Bu günün hava proqnozu

 
Bu günün hava proqnozu


Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gün ərzində intensivləşəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, şimal-qərb küləyinin arabir 30-35 m/s-dək şiddətlənəcəyi, küləyin ani maksimal sürətinin isə 38-40 m/s-yə çatacağı gözlənilir.

Çovğun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var. Temperaturun gecə 1-3° isti, gündüz 0°-yə yaxın, axşama doğru 2°-dək şaxta olacağı gözlənilir. Atmosfer təzyiqi 750 mm civə sütunundan 774 mm civə sütununadək yüksələcək. Nisbi rütubət gecə və gündüz 90-95 faiz təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 8-i Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin çox kəskin dəyişəcəyi, havanın temperaturunun 10-15°-yə enəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şəraitin güclənəcəyi və çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil. Yanvarın 9-u gündüz və 10-da soyuq diskomfort şəraitin davam edəcəyi gözlənilsə də, meteoroloji amillərin mülayim tərəddüdü fonunda oksigenlə zəngin və təmiz hava şəraitinin üstünlüyü müsbət amildir.

Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Temperaturu gecə 8-13° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Temperaturun gecə 2-6° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Temperaturun gecə 3-7° şaxta, gündüz 0-3° şaxta, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var.

Temperaturun gecə və gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havaın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperaturun gecə və gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə və gündüz 0-5° şaxta olacağı gözlənilir.


Geri dön

Elya Alieva

  • 10 yanvar 2015 01:45
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
pff
tesekkurler

--------------------
UREYIM...I MEN

princessa_selin

  • 9 yanvar 2015 12:07
  • Məqalə: 98
  • Şərh: 1717
  • Bal:
{awards}
Tibbi-meteoroloji proqnoza görə, yanvarın 8-i Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin çox kəskin dəyişəcəyi, havanın temperaturunun 10-15°-yə enəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şəraitin güclənəcəyi və çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil. Yanvarın 9-u gündüz və 10-da soyuq diskomfort şəraitin davam edəcəyi gözlənilsə də, meteoroloji amillərin mülayim tərəddüdü fonunda oksigenlə zəngin və təmiz hava şəraitinin üstünlüyü müsbət amildir.

--------------------

ツDirectionerツ

  • 8 yanvar 2015 22:29
  • Məqalə: 69
  • Şərh: 2204
  • Bal:
{awards}
sabah qartopu oynuyacuxx:D

--------------------



Louis Tomlinson♥

G♥S

  • 8 yanvar 2015 16:50
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Qar dehwet yagir..)

--------------------

★Deniz★

  • 8 yanvar 2015 16:06
  • Məqalə: 14
  • Şərh: 1758
  • Bal:
{awards}
indi bu deyqe qar yaqirr wink

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 8 yanvar 2015 15:50
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
{awards}
Qar yagiiirrr...))

--------------------

tipa pipa wemka

  • 8 yanvar 2015 14:54
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
qar yagsiiin tongue

NIGAR

  • 8 yanvar 2015 13:53
  • Məqalə: 627
  • Şərh: 10018
  • Bal:
{awards}
ILK SERH MENDEN


XEBERE GORE COX SAG OLUN

--------------------
legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 57
Cəmi: 74

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 35
Cəmi: 66
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 30
Cəmi: 166
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 140
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}