Ölkələr haqqında məlumatlar - Fransa (1)

 
Ölkələr haqqında məlumatlar - Fransa (1)


Fransa Respublikası (fransızca:République Française) yaxud qısaca Fransa - Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə qonşu olan Qərbi Avropada ölkəsi.

Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Türkiyədən sonra Avropanın ən böyük 3-cü ölkəsidir.
Fransa həm coğrafi, həm də təbii şəraitinin müxtəlifliyinə görə fərqlənir. Fransanın geniş dəniz sərhədləri və Avropanın ən iri nəqliyyat magistralı Reyn çayının onun ərazisində axması, ölkənin iqtisadi əlaqələrinin inkişafında olduqca əlverişli şərait yaratmışdır. Faydalı qazıntılarla, xüsusilə yanacaq resursları ilə kasad olmasına baxmayaraq (uran istisna olmaqla), Fransa zəngin hidroenerji sərvətlərinə (Alp və Prineydə), məhsuldar torpaqlara, mülayim və subtropik iqlimə malikdir.

Keçmiş müstəmləkə imperiyası olmuş, bir vaxtlar iqtisadi gücünə görə dünyada Böyük Britaniyadan sonra II yeri tutan Fransa indi bir sıra göstəricilərinə görə, xüsusilə sənaye istehsalının ümumi həcminə görə, ABŞ, Yaponiya və Almaniyadan xeyli geridə qalır.

Fransanın təsərrüfatının ərazi strukturu əsasən XIX əsrdə sənaye çevrilişindən sonra formalaşmışdır. Bu dövrdə əlverişli coğrafi mövqeyinə görə və mineral ehtiyatlarına (xüsusilə dəmir filiz və kömür) malik olan şimal və şərq rayonları daha sürətlə inkişaf etmişdir. Nəticədə ölkənin sənayesi getdikcə daha çox bu rayonlarda təmərküzləşmişdir. İndi də Fransanın 60%-dən çoxu və sənaye məhsulları istehsalının 75%-ə qədəri Havr-Marsel xəttindən şərqdə yerləşir. Ən iri sənaye mərkəzləri Paris, Marsel, Havr, Dünkerk, Lill, Strasburq, Lion, Bordo, Nant, Tuluzadır.

Paris ölkənin paytaxtı olmaqla yanaşı, həm də onun ən mühüm iqtisadi mərkəzidir. Fransanın sənaye məhsullarının 30%-i Paris şəhərində təmərküzləşmişdir. Burada emaledici sənayenin (avtomobilqayırma, təyyarəqayırma, kimya sənayesi və s) 100-ə qədər iri müəssisəsi, başlıca olaraq ən müassir elmtutumlu sahələr yerləşir.

İstehsalın ənənəvi yerləşdirmə xüsusiyyətləri ilə yanaşı yeni amillər meydana gəlmişdir. Sənayenin yeni sahələrinin (neft-kimya, neft emalı) sürətli inkişafı, eləcə də köhnə sahələrin (qarametallurgiya və s.) idxal xammala keçməsi dənizsahili rayonların təsərrüfat potensialının güclənməsinə səbəb olmuşdur.

Fransanın təsərrüfatında aqrar bölmənin İngiltərə və Almaniyaya nisbətən mühüm əhəmiyyəti var. Kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir. Ət, süd məhsulları istehsalına, buğda, şəkər çuğunduru yığımına görə Fransa Qərbi Avropada 1-ci yeri, üzüm yığımına və şərab istehsalına görə isə dünyada ilk yerlərdən birini tutur. Fransa kənd təsərrüfatı məhsullarının iri istehsalçısı olmaqla yanaşı, həm də onun iri ixracatçısıdır.


Geri dön

Elya Alieva

  • 19 yanvar 2015 22:33
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
TESEKKURLER

--------------------
UREYIM...I MEN

NIGAR

  • 19 yanvar 2015 20:22
  • Məqalə: 633
  • Şərh: 10051
  • Bal:
{awards}
no XƏBƏRƏ GÖRƏ SAĞ OLUN

--------------------
legend.az/user/imza/

ツDirectionerツ

  • 18 yanvar 2015 13:47
  • Məqalə: 69
  • Şərh: 2204
  • Bal:
{awards}
Təşəkkürlərr)) çoxx bəyəndimm) bully

--------------------



Louis Tomlinson♥

•●Miňi Miňňacık•●

  • 18 yanvar 2015 13:46
  • Məqalə: 25
  • Şərh: 1024
  • Bal:
{awards}
Xəbərə görə çox sağolun...)

--------------------

G♥S

  • 18 yanvar 2015 11:40
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Çox sağolun..!

--------------------

_Nu Nu_

  • 17 yanvar 2015 23:35
  • Məqalə: 4
  • Şərh: 259
  • Bal:
{awards}
Fransa Respublikası (fransızca:République Française) yaxud qısaca Fransa - Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə qonşu olan Qərbi Avropada ölkəsi.

princessa_selin

  • 17 yanvar 2015 21:17
  • Məqalə: 98
  • Şərh: 1717
  • Bal:
{awards}
Fransanın təsərrüfatında aqrar bölmənin İngiltərə və Almaniyaya nisbətən mühüm əhəmiyyəti var. Kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir. Ət, süd məhsulları istehsalına, buğda, şəkər çuğunduru yığımına görə Fransa Qərbi Avropada 1-ci yeri, üzüm yığımına və şərab istehsalına görə isə dünyada ilk yerlərdən birini tutur. Fransa kənd təsərrüfatı məhsullarının iri istehsalçısı olmaqla yanaşı, həm də onun iri ixracatçısıdır.

--------------------

_favorit_arkadas

  • 17 yanvar 2015 21:15
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
{awards}
Şərhləriniz maraqlıdır buyurun...

--------------------

Elya Alieva

  • 17 yanvar 2015 20:53
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
MaRAQLıYDı tşk

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 51
Cəmi: 79

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 143
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}