Bir hədis barədə araşdırma

 
Bir hədis barədə araşdırma

Nəhayət, Əbu Süfyan Həzrət Mühəmməd Peyğəmbərdən (s) xahiş edir ki, onun sərkərdə kimi cihadlarda iştirak etməsinə icazə versin. Həqiqətən, Əbu Süfyan həm Peyğəmbərin sağlığında, həm də sonrakı xəlifələrin zamanında bəzi hərbi yürüşlərə qatılmışdı.

Əbu Süfyan Taif savaşında bir gözünü itirdi. Ömərin zamanında müsəlmanlarla bizanslılar arasında baş vermiş Yərmuk savaşında da Əbu Süfyanın o biri gözü çıxdı. Bəzi müəlliflər bunu onun üçün üstünlük sayaraq, Əbu Süfyanı canından keçən Islam fədaisi obrazında təsvir edirlər. Lakin aşağıdakı rəvayət onun bu savaşlara hansı məqsədlə qatıldığını və döyüş şiddətləndiyi zaman nə ilə məşğul olduğunu aşkar nümayiş etdirir. Mötəbər rical mənbələrindən olan “əl-Istiab fi təmyizil-əshab” kitabında Ibn Zübeyrə istinadən yazılıb: “Hər dəfə rumlular üstünlük qazananda Əbu Süfan onları həvəsləndirib deyirdi: “Əhsən, Bəni-Əsfər!” (bu ifadə rumlulara, yəni bizanslılara işarədir). Müsəlmanlar üstünlüyü ələ keçirəndə isə belə deyirdi: “Bəni-Əsfər Rumun hökmdarlarıdır. Onlardan bir iz-soraq qalmayıb”. Allah qələbəni müsəlman¬lara qismət edəndən sonra Ibn Zübeyr bu hadisəni atasına danışdı. Zübeyr dedi: “Allah onu öldürsün! Hələ də münafiqlikdən əl çəkmir! Məgər biz onun üçün Bəni-Əsfərdən daha yaxşı deyilikmi?” (İbn əl-Birr. Əl-İstiab fi təmyizil-əshab, cild 11, səh. 300). Həmin döyüşdə Əbu Süfyanın ikiüzlü hərəkəti əhli-sünnənin digər mötəbər rical kitablarında da qeydə alınıb (İbn Həcər. Əl-İsabə (cild 3, səh. 238), İbn əl-Əsir. Üsüdül-ğabə (cild 5, səh. 216) və s).

Əbu Süfyanın zahirən iman gətrdikdən sonra da öz küfründə qaldığını sübut edən çoxlu dəlillər var. Bu rəvayətlərdən məlum olur ki, o, Islam pərdəsi altında nifaq yaradır, müsəlmanları daxildən zəiflətməyə çalışırmış. Peyğəmbərin vəfatından sonra Əbu Bəkr üçün müsəlmanlardan beyət alındığı zaman Əbu Süfyan Həzrət Əlinin (ə) yanına gəlmiş və hakimiyyəti ələ keçirmək üçün ona öz hərbi köməyini təklif etmişdi. Uzaqgörən İmam isə Əbu Süfyanı qovub uzaqlaşdırmışdı (Hafiz İbn əl-Birr. Əl-İstiab, cild 8, səh. 300). Daha sonralar, Əməvilər soyundan olan Osman ibn Affan hakimiyyətə keçdikdə Əbu Süfyan onun yanına gələrək, Əməvilərin hakimiyyətdən sui-istifadə etmələri üçün imkan yaranması münasibəti ilə sevincini bildirmiş, belə demişdi: “...Xilafəti top kimi əlində fırlat, hökumətinin dayağı isə Bəni-Üməyyə olsun. Həqiqətən, bu, mülkdür (hakimiyyətdir). Bilmirəm ki, cənnət nədir, cəhənnəm nədir?” Osman onun sözlərindən qəzəblənərək üstünə qışqırmış və öz yanından qovmuşdu (yux. mənbə, səh. 301; Məsudi. Mürucüz-zəhəb, cild 2, səh. 343).

Nəticə olaraq bunu deyə bilərik ki, göründüyü kimi, Əbu Süfyanın fəzilətinə sübut kimi gətirilən yuxarıdakı hədisin heç bir əsası yoxdur.


Geri dön

Elya Alieva

  • 20 yanvar 2015 17:20
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
TESEKKURLER

--------------------
UREYIM...I MEN

♔๑.Şaнzadəм.๑♔

  • 10 yanvar 2015 11:17
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
ALLAH Razi OlsuN.!

--------------------

Elya Alieva

  • 10 yanvar 2015 01:19
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Аллах рази олсун саголун

--------------------
UREYIM...I MEN

princessa_selin

  • 9 yanvar 2015 12:16
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
..Xilafəti top kimi əlində fırlat, hökumətinin dayağı isə Bəni-Üməyyə olsun. Həqiqətən, bu, mülkdür (hakimiyyətdir). Bilmirəm ki, cənnət nədir, cəhənnəm nədir?” Osman onun sözlərindən qəzəblənərək üstünə qışqırmış və öz yanından qovmuşdu (yux. mənbə, səh. 301; Məsudi. Mürucüz-zəhəb, cild 2, səh. 343).

Nəticə olaraq bunu deyə bilərik ki, göründüyü kimi, Əbu Süfyanın fəzilətinə sübut kimi gətirilən yuxarıdakı hədisin heç bir əsası yoxdur.

--------------------

G♥S

  • 8 yanvar 2015 17:12
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Allah razi olsun..!

--------------------

★Deniz★

  • 8 yanvar 2015 15:07
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Pıtırcık

  • 8 yanvar 2015 14:21
  • Məqalə: 385
  • Şərh: 9507
  • Bal:
{awards}
ILK SERH MENDEN


ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 26

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}