Lütfəli Abdullayev

 
Lütfəli Abdullayev

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biridir.

Lütfəli Əmir oğlu Abdullayev 22 mart 1914-cü ildə Nuxa şəhərində (indiki Şəki) anadan olub.

Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və tərcümə olunmuş, təbdil edilmiş vodevillərdə oynayıb.

1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinifinin məşğələlərində iştirak etməyə başlamışdır.

Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuş, səsinin oxu ölçü-quruluşunu cilalayıb müəyyən qəlibə salmışdır.

Dərslərinin gedişatını müəyyən yönə salıb sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunda oynayıb.

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib.

Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçib. Burada Tulio ("Rəqs müəllimi", Lope de Veqa), Rəşid ("Kimdir müqəssir?", Georgi Mdivani), Tağı ("Köhnə dudman", Əbdürrəhim bəy Haqverdiyev), Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı), Nadir ("Çiçəklənən arzular", Məmmədhüseyin Təhmasib) rollarında çıxış edib.

İki ildən sonra o, Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə başlayıb.

1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyətə başlayıb.

Onun yaradıcılığını üç bölümə ayırmaq olar: klassik operettalarda oynadığı rollar; tərcümə əsərlərində ifa etdiyi səhnə surətləri; çağdaş bəstəkarların musiqili komediyalarında yaratdığı koloritli personajlar.

Klassik operettalardakı rollar siyahısına Üzeyir bəy Hacıbəyovun əsərlərində oynadığı Vəli və Soltan bəy ("Arşın mal alan"), Hambal, Cəfər və Məşədi İbad ("Məşədi İbad"), Zülfüqar bəy Hacıbəyovun əsərlərində ifa etdiyi Kəblə Heydər ("Evliykən subay"), Vəli və Sandro ("Aşıq Qərib"), Qulu ("Əlli yaşında cavan") obrazları daxildir.

Aktyorun milli və tərcümə klassik əsərlər əsasında müasir bəstəkarların musiqi bəstələdikləri komediyalardakı Kərim ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə və Niyazi), Qulaməli ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Trufaldino ("İki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə və Vasif Adıgözəlov ilə Ramiz Mustafayev), Baqqal ("Keçmişin məişət səhnələri", Mirzə Ələkbər Sabirin satirik şeirləri əsasında libretto müəllifi Soltan Dadaşov və bəstəkar Vasif Adıgözəlov) rollarını da buraya daxil etmək olar.

Tərcümə edilmiş musiqili komediyada oynadığı komik personajlar: Hamlet ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şoto Milorava), Avo ("Şirin arzular"), Çako ("Keto və Kote", Vladimir Dolidze). Aktyorun əlvan yaradıcılığında çağdaş sənətkarların yazdıqları musiqili komediyalarda oynadığı rollar çoxluq təşkil edir. Bunlardan əsasları Möhsün ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qoşun ("Toy kimindir?", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Qəhrəman ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Dursun və Kərim kişi ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Məhəmməd ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), və s.

Kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı "Arşın mal alan" filmində Vəli rolu olub.

Bu rola görə 1946-cı ildə Stalin mükafatına (sonralar "SSRİ Dövlət mükafatı" adlandı) layiq görülüb.

Lütfəli Abdullayev həmçinin "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefcilov) filmlərinə çəkilib.

Öz yaradıcılığında "Qaravəlli" oyun-tamaşa estetikasının "açıq yumor" üslubundan daha çox bəhrələnən Lütfəli Abdullayev tipik xarakterlər yaratmağa üstünlük verib.

Yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 24 may 1960-cı ildə xalq artisti fəxri adları ilə təltif olunub.

1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdu. Eyni zamanda o, Qırmızı Əmək Bayrağı orderni və medallarla təltif edilmişdi.

Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır. Bakıda adına küçə var.


Geri dön

nilayka

  • 8 may 2011 17:06
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
tewekkurler

--------------------

nilayka

  • 4 may 2011 23:06
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox sagol melumata gore.

--------------------

only-girl

  • 9 aprel 2011 18:04
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
TWkurler

--------------------

gul_93

  • 5 mart 2011 22:38
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
tewekkurler

STORM MEN

  • 14 avqust 2010 19:00
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Maraqlı məlumatdı.Xəbərə görə çox sağol.

--------------------

LOVE IS DEAD

  • 3 iyul 2010 09:55
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
KOPYALADIM TESHEKKURLER SONRA OXUYARAM

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

Mr_Unlimited

  • 3 iyul 2010 07:21
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
BUra bax. BUra bax.Ccox uzun daniwma. Yoldaw Merdazadenin emridi .Qurtardi )))
En cox yadda qalan ifadesidi menim ucun. coox gozel aktyordu.
her birinize fikirleriniz ucun minnetdaram

Ulya

  • 3 iyul 2010 06:12
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol melumata gore.

GuLLi

  • 3 iyul 2010 05:30
  • Məqalə: 19
  • Şərh: 496
  • Bal:
{awards}
Allah rehmet elesin bu aktyora coox sirin daniwigi var sirin gelir adama onun daniwigi

--------------------

Живи, как можешь, раз нельзя как хочется.

Dj_Tural

  • 3 iyul 2010 02:32
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
melumata gore tewekkurler

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

OK

  • 3 iyul 2010 00:54
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Maraqli melumatlara gore tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}