Namaz möminin meracıdır...

 
legend.az


İmam Cəfər Sadiqin (ə.) Həmmad adındakı bir yaxın
dostu rəvayət etmişdir ki: “Bir gün İmam Sadiq (ə.):
“Mənə ey Həmmad, düzgün tərtibi ilə namaz qıla
bilirsənmi?”
–deyə soruşdu.
Mən: “Ey Ağam, Harizin namaz haqqındakı kitabını
əzbər bilirəm”-
dedim. İmam (ə.): “Xeyr, belə olmaz; Qalx namaz qıl, baxaq”-
deyə buyurdu.
Həmmad deyir: Bu zaman, mən qalxıb, İmamın
qarşısında qibləyə yönəldim və namaza başlayıb ruku
və səcdələri yerinə yetirdim.
İmam (ə.), mənim namaz qılmağımı seyr etdikdən sonra belə buyurdu: “Ey Həmmad, gözəl namaz qıla
bilmirsən. Sizlərdən biri altmış və ya yetmiş yaşına
çatdığı halda, hələ də bir namazı bütün qaydası ilə,
tam olaraq yerinə yetirə bilməməsi, necə də pisdir.”

Həmmad deyir: Bu sözlər mənə təsir edərək ruhumu
sirkələdi və İmama: “Canım sənə fəda olsun, belədirsə özünüz mənə namaz qılmağı öyrədin”-
dedim.
Bu zaman, İmam düzgün bir şəkildə qibləyə doğru
durub, barmaqları bitişik halda, əllərini qıçlarına doğru
yönəltdi. Ayaqlarının isə arasında üç barmaq məsafə
olacaq şəkildə bir-birlərinə yaxınlaşdırdı. Xuşu və xuzu içində ayaq barmaqlarının hamısını
qibləyə doğru yönəltdi və: “Allah Əkbər” deyərək,
namaza başladı.
Həmd surəsini, ondan sonra da İxlas surəsini qiraətlə
düzgün bir şəkildə oxudu və bir nəfəs alacaq qədər
zaman gözlədikdən sonra ayaq üstə olduğu halda: “Allahu Əkbər”-dedi.
Sonra, rukuya əyilərək, ayaqlarının arası aralı olduğu
halda, əllərinin içiylə diz qapaqlarını qapadı və kürəyi
dümdüz halda dizlərini arxaya çəkdi. Belə ki, əgər
kürəyinə bir damcı su və ya yağ düşsəydi, kürəyinin
düz və dizlərinin arxaya çəkilmiş olduğundan o su və yağ damcısı olduğu yerdə qalardı.
Həmçinin boynunu uzadaraq, gözlərini cüzi şəkildə
qapayaraq, qiraətlə zikr söyləməyə başladı və üç
dəfə: “Subhanə Rabbiəl Əzimi və bihəmdih”-dedi.
Sonra ayağa qalxaraq tam olaraq düz durduqdan
sonra: “Səmiəllahu limən həmidəh”-dedi. Sonra əllərini üzünün səthinə qaldıraraq ayaq üstə
(qiyamda) olduğu halda: “Allahu Əkbər” dedi və
səcdəyə getdi.
Səcdəyə gedərkən əllərini dizlərindən öncə yerə
qoydu və üç dəfə: “Subhanə Rabbiəl əla və bihəmdih”-
dedi. Səcdə halındaykən gövdəsinin bir hissəsini yerə
toxundurmadan səkkiz üzvünü - yəni alnını, əllərinin
içini, dizlərini, ayaq barmaqlarının ucunu və burnunu
yerə qoydu.
Bu əzalardan yeddisinin səcdə halında yerə
qoyulması fərz, burunun yerə qoyulması isə sünnətdir və ona burunu yerə sürtmək deyilir.
Sonra başını səcdədən qaldırdı və tam olaraq
oturdukdan sonra: “Allahu Əkbər”-dedi.
Bu halda sol tərəfi üstündə oturub sağ ayağının
üstünü sol ayağının iç qisminə qoydu və:
“Əstağfirullahə və ətubu iləyh”-dedi. Daha sonra oturaqlı olduğu halda: “Allahu Əkbər”
deyib ikinci səcdəyə getdi və birinci səcdədə
söylədiklərini təkrarladı.
Nə rukusunda, nə də səcdəsində, bədənindən bir
yardım almadı. Dirsəklərini, səcdə edərkən yerə
qoymadı və qanad şəklində göydə tutdu. İmam beləcə iki rəkət namaz qıldı. Sonra mənə tərəfə
dönərək: “Ey Həmmad”-dedi. “Namazı belə qıl, namaz
əsnasında sağına, soluna baxma; Əlinlə və
barmaqlarınla oynama və ağız suyunu sağına, soluna
və önünə atma.” (Biharul Ənvar, c. 84, s. 185, Əl-
Vəsail, c. 4, s. 673)
Yuxarıda nəql etdiyimiz bu hədisdə, İmam Cəfər
Sadiq (ə.), həm namazın fərzlərini, həm də bir qismi
kişilərə aid olmaqla bəzi sünnətlərə işarə edilərək adı
çəkilən yaxın dostuna düzgün namaz qılmaq şərtini
öyrətməyə çalışmışdır. Nəhayət insan, namaza durduğunda, əmr edilən fərz
və sünnətlərə riayət etməklə yanaşı kimə yönəldiyinin
və kiminlə danışdığının fərqinə varmalıdır. Allah
Təalanın da: “O kəslər ki, namazlarında (hər şeyi
unudaraq ruhən və cismən yalnız Allaha) müti olub
(Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)” (Muminun, ayə 2)-buyurduğu kimi, xuşu və
xuzu halında olmalıdır.
İnsan gərək yuxulu, istəksiz və ikrah hissi ilə namaza
durmamalıdır. Allah bəndəsi gərək ki, zəlil bir halda
Haqqa yönəlməlidir. Özünü dünyəvi arzu, kədər və
düşüncələrdən təmizləməlidir. Bilməlidir ki, Allah Rəsulu (s.) və Əhli-Beytdən (ə.)
gələn saysız hədislərdə olduğu kimi namaz, Allahın
hüzuruna çıxmaqdır. Namaz möminlərin meracıdır. Və
namazdan ancaq diqqətini namaza verdiyi qədərində
məqbuldur. Buna görə də hər namazını son
namazınmış kimi diqqətli qılmağa çalışmalıdır.


Geri dön

Elya Alieva

  • 17 yanvar 2015 17:29
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
Allax Разы олсун Цох Гзел alinib

--------------------
UREYIM...I MEN

Gr-Az

  • 10 yanvar 2015 14:16
  • Məqalə: 30
  • Şərh: 2732
  • Bal:
{awards}
werhleriniz ucun cox sagolun elleriniz derd gormesin

♔๑.Şaнzadəм.๑♔

  • 9 yanvar 2015 16:55
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Allah Razi Olsun!

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 8 yanvar 2015 23:50
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
“Allahu Əkbər”

princessa_selin

  • 8 yanvar 2015 22:49
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Sonra başını səcdədən qaldırdı və tam olaraq
oturdukdan sonra: “Allahu Əkbər”-dedi.
Bu halda sol tərəfi üstündə oturub sağ ayağının
üstünü sol ayağının iç qisminə qoydu və:
“Əstağfirullahə və ətubu iləyh”-dedi. Daha sonra oturaqlı olduğu halda: “Allahu Əkbər”

--------------------

ツDirectionerツ

  • 8 yanvar 2015 22:16
  • Məqalə: 69
  • Şərh: 2208
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------



Louis Tomlinson♥

Pıtırcık

  • 8 yanvar 2015 21:25
  • Məqalə: 439
  • Şərh: 9608
  • Bal:
{awards}
ALLAH RAZII OLSUN

--------------------


http://legend.az/user/imza/http://legend.az/user/imza/

G♥S

  • 8 yanvar 2015 19:40
  • Məqalə: 204
  • Şərh: 4097
  • Bal:
{awards}
Allah razi olsun ureyim coxx gozel alinib meqalen love love

--------------------

★Deniz★

  • 8 yanvar 2015 18:10
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
Allah razi olsun qardawim

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}