Əl-Bəqərə (“İNƏK”) Surəsi [3]

 
Əl-Bəqərə (“İNƏK”) Surəsi [3]


[b]21.Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə bununla müttəqi olasınız! [Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!]


22.O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İnda siz də Allahın oxşarı və bənzəri olmadığını bildiyiniz halda, Ona şərik qoşmayın!


Əl-Bəqərə (“İNƏK”) Surəsi [3]


23.Əgər bəndəmizə [Məhəmmədə] nazil etdiyimizə [Qurana] şəkkiniz varsa, siz də [fəsahətdə və bəlağətdə] ona bənzər bir surə gətirin və əgər sizin [bu, bəşər kəlamıdır] iddianız doğrudursa, Allahdan savayı bütün şahidlərinizi [bütlərinizi, şair və alimlərinizi] bu işdə köməyə çağırın!


24.Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı [günahkar] insanlardan və kibrit daşlarından ibarət olan oddan [Cəhənnəmdən] həzər edin!


Əl-Bəqərə (“İNƏK”) Surəsi [3]


25.[Ya Peyğəmbər!] İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver: onlar üçün [ağacları] altından çaylar axan cənnətlər [bağlar] vardır. O cənnətlərin meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə [dünya evində] yediyimiz ruzidir”,- deyəcəklər. Əslində isə bu meyvələr dünya meyvələrinə yalnız zahirən bənzəyir. Onlardan ötrü orada hər cəhətdən pak olan zövcələr də var. Onlar [möminlər] orada əbədi qalacaqlar.


26.Əlbəttə, Allah [Quranda] ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gəirənlər bunu Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?”- deyirlər. Allah bu məsəllə bir çoxlarını düz yoldan azdırır, bir çoxlarını isə doğru yola aparır.


Əl-Bəqərə (“İNƏK”) Surəsi [3]


27.O kəslər ki, Allahla [Ona iman gətirmək və itaət etmək barəsində] əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır [möminlərlə dostluğu, qohum-əqraba ilə əlaqələri kəsir] və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri [dünyada və axirətdə] ziyana uğrayanlardır!


28.Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi [əcəliniz gəldikcə] yenə öldürəcək, sonra [qiyamətdə] yenə də dirildəcək və daha sonra siz [əməllərinizin haqq-hesabı çəkilmək üçün] Ona tərəf [Onun hüzuruna] qaytarılacaqsınız.


29.Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur [Allahdır!]. O, hər şeyi biləndir!


Əl-Bəqərə (“İNƏK”) Surəsi [3]


Ardı var...


Geri dön

music_angel

  • 4 sentyabr 2011 16:58
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

::..ONSLAUGHT::..

  • 26 fevral 2011 20:00
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Lexikon

  • 25 fevral 2011 17:57
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
tewekur...

Ulya

  • 24 fevral 2011 22:47
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
Allah razi olsun.

Made_In_Bakinka

  • 24 fevral 2011 21:52
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
cox tesekkurler

MY LOVE ZZ

  • 24 fevral 2011 21:32
  • Məqalə: 0
  • Şərh: 62
  • Bal:
{awards}
Tewekkurler

фея

  • 24 fevral 2011 21:19
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
cox saqol ardin gozleyecem

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 38
Cəmi: 65

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 640
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 42
Cəmi: 57
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 148
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}