Niyə ölümdən qorxuruq?

 
Niyə ölümdən qorxuruq?

Həzrət Mühəmməd Peyğəmbər (s) ölümdən ibrət götürməyən və azğınlıqda davam edən insanların haqqında təəccüblə buyururdu:

“Görürəm ki, insanların çoxuna dünya sevgisi qalib gəlib. Sanki bu dünyada ölüm onların deyil, yalnız başqalarının taleyinə yazılıb, haqq-ədalətə rıayət etmək onlara deyil, başqalarına vacib buyurulub. Özlərindən əvvəlkilərin ölüm xəbərini dinləmirlər; guya ölənlər yaxın bir səfərə getmişlər və az sonra qayıdacaqlar” (Biharül-ənvar, 74-cü cild, səh. 125).

İmam Əlinin (ə) “Nəhcül-bəlağə”dəki hikmətli kəlamlarından biri də buna oxşar mənanı ifadə edir:

“Ölüləri görə-görə ölümü yaddan çıxaran adama təəccüb edirəm” (Nəhcül-bəlağə, 121-ci hikmətli kəlam).

Həzrət İmam Nəqi (ə) ölümün əsil simasını bizlərə belə tanıtdırır: O həzrətin səhabələrindən biri ağır xəstə idi. İmam onu yoluxmağa gedib gördü ki, səhabə ölümün qorxusundan ağlayır. İmam Nəqi (ə) ona belə buyurdu: “Ey Allahın bəndəsi! Sən ona görə ölümdən qorxursan ki, ölümün nə olduğunu bilmirsən. Təsəvvür et, bədənin o qədər kirlidir ki, sənə əziyyət verir. Üstəlik, bədənini yaralar basıb. Bu halda, çimməyin sənə xeyir olduğunu, çiməndən sonra bədəninin təmizlənib, yaralarının sağalacağını bilə-bilə, hamama getmək istəməzdinmi?” Həmin şəxs cavab verdi: “İstəyərdim, ey Peyğəmbərin övladı!” İmam buyurdu: “Ölüm indi sənin üçün hamama gedib yuyunmaq kimi xeyirlidir...” (Şeyx Səduq.Məaniyyül-əxbar, səh. 290).

Göründüyü kimi, burada İmam insanın ölümdən qorxmasının səbəbini onun ölümü tanımaması və mahiyyətini anlamaması ilə bağlayır. İslam mənbələrində insanın ölümdən qorxmasının başqa səbəbləri barədə də hədislərə rast gəlirik. Həmin hədislərdən aydın olur ki, insanın gözündə olümü dəhşətli göstərən səbəblərdən biri də dünya məhəbbəti ilə əlaqəlidir. İnsan bu dünyada əldə etdiklərini itirmək istəmir. Bir yandan da, dünyaya aludəliyinin pis əməl olduğunu və qiyamətdə buna görə cavab verəcəyini anlayır. O, həyatı boyunca yalnız öz dünyasını abadlaşdırmaqla məşğul olub, axirəti üçün heç nə etməyib. Onun axirətdəki yeri bu dünyadakı yeri ilə müqayisə edilməyəcək dərəcədə bərbaddır. Ona görə də, abad olan bir yeri büraxıb viran olan bir məkana köçmək istəmir.

Rəvayət edirlər ki, bir gün Əbuzərdən soruşdular: “Bizim ölümdən qorxmağımızın səbəbi nədir?” Əbuzər cavab verdi: “Ona görə ki, siz dünyanızı abad edib, axirətinizi xaraba qoymusunuz. İndi abad yerdən xarabalığa köçmək istəmirsiniz”. Soruşdular: “Allahla bizim görüşümüzü necə təsəvvür edirsən?” Əbuzər cavab verdi: “Sizin yaxşılarınız uzaq səfərdən öz evinə qayıdan şəxs kimi olacaqlar. Pisləriniz isə ağasından qaçmış, sonra onun hüzuruna qaytarılmış qul vəziyyətində olacaqlar” (Üsuli-Kafı, 2-ci cild, səh. 458).

Həzrət Mühəmməd Peyğəmbərdən (s) bu mövzuda rəvayət edilən aşağıdakı hədis də çox maraqlıdır. Bir nəfər ölümə niyə ikrahla baxılmasının səbəbini o həzrətdən soruşdu. Peyğəmbər xəbər aldı: “Mal-dövlətin varmı?” O adam cavab verdi: “Bəli, var”. Peyğəmbər yenə soruşdu: “Sərvətini özündən əvvəl göndərmisənmi? (Yəni kasıblara verib, özün üçün axirət azuqəsi toplamısanmı?)” Adam cavab verdi: “Xeyr”. Peyğəmbər buyurdu: “Bax, elə buna görə də ölümdən qorxursan!” (Şeyx Səduq. Əl-Xisal, səh 13, 47-ci hədis).

Həzrət Əlinin (ə): “Ölməzdən qabaq malınızın bir hissəsini göndərin; bu, sizin xeyrinizədir” ifadəsi də eyni fikri vurğulayır (Nəhcül-bəlağə, 194-cü xütbə). Möminlərin əmiri mal-dövlətin bir hissəsini ehtiyaclılara ehsan etməyi, bununla da savab qazanıb axirət aləmi üçün azuqə toplamağı nəzərdə tutur. Belə adamın savabı özündən qabaq axirət aləminə çatır və orada sahibini gözləyir.

İmam Əlinin (ə) həyat tarixçəsinin daha bir maraqlı səhifəsi də bizi ölümdən ibrət almağa çağırır. “Nəhcül-bəlağə”də buyurulur ki, o həzrət, Siffeyn savaşından qayıdanda, Kufə yaxınlığındakı qəbristanlığa çatıb belə buyurdu: “Ey vəhşətli, ot-ələfsiz, susuz yerdə, zülmət qəbirlərdə yatanlar! Ey torpaq əhli! Ey qəriblər! Ey tənhalar! Ey vəhşət içində olanlar! Siz bizdən irəli düşdünüz, tezliklə sizin arxanızca biz də geləcəyık. Bilin ki, siz öləndən sonra evlərinizdə başqaları sakin oldu, arvadlarınızı başqaları aldı, mal-dövlətinizi bölüşdürdülər. Bu, bizim bildiklərimizdir. Bəs, sizdə hansı xəbərlər var?” Sonra İmam üzünü yanındakılara tutub buyurdu: “Əgər onların danışmaq icazəsi olsaydı, mütləq sizə deyərdilər ki, o biri dünya üçün ən yaxşı azüqə – təqvadır” (Nəhcül-bəlağə, 126-cı hikmətli kəlam).


Geri dön

Elya Alieva

  • 20 yanvar 2015 17:01
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
TESEKKURLER

--------------------
UREYIM...I MEN

♔๑.Şaнzadəм.๑♔

  • 9 yanvar 2015 17:10
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Allah Razi Olsun..!
Sizi Bilmirem Ama men olende Weytani gormeyden qorxuram! am

--------------------

princessa_selin

  • 9 yanvar 2015 12:00
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Göründüyü kimi, burada İmam insanın ölümdən qorxmasının səbəbini onun ölümü tanımaması və mahiyyətini anlamaması ilə bağlayır. İslam mənbələrində insanın ölümdən qorxmasının başqa səbəbləri barədə də hədislərə rast gəlirik. Həmin hədislərdən aydın olur ki, insanın gözündə olümü dəhşətli göstərən səbəblərdən biri də dünya məhəbbəti ilə əlaqəlidir. İnsan bu dünyada əldə etdiklərini itirmək istəmir. Bir yandan da, dünyaya aludəliyinin pis əməl olduğunu və qiyamətdə buna görə cavab verəcəyini anlayır. O, həyatı boyunca yalnız öz dünyasını abadlaşdırmaqla məşğul olub, axirəti üçün heç nə etməyib. Onun axirətdəki yeri bu dünyadakı yeri ilə müqayisə edilməyəcək dərəcədə bərbaddır. Ona görə də, abad olan bir yeri büraxıb viran olan bir məkana köçmək istəmir.

--------------------

ツDirectionerツ

  • 8 yanvar 2015 22:23
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------



Louis Tomlinson♥

Elya Alieva

  • 8 yanvar 2015 22:07
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Allax razi olsun

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 8 yanvar 2015 21:46
  • Məqalə: 386
  • Şərh: 9515
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

G♥S

  • 8 yanvar 2015 19:49
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Allah razi olsun..!

--------------------

★Deniz★

  • 8 yanvar 2015 18:18
  • Məqalə: 14
  • Şərh: 1772
  • Bal:
{awards}
gunah edireik ve sinra olumden qorxuruq nem men qorxuram Allha razi olun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}