Əməlisaleh övladın faydaları

 
Əməlisaleh övladın faydaları

Əməlisaleh övladın faydaları

Övladların hüquqları və valideynlərin onlara qarşı məhəbbət göstərmələrinin ilahi bir vəzifə olması, bütün ata-anaların bu vəzifəni layiqli surətdə yerinə yetirməyə borclu olmalarından əlavə fitri cəhətdən də bütün valideynlər öz övladlarının layiqli və sağlam olmalarını istəyir, öz övladlarını ədəbli görməklə xoşhal olur, sevinir, fərəhlənir, onların varlığını öz xoşbəxtlikləri hesab edirlər. Əksər hallarda öz övladları ilə o qədər mehriban və gözəl rəftar edirlər ki, hətta öz varlıqlarını belə xətərə salırlar. Bir müddət bundan əvvəl Fransada baş verən yanğın hadisəsində bir leylək öz balalarını xilas edə bilmədiyi üçün son anlara qədər balalarının yanından uçub getmədi və yanıb külə döndü. Həmçinin, 1875-ci ildə alman-fransız müharibəsində almanların atdıqları top mərmisi fransızların sursat anbarına dəydi, amma top mərmisinin partlaması yumurtalarının üstündə yatan ana göyərçini yerindən tərpədə bilmədi. Ata-analar fitri və dini göstərişlər əsasında müxtəlif hallarda övladlarının çoxlu müşküllərinə dözürlər. Allah da bu fədakarlıqların və zəhmətlərin müqabilində onlara dünya və axirət xeyri əta edir.

Övladın dünyadakı xeyri

Qurani məciddən və Məsum rəhbərlərin kəlamlarından məlum olur ki, övladlar dünyada valideynlərin xoşbəxt və xatirlərinin aram olma səbəbi olmaqla yanaşı, onların qüdrətli qolları, zinətləri və aramlıq səbəbi sayılır. İndi sizin diqqətinizi bu dəlillərin bir qisminə yönəldirik. Allah taala buyurur: "Mal-dövlət və övlad dünya həyatının zinətləridir.”
Yəni bu dünyada insanların həyatının zinəti və sərmayəsi iki şey əsasındadır: mal-dövlət və övlad. Bu ayənin övlad və mal-dövlət üçün yaranan qüruru sındırmaq üçün nazil olmasına baxmayaraq, bu həqiqəti də qəbul edir ki, onlar dünya zinətləridir. İmam Səccad (əleyhissalam) buyurur: "İnsanın səadətlərindən, xoşbəxtliyindən biri budur ki, özünə kömək edəcək bir övladı olsun.” Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Dünyanın zinəti üç şeydir: mal-dövlət, övlad və qadın.”
İmam Sadiq (əleyhissalam) övladın və həyat yoldaşının ruzinin artmasında olan rolu barədə buyurur: "Övlad və həyat yoldaşı (zövcə) ruzinin artması səbəbidir.” İmam Həsən Əsgəri (əleyhissalam) buyurur: "Övlad necə də gözəl köməkçi, arxadır! Həqiqətən zəlil o kəsdir ki, onun övladı olmasın.” İmam Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: Diqqət yetirdiyiniz kimi, övladların dünyadakı rolları həddindən artıq çoxdur və övladı olmayan insan acı, zillətli həyatla qarşılaşır. Tarix boyu dünyanın müxtəlif xalqları qüdrət və səltənət əldə etmək, azadlıq və heysiyyətlərini müdafiə etmək üçün həmişə övlada ehtiyac duymuşlar və indinin özündə də bu ehtiyac duyulmaqdadır. Amma bu ilahi nemətlərdən mənfi istiqamətdə istifadə edilməməli, qürur və təkəbbür onları insaniyyətdən uzaqlaşdırmamalı, başqalarının hüquqlarına təcavüz etmələrinə səbəb olmamalıdır.


Geri dön

Elya Alieva

  • 17 yanvar 2015 17:35
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
ALLAH RAZI OLSUN

TESEKKURLER

--------------------
UREYIM...I MEN

•●Miňi Miňňacık•●

  • 14 yanvar 2015 13:39
  • Məqalə: 25
  • Şərh: 1034
  • Bal:
{awards}
Allah razi olsun...!

--------------------

princessa_selin

  • 14 yanvar 2015 09:08
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
suppik meqale

--------------------

sessiz deniz

  • 13 yanvar 2015 21:36
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnnnn

ツDirectionerツ

  • 13 yanvar 2015 20:11
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN


--------------------



Louis Tomlinson♥

G♥S

  • 13 yanvar 2015 18:48
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Allah razi olsun..!

--------------------

Pıtırcık

  • 13 yanvar 2015 17:44
  • Məqalə: 386
  • Şərh: 9518
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

Aylowka)))

  • 13 yanvar 2015 17:43
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Allah razi olsun...
Rebbim cumlemizi xeyirli ovlad etsin valideynlerimize qarwi)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 31
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}