Çubuqla yeməyin faydaları

 
Çubuqla yeməyin faydaları


Uzaq keçmişdən indiyədək müasir dövrümüzdə belə, Şərqdə, əsasən də Çin və Yaponiyada yemək yeyərkən çubuqlardan istifadə edirlər.

Onların özlərinin dediklərinə görə, yemək yeyərkən çubuqlardan istifadə etmək olduqca rahatdır. Digər tərəfdən səyyahların, zəvvarların, yolçuların özləri ilə yemək üçün ləvazimat gəzdirməsinə ehtiyac qalmır. Yemək üçün çubuqları istənilən ağac budağından hazırlamaq mümkündür.


Çin və yapon xalqlarına görə, çubuqlarla yeməyin müsbət və xeyirli tərəfləri çoxdur. Belə ki, yemək yeyərkən çubuqlardan istifadə edərkən, yeməyi az-az götürmək olur. Gigiyenik baxımdan – barmaqlar yeməyə toxunmur. Digər xeyirli tərəfi – sağlamlıqdır.

Qədim Çin həkimləri bunu belə izah edirdilər: yemək zamanı çubuqlardan istifadə edərkən əllərdə həyat üçün vacib olan 40-a yaxın nöqtələr masaj olunur. Yapon həkimləri isə əmin edirlər ki, çubuqlarla yeməyə başlayan uşaqlar qaşıqla yeməyə başlayan uşaqlara nisbətən daha tez böyüyürlər və daha sağlam olurlar.

Şərq aləmində bu çubuqlar simvolik əhəmiyyət də daşıyır. Belə ki, yeni ailə quranlara bu çubuqlardan hədiyyə edirlər. Bu da Şərq inanclarına görə, yeni qurulan ailələrdə həmrəyliyi, ayrılmazlığı simvolizə edir.

Çin və Yaponiyada yeni doğulmuş körpələrə üç-dörd aylıq olarkən, daha dəqiq desək, körpə ilk dəfə düyü yeməyi yeyərkən çubuqlardan istifadə edilir və körpənin valideynlərinə bu çubuqlardan hədiyyə edilir.


Yemək üçün çubuqlar, əsasən hansı materiallardan düzəldilir? Qədim dövrlərdə çubuqlar adətən, ağacdan hazırlanırdı, daha sonralar bunu həm də sümük əvəz etdi. Çubuq Çin və Yaponiya milli yeməkxanalarının ayrılmaz hissəsinə çevrilmişdir və qaşıq-çəngəl əvəzi çubuqlar qoyulur.


Geri dön

Elya Alieva

  • 20 yanvar 2015 01:12
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
TESEKKURLER

--------------------
UREYIM...I MEN

♔๑.Şaнzadəм.๑♔

  • 14 yanvar 2015 22:04
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Maraqlıdır. Çoxunu bilmirdim

--------------------

G♥S

  • 14 yanvar 2015 13:45
  • Məqalə: 204
  • Şərh: 4097
  • Bal:
{awards}
Hmmm coxx sagolun maraqli idi..)

--------------------

•●Miňi Miňňacık•●

  • 14 yanvar 2015 13:23
  • Məqalə: 25
  • Şərh: 1034
  • Bal:
{awards}
Xebere gore cox sagolun...)

--------------------

Pıtırcık

  • 14 yanvar 2015 12:00
  • Məqalə: 455
  • Şərh: 9618
  • Bal:
{awards}
MARAĞLIDIR no

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

Aylowka)))

  • 14 yanvar 2015 11:39
  • Məqalə: 265
  • Şərh: 2841
  • Bal:
{awards}
Maraqli xeberdi cox sagolun)))

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

princessa_selin

  • 14 yanvar 2015 08:51
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Şərq aləmində bu çubuqlar simvolik əhəmiyyət də daşıyır. Belə ki, yeni ailə quranlara bu çubuqlardan hədiyyə edirlər. Bu da Şərq inanclarına görə, yeni qurulan ailələrdə həmrəyliyi, ayrılmazlığı simvolizə edir.

Çin və Yaponiyada yeni doğulmuş körpələrə üç-dörd aylıq olarkən, daha dəqiq desək, körpə ilk dəfə düyü yeməyi yeyərkən çubuqlardan istifadə edilir və körpənin valideynlərinə bu çubuqlardan hədiyyə edilir.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 62
Cəmi: 82

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}