və təmizlənməsini, kornea təbəqəsinin sürüşgənliyinin təmin edilməsini və üzərində son dərəcə düzgün bir təbəqə meydana gətirərək dəqiq və aydın görmənin təmin edilməsini yerinə yetirir. Monitorla çalışarkən bu say, dəqiqədə 10-a, hətta 5-ə düşür.

Əllər və qollar:

Hal-hazırda əlinizdə tutduğunuz “siçan”, ilk baxışdan zərərsiz və faydalı görünsə də, sağlamlığınızı içdən gəmirir, amma siz bunun fərqində deyilsiniz. Biz “mouse” və klaviaturadan istifadə etdiyimiz zaman kiçik də olsa, təkrarlayıcı hərəkətlər edirik. Bu isə, əl və qollardakı sinir, tendon, əzələ və digər yumşaq toxumalarda zədələnmələrin meydana gəlməsinə səbəb olur. Əllərdə, barmaqlarda, biləkdə, qol və dirsəklərdə gərginlik, qatılıq, keyimə, sızıldama, qıcolma, ağrı müşahidə olunur.

Boyun və bel:

Kompüterin boynumuza və belimizə verdiyi zərərlər nəticəsində, bel və boyunda tutulmalar, ağrılar, boyun düzləşməsi, onurğa revmatizmi, boyun yırtığı, bel yırtığı və bir çox oynaq problemləri meydana çıxır. Çünki davamlı olaraq hərəkətsiz qalan bir bədənin oynaq mayesi quruyur və oynaq bölgələrində qığırdaq toxumalarda aşınmalar ortaya çıxır.

Oturmaqla bağlı zərərlər:

Kompüter arxasında olan zaman oturduğumuz üçün, bu sarıdan da zərər görmüş oluruq. ( Uzun müddət oturmağın zərərləri.

Beyin:

Kompüterin beynimizə zərər verməsi nəticəsində, unutqanlıq, konsentrasiya əksikliyi, diqqətsizlik, kəkələmə kimi problelər ortaya çıxır.

Bədən və ruh bir-birinə sıx bağlı olduğu üçün, əslində, yuxarıda sadalanan zərərlər, psixoloji və ruhi vəziyyətimizə də təsir edir. Bundan başqa, kompüterin psixologiyamıza və ruhumuza verdiyi zərərlər nəticəsində, zehin yorğunluğu, səbrsizlik, stress, əsəbilik, həssaslıq ,duyğusallıq, kompüterə bağlılıq, tənbəllik, ərincəklik, pessimizm, düşünə bilməmə, qərarsızlıq, motivasiyanın aşağı olması kimi hallar müşahidə olunur.

Kompüter düşmən deyil. Şüursuz bir şəkildə istifadə olunduğu zaman düşməndir. Doğru bir şəkildə istifadə etdiyimiz zaman isə əla dostdur. Bu halda, yuxarıda sadalanan zərərləri də minimuma endirmiş olarıq.


Geri dön

Elya Alieva

  • 20 yanvar 2015 22:25
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
TESEKKURLER

--------------------
UREYIM...I MEN

♔๑.Şaнzadəм.๑♔

  • 10 yanvar 2015 14:02
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Cox Ziyanlari Oldugunu Bildiyim Halda Bele Kompyuterden Esla Vazgecemem! wink

--------------------

Gr-Az

  • 7 yanvar 2015 13:00
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler meqalencun

G♥S

  • 6 yanvar 2015 16:23
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Cox sagolun..)

--------------------

princessa_selin

  • 6 yanvar 2015 14:52
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}

Kompüterin gözlərimizə zərər verməsi nəticəsində, göz yorğunluğu, gözlərdə və göz ətraflarında ağrı, gözlərdə yanma, batma, quruluq hissi, qaşınma, qızartı, sulanma, bulanıq görmək, fokuslama çətinliyi, gözləri qıyaraq baxmaq, işığa qarşı həssaslıq, baxılan şey ətrafında işıq saçılmaları görmək, göz qapaqlarında iltihab, kəpəklənmə, baş ağrısı kimi sağlamlıq problemləri ortaya çıxır. Bu şikayətlərin meydana gəlməsində ən əhəmiyyətli səbəblərdən biri, müəyyən bir müddətdəki göz qırpma sayının çox azalmasıdır. Normalda dəqiqədə ortalama 25 dəfə gözlərimizi qırparıq. Bu əməliyyat, üst qapağın istirahət etməsini, göz yaşı ilə gözün qidalanması və təmizlənməsini, kornea təbəqəsinin sürüşgənliyinin təmin edilməsini və üzərində son dərəcə düzgün bir təbəqə meydana gətirərək dəqiq və aydın görmənin təmin edilməsini yerinə yetirir. Monitorla çalışarkən bu say, dəqiqədə 10-a, hətta 5-ə düşür.

--------------------

^^YeRaZKa MeLeK^^

  • 6 yanvar 2015 11:28
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
2ci werh mennen ) cox sagolun )

--------------------

Pıtırcık

  • 6 yanvar 2015 10:53
  • Məqalə: 412
  • Şərh: 9555
  • Bal:
{awards}
ILK SERH MENDE

XEBERE GORE COX SAG OLUN

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 44
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}