Qeybət

 
Qeybət

Qeybətin lüğəti mənası "iştirakı olmadan kiminsə (və ya kimlərinsə) ünvanına xoşagəlməz sözlər demək"dir. Şəri termin olaraq isə "qeybət” – müsəlmanın öz müsəlman bacı-qardaşının iştirakı olmadan onun eyib və nöqsanları haqda danışmasından ibarətdir. Belə ki, əgər həmin səxs onun haqda deyilən sözləri eşitsə, inciyib narahat olar. Eyib və nöqsan deyildikdə istər əxlaqi, istər cismi, istərsə də məişət çatışmazlıqları və s. nəzərdə tutulur.
Peyğəmbər (s.a.s) bu haqda buyurur:"Əgər həmin eyib və nöqsan onda olarsa və onu başqalarına deyəriksə qeybət, əks təqdirdə isə ona töhmət vurmuş olarıq”.

Qeyd etməliyik ki, qeybəti olunan şəxs mömin və müsəlman olsa, onda haram olar. Haqqında danışılan şəxsin kimliyi bəlli olmadıqda isə deyilən sözlər qeybət hesab olunmur.

Qeybətin haram və böyük günahlardan biri olduğunun təsdiqi haqqında bir çox Quran ayələrinə və hədislərə istinad etmək olar. Allah Təala Qurani-Kərimdə buyurur:

"...Bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu, sizdə ikrah oyadar (qeybət də belədir)...”



Göründüyü kimi, ayədə müsəlmanın qeybəti onun qətlə yetirilməsinə və qeybət edən şəxsin onun ətini yeməsinə bənzədilir. Bu da günahın böyüklüyünə dəlalət edir. Günahsız bir şəxsin qətlə yetirilməsi haram olduğu kimi, onun qeybətini etmək də bir o qədər haram və böyük günahlardandır. Qan tökülməklə bir şəxs qətlə yetirildiyi və onu bir daha həyata qaytarmaq qeyri-mümkün olduğu kimi, qeybəti olunan şəxsin də haqqında xoşagəlməz sözlər deməklə onun şəxsiyyətinə xələl gəlir və mənəviyyatının qorunması qeyri-mümkün olur. Müsəlmanların qanı, canı və malı toxunulmaz olduğu kimi, onların şəxsiyyət və mənəviyyatı da qorunmalı və onlara qarşı hörmətsizliklərə yol verilməməlidir.

Peyğəmbər (s.a.s) buyurur:
"Müsəlmanın canı (qanı), malı və şəxsiyyəti müsəlmana haramdır”.

Hz.Əli (ə.s) buyurur:

"Qeybət etməkdən çəkinin! Çünki o, cəhənnəm itlərinin yeməyidir”.

Peyğəmbər (s.a.s) buyurur: "Dünyada qardaşının ətini yeyən şəxsləri (qeybət edənləri) qiyamət günü onun (qeybəti olunanın) yanına aparıb belə əmr edərlər: "Diri olduğu halda ətini yediyin kimi, indi də onun ölmüş cəsədinin ətini ye!" O da məcbur olub fəryad çəkərək ölmüş qardaşının ətini yeyər. Merac gecəsi səmaya qalxdığım zaman üz-gözlərini dırnaqları ilə cıran bir dəstə insanla qarşılaşdım. Cəbraildən (ə.s) onların kim olduğunu soruşdum. Dedi: "Onlar camaatın qeybətini edən və abır-həyalarına xələl gətirən kəslərdir”.


Ariflərdən birinə: "Filankəs sənin qeybətini etdi” dedikdə, gülümsəyib həmin şəxsin evinə bir qutu şirni aparmalarını və ona belə bir xəbər çatdırmalarını istəyir: "Eşitdim öz xeyirli işlərinin bir qismini mənim əməl dəftərimə göndərmisən. Bunun üçün sənə öz təşəkkürümü bildirib, bu şirni qutusunu sənə hədiyyə göndərirəm”.

Qeybət etmək böyük günahlardan sayıldığı və qeybət edən şəxs Allahın qəzəbinə gəldiyi kimi, qeybətə qulaq asmaq da haram və böyük günahlardan hesab olunur.


Peyğəmbər (s.a.s) bu haqda buyurur:

"Qeybətə qulaq asan şəxs qeybət edən kimidir"


Geri dön

Elya Alieva

  • 17 yanvar 2015 17:17
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
ALLAH RAZI OLSUN GOZEL MEQELEDIR Ve DUZCUN MEQELEDIR HEQIQETEN ALLAH QUR'ANDA BURUYUB BIR MUSELLMAN BASKA MUSELLMANIN QEYBETINI EDERSE MOMIN QARDASININ ETINI YEMIS KIMIDIR ISLAMDADA INSAN ETI YEMEY HARAMDIR ONCUN BASARAQ QEYBETDEN KECINEY NE QEYBET ELEMIYEQ NEDEKI QEYBET EDILEN YERDE DURMUYAQ QEYBET ETMEYE IMKAN VERMIYEQ

--------------------
UREYIM...I MEN

princessa_selin

  • 14 yanvar 2015 09:13
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Qeybətin lüğəti mənası "iştirakı olmadan kiminsə (və ya kimlərinsə) ünvanına xoşagəlməz sözlər demək"dir. Şəri termin olaraq isə "qeybət” – müsəlmanın öz müsəlman bacı-qardaşının iştirakı olmadan onun eyib və nöqsanları haqda danışmasından ibarətdir. Belə ki, əgər həmin səxs onun haqda deyilən sözləri eşitsə, inciyib narahat olar. Eyib və nöqsan deyildikdə istər əxlaqi, istər cismi, istərsə də məişət çatışmazlıqları və s. nəzərdə tutulur.
Peyğəmbər (s.a.s) bu haqda buyurur:"Əgər həmin eyib və nöqsan onda olarsa və onu başqalarına deyəriksə qeybət, əks təqdirdə isə ona töhmət vurmuş olarıq”.

Qeyd etməliyik ki, qeybəti olunan şəxs mömin və müsəlman olsa, onda haram olar. Haqqında danışılan şəxsin kimliyi bəlli olmadıqda isə deyilən sözlər qeybət hesab olunmur.

Qeybətin haram və böyük günahlardan biri olduğunun təsdiqi haqqında bir çox Quran ayələrinə və hədislərə istinad etmək olar. Allah Təala Qurani-Kərimdə buyurur:

"...Bir-birinizin qeybətini etməyin! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu, sizdə ikrah oyadar (qeybət də belədir)...”



Göründüyü kimi, ayədə müsəlmanın qeybəti onun qətlə yetirilməsinə və qeybət edən şəxsin onun ətini yeməsinə bənzədilir. Bu da günahın böyüklüyünə dəlalət edir. Günahsız bir şəxsin qətlə yetirilməsi haram olduğu kimi, onun qeybətini etmək də bir o qədər haram və böyük günahlardandır. Qan tökülməklə bir şəxs qətlə yetirildiyi və onu bir daha həyata qaytarmaq qeyri-mümkün olduğu kimi, qeybəti olunan şəxsin də haqqında xoşagəlməz sözlər deməklə onun şəxsiyyətinə xələl gəlir və mənəviyyatının qorunması qeyri-mümkün olur. Müsəlmanların qanı, canı və malı toxunulmaz olduğu kimi, onların şəxsiyyət və mənəviyyatı da qorunmalı və onlara qarşı hörmətsizliklərə yol verilməməlidir.
Peyğəmbər (s.a.s) buyurur: "Müsəlmanın canı (qanı), malı və şəxsiyyəti müsəlmana haramdır”.

Hz.Əli (ə.s) buyurur:

"Qeybət etməkdən çəkinin! Çünki o, cəhənnəm itlərinin yeməyidir”.

Peyğəmbər (s.a.s) buyurur: "Dünyada qardaşının ətini yeyən şəxsləri (qeybət edənləri) qiyamət günü onun (qeybəti olunanın) yanına aparıb belə əmr edərlər: "Diri olduğu halda ətini yediyin kimi, indi də onun ölmüş cəsədinin ətini ye!" O da məcbur olub fəryad çəkərək ölmüş qardaşının ətini yeyər. Merac gecəsi səmaya qalxdığım zaman üz-gözlərini dırnaqları ilə cıran bir dəstə insanla qarşılaşdım. Cəbraildən (ə.s) onların kim olduğunu soruşdum. Dedi: "Onlar camaatın qeybətini edən və abır-həyalarına xələl gətirən kəslərdir”.


Ariflərdən birinə: "Filankəs sənin qeybətini etdi” dedikdə, gülümsəyib həmin şəxsin evinə bir qutu şirni aparmalarını və ona belə bir xəbər çatdırmalarını istəyir: "Eşitdim öz xeyirli işlərinin bir qismini mənim əməl dəftərimə göndərmisən. Bunun üçün sənə öz təşəkkürümü bildirib, bu şirni qutusunu sənə hədiyyə göndərirəm”.

--------------------

sessiz deniz

  • 13 yanvar 2015 21:39
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
Allah razi olsunnnnnnnnn

Aylowka)))

  • 13 yanvar 2015 17:49
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Rebbim cumlemizi qeybetden cekindirsin ..
Allah razi olsun..

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

Allahi_Unutma

  • 13 yanvar 2015 17:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Peyğəmbər (s.a.s) bu haqda buyurur:

"Qeybətə qulaq asan şəxs qeybət edən kimidir"

Bakin ka

  • 13 yanvar 2015 17:07
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
Müqqeddes Kitabimiz

♔๑.Şaнzadəм.๑♔

  • 13 yanvar 2015 14:23
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}

Hz.Əli (ə.s) buyurur:

"Qeybət etməkdən çəkinin! Çünki o, cəhənnəm itlərinin yeməyidir”

Çalışaq qeybətdən uzaq olaq!
Allah razı olsun!

--------------------

G♥S

  • 13 yanvar 2015 14:03
  • Məqalə: 204
  • Şərh: 4097
  • Bal:
{awards}
Qeybet heqiqetende coxx gunahdi..Meqaleniz coxx gozeldi Allah razi olsun..!

--------------------

Pıtırcık

  • 13 yanvar 2015 13:39
  • Məqalə: 455
  • Şərh: 9618
  • Bal:
{awards}
ALLAH RAZI OLSUUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

•●Miňi Miňňacık•●

  • 13 yanvar 2015 13:33
  • Məqalə: 25
  • Şərh: 1034
  • Bal:
{awards}
İlk werh menden...)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}