Bəlkə, İslam tənəzzül edir?!

 
Bəlkə, İslam tənəzzül edir?!


Müasir müsəlmanın üzərinə düşən ən ümdə vəzifə elə öz vəzifəsini müəyyən etməsidir. Bəs necə etmək olar ki, dindar müasir çağırışlara, tələblərə cavab verə bilsin? Bəziləri bunu elmdən, sosial işlərdən uzaqlaşmaqla sırf ibadətlə məhdudlaşdırır, bəziləri isə ifrat şəkildə ibadəti azaldaraq, elm və sosial işlərlə məşğul olduğunu iddia edir. Əslində isə, mayak seçdiklərimiz Əhli-beyt nümayəndələri həm ibadət, həm sosial, həm də elmi sahədə hər zaman örnək olmuşlar. Bəs biz necə, belə ola bilirikmi?!

Demək olar ki, Azərbaycan torpağı hər dövrdə, hər əsrdə dünyaya din mütəxəssisi kimi unikal şəxsiyyətlər bəxş etmişdir. Özü də hər əsrdə bir nəfər yox, bir neçə nəfər: Memar Əcəmi, Sührəverdi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Bəhmənyar, Şəms Təbrizi, Nəsrəddin Tusi, Miyanəci, Nəsimi, Xətai, Fizuli, Saib Təbrizi, Aşıq Ələsgər, Natəvan, Seyid Əzim Şirvani, Sabir, Bakıxanov və s.

Dahi şəxsiyyətlərimizin hər birinin dövründə özlərindən başqa bir neçə dahi şəxsiyyətlər də yetişib. Və özü də onlar qədər dahi.


Maraqlı budur ki, adları çəkilən şəxsiyyətlərin hər birinin dövründə özlərindən başqa bir neçə dahi şəxsiyyətlər də yetişib. Və özü də, elə onlar qədər dahi. Bu isə onu göstərir ki, Azərbaycanda tarixi şəxsiyyətlər təsadüfdən və ya zamanın təsirindən yetişməmişlər. Həmin şəxsiyyətləri yetişdirən əqidə, təhsil sistemi olmuşdur. Onlar həm ibadətlərində arif kimi tanınmış, həm elm sahəsində ustad hesab edilmiş, həm də ictimai, siyasi mövzularda iz qoymuşlar. Bütün bunlar isə, sözsüz ki, İslam dininin göstərişlərinə riayət etməklə baş tuta bilər.

Amma indi..?

Bəlkə, Allah eləməmiş, İslam dini bir işlək mexanizm kimi Azərbaycanda sıradan çıxır, əqidə olaraq tənəzzül edir?!

İndi isə son 100 ildə (repressiyaya məruz qalmlş alimləri istisna etmək olar) həm dini, həm ictimai, həm elmi, həm də siyasi çalarları kompleks şəkildə özündə ehtiva edəcək bir nəfər tapılmır ki, islamçı şəxsiyyət kimi dünyaya təqdim edə bilək. Düzdür, ayrı-ayrı cəhətlərdə, misal üçün ayrıca siyasətçi, fizik, mədəniyyətşünas, qəhrəman döyüşçü, şair kimi şəxsiyyətlərimiz çoxdur. Lakin ötən əsrlərdə yaşamış dahilərimiz bütün bu dediklərimizin hamısını özündə ehtiva edərdi. Zaman baxımından dövrümüzə ən yaxını olan Abbasquluağa Bakıxanov buna bariz nümunədir. Həm siyasəti, həm yazıçılığı, həm də dini sahədə alimliyi dediklərimizə sübutdur. Öncə vurğuladığımız kimi, nədənsə son dövrlərdə özlərini dindar hesab edən şəxslərimiz sadalanan göstəriciləri birgə olaraq özlərində görmək istəmir. Bəlkə, Allah eləməmiş, İslam dini bir işlək mexanizm kimi Azərbaycanda sıradan çıxır, əqidə olaraq tənəzzül edir?! Bu sualın cavablını isə oxucularımız fərd olaraq daha səmimi cavablandıra bilərlər. Ona görə də sualı açıq qoyuruq.


Geri dön

Elya Alieva

  • 20 yanvar 2015 20:46
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
TESEKKURLER

--------------------
UREYIM...I MEN

♔๑.Şaнzadəм.๑♔

  • 10 yanvar 2015 12:20
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Meqaleniz Super Alinib!

--------------------

•●Miňi Miňňacık•●

  • 7 yanvar 2015 18:10
  • Məqalə: 25
  • Şərh: 1034
  • Bal:
{awards}
Allah razi olsun...!

--------------------

G♥S

  • 7 yanvar 2015 16:43
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Allah razi olsun..!

--------------------

princessa_selin

  • 7 yanvar 2015 14:42
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}

Maraqlı budur ki, adları çəkilən şəxsiyyətlərin hər birinin dövründə özlərindən başqa bir neçə dahi şəxsiyyətlər də yetişib. Və özü də, elə onlar qədər dahi. Bu isə onu göstərir ki, Azərbaycanda tarixi şəxsiyyətlər təsadüfdən və ya zamanın təsirindən yetişməmişlər. Həmin şəxsiyyətləri yetişdirən əqidə, təhsil sistemi olmuşdur. Onlar həm ibadətlərində arif kimi tanınmış, həm elm sahəsində ustad hesab edilmiş, həm də ictimai, siyasi mövzularda iz qoymuşlar. Bütün bunlar isə, sözsüz ki, İslam dininin göstərişlərinə riayət etməklə baş tuta bilər.

--------------------

Gr-Az

  • 7 yanvar 2015 12:34
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
tewekkurler meqalencun

-Kralica-

  • 7 yanvar 2015 12:32
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Tewekkurler cox saqolun

--------------------




^^YeRaZKa MeLeK^^

  • 6 yanvar 2015 23:48
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Demək olar ki, Azərbaycan torpağı hər dövrdə, hər əsrdə dünyaya din mütəxəssisi kimi unikal şəxsiyyətlər bəxş etmişdir. Özü də hər əsrdə bir nəfər yox, bir neçə nəfər: Memar Əcəmi, Sührəverdi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Bəhmənyar, Şəms Təbrizi, Nəsrəddin Tusi, Miyanəci, Nəsimi, Xətai, Fizuli, Saib Təbrizi, Aşıq Ələsgər, Natəvan, Seyid Əzim Şirvani, Sabir, Bakıxanov və s.

--------------------

Pıtırcık

  • 6 yanvar 2015 22:13
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
Demək olar ki, Azərbaycan torpağı hər dövrdə, hər əsrdə dünyaya din mütəxəssisi kimi unikal şəxsiyyətlər bəxş etmişdir. Özü də hər əsrdə bir nəfər yox, bir neçə nəfər: Memar Əcəmi, Sührəverdi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Bəhmənyar, Şəms Təbrizi, Nəsrəddin Tusi, Miyanəci, Nəsimi, Xətai, Fizuli, Saib Təbrizi, Aşıq Ələsgər, Natəvan, Seyid Əzim Şirvani, Sabir, Bakıxanov və s.

Dahi şəxsiyyətlərimizin hər birinin dövründə özlərindən başqa bir neçə dahi şəxsiyyətlər də yetişib. Və özü də onlar qədər dahi.

--------------------
http://legend.az/user/imza/

Aylowka)))

  • 6 yanvar 2015 21:54
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Cox sagolun)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

..::My Black::..

  • 6 yanvar 2015 21:42
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
Allah razı olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 27

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}