Dünya bayraqları və onlar haqqında maraqlı faktlar (1)

 
Sinqapur-Sinqapurun dövlət bayrağı 2 bərabər üfüqi zolaqdan ibarətdir: qırmızı və ağ. Qırmızı zolağın solunda aypara və 5 ulduz şəkli təsvir olunub. Sinqapurun bayrağını hazırlayan şəxs To Çin Çaedir. 1965-ci ildə rəsmi olaraq ölkənin milli bayrağı kimi qəbul edilib. Qırmızı rəng insanların ümumi qardaşlığını və bərabərliyini təmsil edir. Ağ rəng paklıq və yaxşılıq rəmzidir. Aypara şəkli gənc və inkişaf edən milləti tərənnüm edir. 5 ulduz isə Sinqapurun ideallarıdır: demokratiya, sülh, inkişaf, ədalət və bərabərlik. Ölçüsü 2:3 nisbətindədir.

Dünya bayraqları və onlar haqqında maraqlı faktlar (1)


Vyetnam-Vyetnamın dövlət bayrağı rəsmi qaydada 1955-ci ilin noyabr ayının 30 — da qəbul edilib. Bayrağın mərkəzindəki sarı beşguşəli ulduz Vyetnam Kommunist Partiyasının liderliyini tərənnüm edir. Qırmızı rəng sosialist inqilabının uğurunu təmsil edir. Ulduzun beş guşəsi isə fəhlələri, kəndliləri, əsgərləri, ziyalıları və gəncləri təcəssüm edir. Ölçüsü 2:3 nisbətindədir.

Dünya bayraqları və onlar haqqında maraqlı faktlar (1)


Yaponiya-Yaponiya bayrağındakı ağ rəng dürüstlük və saflığı, qırmızı dairə isə ölkədən doğan günəşi təmsil edir. Rəvayətə görə, bir buddist rahib günəş tanrısı Aliaterasunun soyundan gəldiyinə inanılan Yaponiya hökmdarına bir günəş diski verib. Həmin gündən etibarən, yaponlar bayraqlarında günəş diskindən istifadə edirlər.


Dünya bayraqları və onlar haqqında maraqlı faktlar (1)


Nepal-Nepal bayrağındakı qırmızı rəng ölkənin milli bitkisi olan «rhododendron»un rəngidir. Bayrağın kənarındakı mavi rəng sülhü təmsil edir. Üst üçbucağın daxilindəki yuxarı baxan aypara tək hökmdar və sarayı tərənnüm edir. Alt üçbucağın daxilindəki 12 guşəli günəş isə Rana xanədanlığını təmsil edir.

Dünya bayraqları və onlar haqqında maraqlı faktlar (1)


Bəhreyn-Bəhreynin bayrağı 2002-ci ilin fevral ayının 16-da rəsmi olaraq təsdiq olunub. Bayraqdakı ağ və qırmızı rəng bir-birilə ziqzaqvari şəkildə birləşib. Ziqzaqların sayının 5 olması İslam dininin 5 əsas şərtini təmsil edir. Qırmızı rəng xaricilərin rəngini tərənnüm edir. Ağ rəng isə 1820-ci ildə Britaniya dövləti ilə bağlanılan sülhə işarədir. Ölçüsü 3:5 nisbətindədir.

Dünya bayraqları və onlar haqqında maraqlı faktlar (1)


Şri-Lanka - Şri-Lankanın dövlət bayrağı haqqında qanun 1978-ci ildə qəbul edilib. Bayrağın üzərindəki əlində qılınc tutmuş şir yerli əhali olan seylonların əcdadlarının rəmzidir. 1951-ci ildə bayrağa müsəlman və tamil azlıqlarını müvafiq olaraq təmsil edən yaşıl və narıncı zolaqlar əlavə edilib. Qırmızı zolaq isə buddist çoxluğunu tərənnüm edir. 1972-ci ildə ökənin Seylon adı ləğv edilərək, Şri-Lanka olduqdan sonra müqəddəs buddist ağacı olan Paypulun ( əncir ağacı) 4 yarpağı bayrağın üzərinə həkk olundu. 4 yarpaq sevgini, şəfqəti, qarşılıqlı anlayışı və soyuqqanlılığı təmsil edir.

Dünya bayraqları və onlar haqqında maraqlı faktlar (1)


Liberiya-Liberiyanın bayrağı rəsmi olaraq, 1847-ci ildə qəbul edilib. Bayrağın 11 zolağı Liberiyanın müstəqillik bəyannaməsindəki imzaların sayı ilə eynilik təşkil edir. Qırmızı rəng cəsurluğu, ağ rəng isə mənəvi əsasları təmsil edir. Ağ rəngli beşguşəli ulduz Afrika materikində ilk müstəqil dövləti və qulların azadlığını tərənnüm edir. Mavi rəngli kvadrat isə Afrika materikinin və qardaşlığın rəmzidir. Dünya ticarət donanmasında ən çox Liberiyanın bayrağından istifadə olunur. Səbəb isə bu bayrağın istifadəsinə görə ticarət gəmilərindən ucuz rüsum haqqının alınmasıdır.


Dünya bayraqları və onlar haqqında maraqlı faktlar (1)


Tunis-Tunisin dövlət bayrağı rəsmi şəkildə 1999-cu ilin iyun ayının 30-da qəbul edilib. 1827-ci ilin oktyabr ayının 20-də Navarin döyüşündən sonra Tunis hökmdarı Äl-Hüseyn ikinci ibn Mahmud Tunisin hazırkı bayrağını tətbiq edib. Aypara və ulduz şəkli İslamı tərənnüm etməklə yanaşı, uğurun da rəmzi sayılır. Bundan əlavə, aypara və ulduz şəkli Tunisin vaxtilə Osmanlının tərkibinə daxil olduğuna dəlalət edir. Ölçüsü 2:3 nisbətindədir.


Dünya bayraqları və onlar haqqında maraqlı faktlar (1)


Eritreya-Eritreyanın dövlət bayrağı haqqında qanun 1995-ci ilin dekabr ayının 5-də qəbul edilib. Bayrağın yaşıl rəngi kənd təsərrüfatı və maldarlığı, qırmızı rəng Eritreyanın müstəqilliyi uğrunda tökülən qanı, mavi rəng ölkənin dəniz sərvətlərini və Qırmızı dənizi, sarı rəng isə ölkənin mineral ehtiyatlarının zənginliyini və dövlətçiliyin dirçəlməsini tərənnüm edir. Sarı rəngli kiçik zeytun şaxələrindən ibarət çələng ( 30 yarpaq) Eritreyanın müstəqilliyi ilə nəticələnən vətəndaş müharibəsi illərinin simvoludur. Ölçüsü 1:2 nisbətindədir.

Dünya bayraqları və onlar haqqında maraqlı faktlar (1)


CAR- Cənubi Afrika Respublikasının (CAR) bayrağındakı qırmızı rəng qanın, mavi rəng səmanın, yaşıl rəng ölkə torpaqlarının, qara rəng afrikalı zənci əhalinin, ağ rəng avropalı ağ əhalinin, sarı rəng qızıl və digər təbii resursların rəmzidir. Bundan əlavə, bayraqdakı «y» forması iki irqin birləşdiyini tərənnüm edir. İndoneziya bayrağının rəngləri 13-15-ci əsrlərdə Yava adasında yerləşən Macapaxit krallığının bayrağının rənglərindən götürülüb.


Dünya bayraqları və onlar haqqında maraqlı faktlar (1)


İraq-İraqın dövlət bayrağı 3 bərabər üfüqi zolaqdan ibarətdir: qırmızı, ağ və qara. Ağ zolağın üzərində yaşıl rəngdə «Allahu Əkbər» ifadəsi yazılıb. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Bayraqdakı qırmızı rəng İslamın düşmənlərinə qarşı mübarizəni; ağ rəng ərəb xalqının alicənablığını, comərdliyini, birliyini, qələbəsini; qara rəng isə ərəb xalqının böyük keçmişə malik olduğunu tərənnüm edir. Digər bir versiyaya görə, qırmızı rəng ərəblərin İslamdan öncəki rəmzi olub. Bayraq rəsmi olaraq, 2008-ci ilin yanvar ayının 22-də qəbul edilib.

Dünya bayraqları və onlar haqqında maraqlı faktlar (1)


Əfqanıstan-Əfqanıstanın dövlət bayrağı 3 bərabər şaquli zolaqdan ibarətdir: qara, qırmızı və yaşıl. Qırmızı zolağın üzərində ölkənin dövlət gerbi təsvir olunub. Bayrağın eninin uzunluğuna nisbəti 1:2 — dir. Bayraqdakı qara rəng tarixi və dini rəmzlərin mənasını daşıyır. Qırmızı rəng yüksək dövlət hökmdarının rəngidir. Yaşıl rəng isə ümid və müvəffəqiyyətin rəmzidir. Bayrağın rəsmi qəbul tarixi 2002-ci ilin fevral ayının 5-nə təsadüf edir.


Dünya bayraqları və onlar haqqında maraqlı faktlar (1)


İsrail-1948-ci ildə İsrailin dövlət bayrağı haqqında qanun qəbul edilib. Parametrləri 8:11 nisbətindədir. Bayrağın mərkəzində təsvir olunmuş mavi rəngli altıguşəli ulduz «Davidin ulduzu», «Davidin qalxanı» və «Solomonun möhürü » kimi tanınır. Bu simvol qədim tarixə malik olub, sehrli gücün və iblisdən qorunmanın mənasını verir. İlk dəfə altıguşəli ulduzdan bayrağında 1354-cü ildə Praqadakı yəhudi icması iudizm inancına sadiqlik əlaməti olaraq istifadə edib. Mavi rəng İsrail səmasının, ağ rəng isə dini idealların paklığının rəmzidir.

Dünya bayraqları və onlar haqqında maraqlı faktlar (1)


Suriya-Suriyanın dövlət bayrağı 1980-ci ilin may ayının 30-da rəsmi olaraq təsdiq edilib. Bayraq 3 bərabər üfüqi zolaqdan təşkil olunub: qırmızı, ağ və qara. Ağ zolağın mərkəzində 2 ulduz şəkli təsvir olunub. Qırmızı rəng İslam dini yolunda şəhid olanları və Haşimilər xanədanlığını, ağ rəng Umeyyiləri, qara rəng Abbasilər sülaləsini təmsil edir. Yaşıl rəng isə Fatimiləri tərənnüm edir. 2 ulduz şəkli Misir və Suriya xalqlarını özündə əks etdirir. Belə ki, Misir və Suriya vaxtilə Birləşmiş Ərəb Respublikasının tərkibini formalaşdırıblar. Ölçüsü 2:3 nisbətindədir.

Dünya bayraqları və onlar haqqında maraqlı faktlar (1)


Səudiyyə Ərəbistanı-1973-cü ilin mart ayının 15-də Səudiyyə Ərəbistanının dövlət bayrağı haqqında qanun qəbul edilib. İslamı tərənnüm edən yaşıl parçanın üzərində «La İlahe İllallah va Muhammadun Rasululallah» ifadəsi yazılıb. Ağ rəngdə olan əyri qılınc şəkli isə ölkənin əsasını qoyan Abdullah Əziz ibn Saudun qələbəsini tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.

Dünya bayraqları və onlar haqqında maraqlı faktlar (1)


Geri dön

Elya Alieva

  • 20 yanvar 2015 10:51
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
TESEKKURLER

--------------------
UREYIM...I MEN

_favorit_arkadas

  • 16 yanvar 2015 13:05
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
Selena HESENOVA
biraz... wink

--------------------

princessa_selin

  • 14 yanvar 2015 10:10
  • Məqalə: 98
  • Şərh: 1717
  • Bal:
{awards}

Şri-Lanka - Şri-Lankanın dövlət bayrağı haqqında qanun 1978-ci ildə qəbul edilib. Bayrağın üzərindəki əlində qılınc tutmuş şir yerli əhali olan seylonların əcdadlarının rəmzidir. 1951-ci ildə bayrağa müsəlman və tamil azlıqlarını müvafiq olaraq təmsil edən yaşıl və narıncı zolaqlar əlavə edilib. Qırmızı zolaq isə buddist çoxluğunu tərənnüm edir. 1972-ci ildə ökənin Seylon adı ləğv edilərək, Şri-Lanka olduqdan sonra müqəddəs buddist ağacı olan Paypulun ( əncir ağacı) 4 yarpağı bayrağın üzərinə həkk olundu. 4 yarpaq sevgini, şəfqəti, qarşılıqlı anlayışı və soyuqqanlılığı təmsil edir.

--------------------

Aylowka)))

  • 13 yanvar 2015 17:58
  • Məqalə: 265
  • Şərh: 2812
  • Bal:
{awards}
Maraqlı idi çox sağolun)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

•●Miňi Miňňacık•●

  • 13 yanvar 2015 16:14
  • Məqalə: 25
  • Şərh: 1024
  • Bal:
{awards}
Xəbərə görə çox sağolun...)

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 13 yanvar 2015 14:48
  • Məqalə: 127
  • Şərh: 3113
  • Bal:
{awards}
Suriyanın bayrağında illuminati varr laughing

--------------------

G♥S

  • 13 yanvar 2015 14:10
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Çox sağolun..!

--------------------

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 12 yanvar 2015 22:34
  • Məqalə: 694
  • Şərh: 18821
  • Bal:
{awards}
məlumata görə tşk..

ツDirectionerツ

  • 12 yanvar 2015 22:06
  • Məqalə: 69
  • Şərh: 2204
  • Bal:
{awards}
təşəkkürlərr ) çoxx bəyəndim)) bully love


--------------------



Louis Tomlinson♥

NIGAR

  • 12 yanvar 2015 20:52
  • Məqalə: 869
  • Şərh: 11164
  • Bal:
{awards}
MARAĞLI XƏBƏRDİR

--------------------
legend.az/user/imza/legend.az/user/imza/


_Nu Nu_

  • 12 yanvar 2015 20:46
  • Məqalə: 4
  • Şərh: 259
  • Bal:
{awards}
maraqlıdı təşəkkürlər feel

ツDirectionerツ

  • 12 yanvar 2015 20:42
  • Məqalə: 69
  • Şərh: 2204
  • Bal:
{awards}
maraqlı idi təşəkkürlərr))

--------------------



Louis Tomlinson♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 11
Qonaqlar: 58
Cəmi: 104

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 54
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 48
Cəmi: 869
 
Limon qoxusu
Xəbərləri: 46
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
aytc.sza
Xəbərləri: 20
Cəmi: 21
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}