Bu günün hava proqnozu

 
Bu günün hava proqnozu



Yanvarın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, arabir 18-20 m/s-yə çatacaq. Temperatur gecə 3-5° isti, gündüz 12-14° isti olacaq. Axşam havanın kəskin dəyişiləcəyi, şimal-qərb küləyinin gecəyə doğru 28-33 m/s-dək güclənəcəyi, temperaturun 1-3° isti təşkil edəcəyi gözlənilir. Atmosfer təzyiqi 750 mm civə sütunundan 774 mm civə sütununadək yüksələcək.

Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər duman, çiskin olacaq. Gündüz saatlarından başlayaraq havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 6°-dək şaxta, gündüz 10-15° isti, axşam 5-7° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər duman, çiskin olacaq. Gündüz saatlarından başlayaraq havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi əsəcək, arabir 28-33 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti, axşam 5-7° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər duman, çiskin olacaq. Günün ikinci yarısından başlayaraq havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi əsəcək, arabir 28-33 m/s-dək güclənəcək. Temperaturun gecə 0-3° isti, gündüz 10-15° isti, axşam 5-8° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər duman, çiskin olacaq. Gündüz saatlarından başlayaraq havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyinin əsəcəyi, arabir 25-28 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə 30 m/s-yə çatacağı gözlənilir. Temperatur gecə 0-5° isti, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 8-13° isti, axşam 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər duman, çiskin olacaq. Axşam saatlarından başlayaraq bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi əsəcək, arabir 25-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər duman, çiskin olacaq. Axşama doğru havanın yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi əsəcək, arabir 25-30 m/s-dək güclənəcək. Temperaturun gecə 4-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.


Geri dön

Elya Alieva

  • 10 yanvar 2015 01:51
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
Xebere gore tsk

--------------------
UREYIM...I MEN

Fearless

  • 7 yanvar 2015 22:21
  • Məqalə: 282
  • Şərh: 408
  • Bal:
{awards}
xebere gore twkler

--------------------
http:// user/İMZA/

♔๑.Şaнzadəм.๑♔

  • 7 yanvar 2015 16:08
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
{awards}
Cox sagolun..!

--------------------

princessa_selin

  • 7 yanvar 2015 14:30
  • Məqalə: 98
  • Şərh: 1717
  • Bal:
{awards}

Yanvarın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

--------------------

•●Miňi Miňňacık•●

  • 7 yanvar 2015 13:53
  • Məqalə: 25
  • Şərh: 1024
  • Bal:
{awards}
Maraqli idi...)

--------------------

G♥S

  • 7 yanvar 2015 13:30
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Cox sagolun..)

--------------------

•●Miňi Miňňacık•●

  • 7 yanvar 2015 13:29
  • Məqalə: 25
  • Şərh: 1024
  • Bal:
{awards}
Xebere gore cox sagolun...)

--------------------

Gr-Az

  • 7 yanvar 2015 12:23
  • Məqalə: 30
  • Şərh: 2725
  • Bal:
{awards}
tewekkurler meqalencun

--------------------
Ra sheni sakmea

NIGAR

  • 7 yanvar 2015 12:16
  • Məqalə: 730
  • Şərh: 10502
  • Bal:
{awards}
ILK SERH MENDEN

XEBERE GORE SAG OLUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 46
Cəmi: 79

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}