Peyğəmbərin məzarına təvəssül edən arzusuna çatar

 
Peyğəmbərin məzarına təvəssül edən arzusuna çatar

Peyğəmbərin mübarək məzarını ziyarət etmək, ziyarət zamanı o həzrətin ruhuna salavat və salam söyləmək ənənəsi İslamın ilk dövrlərindən etibarən mövcud olmuşdur. Müsəlmanlar Peyğəmbərin qəbrini ziyarət edən zaman onu öpür, məzara əllərini sürtür, üzlərini məzarın üstünə qoyub dua edirdilər. Əməvi xəlifəsi Mərvan ibn Həkəmin zamanında baş vermiş bir hadisə bu baxımdan çox maraqlıdır. Mərvan bir gün görür ki, bir nəfər Peyğəmbərin qəbrinin üstünə sifətini qoyub. Mərvan həmin adamın üzünü görmədən yaxasından tutub qaldırır və danlamağa başlayır: “Sən nə etdiyini bilirsənmi?” Adam üzünü ona tərəf çevirəndə görür ki, bu, məşhur səhabə Əbu Əyyub Ənsaridir. Əbu Əyyub Mərvana bu cür cavab verir: “Bəli, mən Allahın Rəsulunun hüzuruna gəlmişəm, daşın yanına yox. Allah Rəsulunun belə buyurduğunu eşitdim: “Əhli (səlahiyyəti) olanlar dinə hökm edəndə din üçün ağlamayın. Əhli olmayanlar dinə hökm edəndə din üçün ağlayın”. Hakim Nişaburi sonda qeyd edir: “Bu hədisin sənədi səhihdir” (Həkim Nişaburi. Əl-Müstədrək ələs-Səhiheyn, 4-cü cild, s.515; İbn əl-Əsir. Üsüdül-ğabə fi mərifətis-səhabə, 1-ci cild, s.208).

Əbül-Covza Ovs ibn Abdullahdan rəvayət edilib ki, Peyğəmbərin vəfatından sonrakı illərin birində Mədinədə qəhətlik oldu. Camaat ümmül-möminin Aişənin yanına gəlib ondan əlac istədilər. Ümmül-möminin Aişə onlara məsləhət verdi ki, Peyğəmbərin məzarı yerləşən hücrənin tavanında (qəbrin üzərində) pəncərə açsınlar və elə etsinlər ki, mübarək məzarla səma arasında maneə qalmasın. O cür etdilər. Tezliklə güclü yağış yağdı, bol bitki göyərdi. Dəvələr o qədər yeyib kökəldilər ki, bədənləri piyləndi, hətta az qaldı bədənləri piyin çoxluğundan partlasın. Həmin ilə “bolluq, bərəkət ili” adını verdilər (Sünənüd-Darimi, 1-ci cild, s.43-44).

Peyğəmbərin məzarına təvəssül etmək ənənəsi sonrakı zamanlarda da rəvac tapmışdı. Böyük İslam alimləri nəinki bunu haram saymamış, əksinə, özləri mübarək məzara təvəssül etmişlər. Məsələn, məşhur hədis alimi Təbərani də daxil olmaqla bir neçə alim Mədinədə Peyğəmbərin məzarını ziyarət edərkən aclıq hiss etmiş və o həzrətə təvəssül etmişdilər. Bu duanın sayəsində bir nəfər ələvi seyyid onlara yemək gətirmiş və aclıqlarını aradan qaldırmışdı. Özü də söyləmişdi ki, sizə yemək gətirməyi yuxuda mənə Peyğəmbər əmr edib (Səmhudi. Vəfaül-vəfa bi-əxbari daril-Mustafa, 4-cü cild, s.1380).

Dini mənbələrdə Peyğəmbərin məzar torpağından təbərrük niyyəti ilə götürmək halları haqqında da xeyli xəbərlər vardır. Hətta rəvayətə görə, Peyğəmbərin (s) vəfatından sonra məzarının üstündəki torpağı camaat təbərrük qəsdi ilə apardığından, ümmül-möminin Aişə məzarın ətrafına divar çəkdirmişdi. Divarın qapısı vardı və camaat həmin qapıdan keçib torpağı götürürdü. Ümmül-möminin Aişə həmin qapını da bağlamağı əmr etdi (Səmhudi. Vəfaül-vəfa bi-əxbari daril-Mustafa, 2-ci cild, s.544).

Hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl Həzrət Mühəmməd Peyğəmbərin (s) mübarək məzarına təbərrük məqsədi ilə əl sürtməyi, məzarı öpməyi caiz bilirdi. Onun oğlu Abdullah atasından rəvayət edirdi ki, “Allah Rəsulunun minbərinə əl sürtən, əl sürtmək və öpməklə təbərrük edən, Allahdan savab qazanmaq ümidi ilə o həzrətin məzarı ilə də bu cür rəftar edən (əl sürtüb öpən) adamın hərəkəti düzgündürmü?” sualına alim belə cavab vermişdi: “Bunun maneçiliyi (günahı) yoxdur” (yux. mənbə, 4-cü cild, s.1404).


Geri dön

Elya Alieva

  • 20 yanvar 2015 17:28
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
TESEKKURLER

--------------------
UREYIM...I MEN

♔๑.Şaнzadəм.๑♔

  • 10 yanvar 2015 11:24
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Allah Razi Olsun!

--------------------

Elya Alieva

  • 10 yanvar 2015 01:21
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Аллах рази олсун елервизе саглыг

--------------------
UREYIM...I MEN

princessa_selin

  • 9 yanvar 2015 12:27
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Əbül-Covza Ovs ibn Abdullahdan rəvayət edilib ki, Peyğəmbərin vəfatından sonrakı illərin birində Mədinədə qəhətlik oldu. Camaat ümmül-möminin Aişənin yanına gəlib ondan əlac istədilər. Ümmül-möminin Aişə onlara məsləhət verdi ki, Peyğəmbərin məzarı yerləşən hücrənin tavanında (qəbrin üzərində) pəncərə açsınlar və elə etsinlər ki, mübarək məzarla səma arasında maneə qalmasın. O cür etdilər. Tezliklə güclü yağış yağdı, bol bitki göyərdi. Dəvələr o qədər yeyib kökəldilər ki, bədənləri piyləndi, hətta az qaldı bədənləri piyin çoxluğundan partlasın. Həmin ilə “bolluq, bərəkət ili” adını verdilər (Sünənüd-Darimi, 1-ci cild, s.43-44).

--------------------

★Deniz★

  • 8 yanvar 2015 15:13
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

G♥S

  • 8 yanvar 2015 11:49
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Allah razi olsun..!

--------------------

HeYat cOoX qErIbEdi.

  • 7 yanvar 2015 22:39
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Minnow.

  • 7 yanvar 2015 22:12
  • Məqalə: 40
  • Şərh: 712
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.INWALLAH BIZEDE QISMET OLAR O MEZARI ZIYERET ETMEK..

--------------------

17.03.2015

Kim isdese dosluqdan cixara biler daha gelmiyecem sayıta SaGoLuN

ツDirectionerツ

  • 7 yanvar 2015 21:24
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------



Louis Tomlinson♥

Pıtırcık

  • 7 yanvar 2015 21:14
  • Məqalə: 387
  • Şərh: 9508
  • Bal:
{awards}
ALLAH RAZI OLSUUN

--------------------
http://legend.az/user/imza/

вคɴค iкiмizi คɴlคт ❤

  • 7 yanvar 2015 21:13
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 34
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}