"Facebook" ailələrimizi, ailələrimiz də "Facebook"u "dağıdır"

 
"Facebook" ailələrimizi, ailələrimiz də "Facebook"u "dağıdır"


İranda “Sevgililər günü”nün qadağan olunması ilə bir vaxtda daha bir qadağa xəbəri okeanın o tayından gəldi; ABŞ prezidentinin həyat yoldaşı Mişel xanım qızlarına “Facebook” sosial şəbəkəsinə girməyi yasaqladığını açıqladı və qadağasının səbəbini dolayı yolla belə izah etdi ki, “Facebook” avaraxanadır, harda ərindən boşanan, arvadından yarımayan varsa, “Facebook”a cumur.

Bir üzünə baxanda Barak bəyin yoldaşı düz deyir, ancaq bu sözlərin Amerika kimi kifayət qədər sosiallaşmış cəmiyyət haqqında söylənilməsi adama inandırıcı görünmür. Bizim “Facebook” haqqında desəydi, haqlı görünərdi, bəlkə də. Bizdə bu sosial şəbəkə, doğrudan da, qarğabazarıdır və Mişel xanımın dediyi “harda ərindən boşanan, arvadından yarımayan varsa “Facebook”a cumur” iradı tamamilə yerindədir.

Məsələn, bizim “Facebook”da şəxsən tanıdığım və indiyəcən qadın üzü görmədiyinə əmin olduğum elə növcavanlar var ki, “Facebook”da hərəmxana saxlayır. Arvadlar ərlərinin, ərlər arvadlarının qorxusundan özlərinə başqa adlar qoyaraq bütün günü iş yerində, yaxud evdə naməhrəm adamlarla yazışırlar. Milli mentalitetimizin qəddarlığı ucbatından arvadların ərlərinə, ərlərin arvadlarına deməyə cürət eləmədiyi sözləri, fikirləri “Facebook”da başqalarının ərləri və arvadları ilə paylaşırlar.

Yəni məsələn, bizim arvad evdə mənim, “Facebook”da başqa kişinin arvadıdır, heç mən də ondan geri qalan bəndə deyiləm, hətta beş çömçə də yuxarıyam, ondan gizlin “Facebook”da, yalan olmasın, beş-altı dəfə evlənib boşanmışam, hətta bu virtual “nikahlardan” virtual-virtual uşaqlarımız da olub. Yazıq Mişel ana qızına qadağa qoymasın, neyləsin?

Bu gün real həyatda evlənmək istəyənlərin bir-birinə qoyduğu ilk şərt budur ki, öldüyümüz günə qədər “Facebook”a girdi yoxdur! Bundan qabaq atalar övladlarına ağıl verərdi ki, “Ey oğul, adəmi-bikar, xüşk olan bir odundur, layiqi-nar” (Seyid Əzim Şirvani), indi isə belə deyirlər, “Ey oğul, “Facebook”a girmə, “Facebook” əhlini evə gətirmə”. Cəmiyyətimizdə belə bir fikir tez-tez səslənir ki, “Facebook” bizim milli adət-ənənələr üzərində qurulan ailələri dağıdır və şadlıq sarayına, qır-qızıla, gəlin maşınına və s. ayın-oyuna çəkilən xərc hədərə gedir.

Hələ bunun bayramdan-bayrama bəy-gəlin evinə daşınan qıpqırmqzı xonçalarını-zadı qoyaq bir qırağa. Doğrudur, “Facebook” ailələrimizi dağıdar, razıyam, ancaq yerində başqa ailələri də qurur. Sadəcə, “Facebook”da qurulan ailələrdə ağsaqqal sözünün, ağbirçək məsləhətinin, baldız hikkəsinin, qayın zəhminin çürük qoz qədər də qiyməti olmadığına görə, milli mentalitetimiz bu ailələri məkruh buyurur.

Milli müsəlman təfəkkürümüzdə elmi-texniki tərəqqi məhsulları həmişə şeytan əməli kimi qiymətləndirildiyindən, bu avadanlıqları – televizor, audio, videomaqnitofon və s. – bizə çox vaxt xalq arasında avara, bivec kimi ad çıxarmış adamlar vasitəsilə ayaq aça bilir. Xüsusilə kənd yerlərinə ilk televizoru, velosipedi, mobil telefonu aparanlar kəndlərdə məsciddən qovulan, heç kimin qız vermədiyi, gecələr evdə yox, çardaqda yatan, Hüqonun sözləriylə desək, milli qamenlər olur. Məsələn, XX əsrin sonu olmasına baxmayaraq, bizim kənddə cəmi iki televizor var idi; ikisi də kənddə içki düşkünü kimi tanınan, haqlarında ağlagəlməz yava söhbətlər gedən iki yalqız adamın evində.

Kənddə şarlatan hesab olunduqları üçün heç kim bu adamlara qonaq getmir, heç kim də onları evində qonaq görmək istəmirdi. Hər ikisi subay həyatı yaşayırdı, çünki elçi düşdükləri qızların valideynləri onların adını eşidən kimi əlinə yaba götürüb elçiləri həyətdən qovmuşdu. Televizor, bir növ, onların həyat yoldaşı idi, televizorla yatıb, televizorla dururdular. Həyatda yeganə ünsiyyət saxladıqları varlıq televizorları idi. Onlardan biri öldü və biz uşaqların ilk işi onun sovxaya qalmış televizorunu kəndin ortasına sürüyüb daşlamaq oldu. Və bu televizorun taxta qutusunda sonralar kənd arvadları kürt düşmüş toyuq, hinduşka, qaz basdırmağa başladılar. Ekran yerindənki dördkünc oyuqdan siyasətçilərin, elm adamlarının, sənətçilərin, təbiət mənzərələrinin əvəzinə, kürt qaz, toyuq boylandı, qaqqıldadı.

“Facebook” da təzə-təzə açılanda bu cür tənha, cəmiyyətlə ünsiyyət qura bilməyən adamların sığınacaq yeriydi. Çox keçməmiş həqiqi avaralar, heç bir ünsiyyət problemi olmayanlar, əksinə, öz ünsiyyətcillikləri ilə hamının baş-beynini aparmış, Mişel bacı demiş, ərindən boşanan, arvadından yarımayanlar buranı da zəbt etdi. Yenə xalq demokratiyası sokratları ölümə məhkum elədi.

İndi bir də görürsən biri igid oğlan millətə üz tutub “Facebook”da yazır: “Şalvarımın bir qıçını ütüləmişəm, o biri qıçını nə edim?” və özü ağılda olan başqaları bunu günlərlə müzakirə edir. Yaxud bir qız car çəkir: “Bu axşam kədərliyəm” Pah! It yiyəsini tanımır, bir qarğabazarı yaranır ki, gəl görəsən. Düzdür, insanların danışmaq haqlarını əllərindən almaq olmaz. Ona görə də məcbursan özün susasan.

Məcbursan, Mişel Obama kimi, öz qızlarını susdurasan...


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 17:48
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
coxx saqolun yazan elleriviz var olsun....

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

::..ONSLAUGHT::..

  • 26 fevral 2011 19:57
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
xebere gore twk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Lexikon

  • 25 fevral 2011 17:54
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
xebere gore twk

Made_In_Bakinka

  • 24 fevral 2011 23:52
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
tskler melumat ucun smile

,,kepenek,,

  • 24 fevral 2011 23:49
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
hmm belay

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

Asya

  • 24 fevral 2011 23:42
  • Məqalə: 0
  • Şərh: 49
  • Bal:
{awards}
Cant_Breathe,
Düzdü

sevgim

  • 24 fevral 2011 23:16
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
hammi o fikirle girmir ki ora

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

Ulya

  • 24 fevral 2011 22:51
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
fellow tesekur xeber ucun

Cant_Breathe

  • 24 fevral 2011 22:21
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Maraqli xeber idi. Amma bele avaralar her yerde var. Tekce facebookda yox.

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 64
Cəmi: 92

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}