Ölkələr haqqında məlumatlar - Fransa (3)

 
Ölkələr haqqında məlumatlar - Fransa (3)



Paytaxt Paris

Fransa Respublikasının paytaxtı, ölkənin mühüm iqtisadi, mədəni və inzibati mərkəzidir. Fransanın şimalında, İl-de-Frans əyalətində, Sena çayı sahilində yerləşir.
Paris böyük beynəlxalq əhəmiyyətə malikdir. Burada UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Beynəlxalq Ticarət Palatasının mənzil qərargahları yerləşir.

Coğrafiyası

Şəhər Paris hövzəsinin mərkəzində, təxminən dəniz səviyyəsindən 65 m hündürlükdə yerləşmişdir. Parisin yaşayış məhəllələri 36 km-lik dairəvi yolla əhatələnmişdir. Parisin ərazisinə həmçinin şəhərdən qərbdə yerləşən Bulon və şərqdə yerləşən Vensen meşələri də aiddirlər. Şəhərin sahəsi 87 кm², adı çəkilən meşə zolaqları ilə birlikdə 105 кm²-dir.
Körpülərin birində "Paris Meridianı" həkk olunmuş tunc medalyon
Fransız xəritələrində uzun müddət Paris meridianı 0 meridian kimi göstərilmişdir. Parisin körpülərində, piyada zolaqlarında, binaların üzərində Paris meridianı həkk olunmuş tunc medalyonlara rast gəlmək olar.

İqlimi


Paris süst klimatik zonada yerləşir. Orta illik temperatur 10,9 °C, orta illik yağıntı – 585 mm-dir. Parisin mikro iqlimi az rütubətli, gündüzləri az işıqlı, gecələri isə nisbətən işıqlıdır. Ən yüksək temperatur 39,3 °C 12 avqust 2003-cü ildə, ən aşağı temperatur −25,6 °C 10 dekabr 1878-ci ildə, 24 saat ərzində ən dəyişkən temperatur (+12 °C-dən −10 °C-dək) 31 dekabr 1978-ci ildə, ən güclü külək isə (169 km/saat) 1999-cu ilin dekabrında qeydə alınmışdır.

Hidroqrafiya

Kiçik adalara malik Sena çayı Paris şəhərinin yaranmasında və inkişafında mühüm rol oynamışdır. Adalar içərisində ən əhəmiyyətlisi Parisin beşiyi sayılan hələ antik dövrdə məskunlaşmış Site adası sayılır. Notr-Dam de Pari, Sent-Şapel, Konserjeri kimi tarixi abidələr məhz burada yerləşir.
Ənənvi olaraq şəhər sağ sahilə (Biznes və ticarət hissəsi) və sol sahilə (mədəni maarif hissəsi) bölünür.

Tarixi
Lütesiyanın planı

Şəhərin əsası (qədim adı Lütesiya) e.ə. III əsrin ortalarında Kelt mənşəli parisi tayfaları tərəfindən indiki Site adasında qoyulmuşdur. Məhz şəhərin müasir adı parisilərin adından götürülmüşdür. Lütesiya haqqında ilkin yazılı məlumata e.ə. 53-cü ildə Yuli Sezarın Qall müharibəsi haqqında 6-cı kitabında rast gəlinir.
e.ə. 53-cü ildə romalılar birinci müvvəffəqiyyətsiz cəhtdən sonra ikinci dəfə şəhərə yaxınlaşmaq istərkən, parisilər Luteçiya şəhərinə oda vuraraq körpüləri məhv etmişlər. Romalılar adanı parisilərə saxlayaraq Sena çayının sol sahilində yeni şəhər salmışlar. Roma imperiyası zamanında şəhər bir o qədər də əhəmiyyətə malik olmamışdır.
Orta əsrlərdə
Parisin planı, 1223-cü il


Romalıların hökmranlığı 508-ci ildə franklıların gəlişindən sonra süqut etdi. Filipp II Avqustun hakimiyyəti illərində şəhərin müdahiəsi möhkımləndirilmiş: 1190-cı ildə sağ sahil, 1210-cu ildə sol sahil boyu qala divarları, şəhərinh qərb hissəsidə isə Luvr qəsiri tikilmişdir.
XI əsrdən başlayaraq Paris Avropanın mədəni-maarif və dini mərkəzinə cevrilməyə başlayır. XIII əsrdən etibarən sol sahil boyu soralar Strabon universitetinin yaranmasında mühüm rol oynamış coxlu kolleclər acılır.
XIV əsrdə Böyük bulvar deyilən yerdə, sol sahil boyu yeni qala divarları tikilir.

Yeni tarix

XIV Lüdovikin zamanında kral iqamətgahı Versala köçürülür. Buna baxmayaraq Parisin artan iqtisadi potensialı və əhalisi onu siyasi mərkəz olaraq daha da aktuallaşdırır. 1844-cü ildə indiki dairəvi yol boyu sayca üçüncü qala divari tikilərək şəhərətrafı 16 girişli qala divarlarının uzunluğu 36 km-ə çatdırılır.
Bastiliyanın alınması

XIX əsrdə 21 beynəlxalq sərginin beşi Parisdə keçirilir ki, bu da şəhərin mədəni siyasi həyatına çox müsbət təsirini göstərir.
Eyfel qülləsi Ümumdünya sərgisi münasibətilə 1889-cu ildə tikilmişdir.
Almanlar tərəfindən Parisin işğalı, fəhlələrdən, xırda sənətkarlardan və burjuaziyadan ibarət Paris Kommunası Fransa imperiyasını süquta yetirir.
İkinci Dünya müharibəsində şəhər faşist Almaniyası tərəfindən işğal edilir və işğal 1944-cü ilə kimi davam edir.
1968-ci ildə Paris kütləvi ixtişaşlar meydanına çevrilir ki, bu da hakimiyyət dəyişikliyi ilə nəticələnir.

Əhalisi


Paris Fransanın ən six əhali yaşayan şəhəridir. İl de Frans əyalətinin əhalisinin 19,3%-i, Fransa əhalisinin 3,6%-i Parisdə yaşayır. Əhalinin orta sıxlığı 20 433 nəfər/кm²-dir. Hal azırda Parisdə 310 000 immiqrant yaşayır ki, bu da şəhərin əhalisinin 14,5%-ni təşkil edir. İmmiqrantların əksəriyyətini Portuqaliya, Əlcəzair, Mərakeş, Avropa və Afrika olkələrindən olan gəlmələr təşkil edir.

İnzibati bölgüsü

Parisin 20 bələdiyə dairəsi
Şəhər iki aqlomerasiyadan: intra-muros – "divar içi" və Grand Paris – "Böyük Paris"dən ibarətdir.
Paris 20 bələdiyə dairəsinə (fr. arrondissements; [aʀɔ̃dismɑ̃]) bölünür. Hər bir dairə dörd məhəlləni (fr. quartiers) əhatə edir. Beləliklə Paris 80 məhəllədən ibarətdir. Hər bir məhəllə öz polis şöbəsinə malikdir.

Qardaşlaşmış şəhər

İtaliya, Roma (1956). Məşhur deyimə görə: fr. Seule Paris est digne de Rome; seule Rome est digne de Paris / it. Solo Parigi è degna di Roma; Solo Roma è degna di Parigi / "Yalnız Paris Romaya layiqdir; yalnız Roma Parisə layiqdir".

İqtisadiyyatı

Parisin biznes məhəlləsi – Defens
Ölkənin mühüm iqtisadi mərkəzidir. Demək olar ki, əksər sənaye müəssisələrinin, bankların, sığorta, telerabitə kompaniyalarının (Vivendi Universal, Groupe Lagardère, Groupe TF1), məşhur mətbuat müəssisələrinin (Le Figaro, Le Monde, Libération) ofis və mənzil-qərargahları burada yerləşmişdir. İşsizlik ölkənin orta işsizlik səviyyəsinə uyğundur.
İş yerlərinin 85%-i xidmət sahələrinin payına düşür. Ümumiyyətlə iş yerlərinin 35%-i iaşə xidmətinin, 30%-i istehsal müəssisələrinin, 20%-i tikinti sektorunun və 15%-i yeyinti sənayesinin payına düşür.
Turizm biznesi yüksək inkişaf səviyyəsindədir. 2007-ci ildə Paris mağazalarında çinli turistlər 79 milyon, yaponlar 87 milyon, ruslar 72 milyon, amerikalılar 71 milyon avro xərcləmişlər.

Muzeylər

1793-cü ildə Fransa krallarının keçmiş iqamətgahında yaradılmış Luvr muzeyi dünyada ən zəngin, 30 000 eksponatdan ibarət kolleksiyaya malikdir. Dünya incəsənətinin şedevrləri sayılan Mona Liza rəsm əsəri və Miloslu Venera heykəli məhz burada saxlanılır.
Orse muzeyi 1980-ci illərdə Sena sahilindəki Viktor Lalunun layihəsi əsasında 1900-cü ildə tikilmiş keçmiş Orse dəmiryol vağzalının binasında yaradılmışdır. Muzeyin kolleksiyası fransız impressionistlərinin əsərləri ilə zəngindir.
Pikasso muzeyinin kolleksiyasına 250 əsər daxildir. 1985-ci ildə Parisin Mare məhəlləsindəki 1656-1659-cu illərdə inşa olunmuş Sale malikanəsində yaradılmış və Pablo Pikassonun yaradıcılığına həsr olunmuşdur. Kolleksiyaya əsasən Pikassonun əsərləri və onun özü tərəfindən yığılmış bir çox rəssamın (Jorj Brak, Pol Sezan, Anri Matis, Amadeo Modilyani) əsərləri daxildir.


Geri dön

Elya Alieva

  • 19 yanvar 2015 22:27
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
TESEKKURLER

--------------------
UREYIM...I MEN

_favorit_arkadas

  • 19 yanvar 2015 21:25
  • Məqalə: 556
  • Şərh: 8239
  • Bal:
{awards}
Rose16,
inşallah arzun yerinə yetər... şərhə görədə çox sağolun...

--------------------

Pıtırcık

  • 19 yanvar 2015 20:11
  • Məqalə: 509
  • Şərh: 9711
  • Bal:
{awards}
MARAĞLIDIR

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

sonzeng2015

  • 18 yanvar 2015 21:46
  • Məqalə: 449
  • Şərh: 7099
  • Bal:
{awards}
xəyalım olan yerdi mənim winked qismət olsun gedməkdə:) bu məlumatlarında çoxunu billəm oxumuşam hamısın çox sağolun

HeYat cOoX qErIbEdi.

  • 18 yanvar 2015 16:34
  • Məqalə: 69
  • Şərh: 662
  • Bal:
{awards}
təşəkkürlərr

--------------------

_favorit_arkadas

  • 18 yanvar 2015 13:54
  • Məqalə: 556
  • Şərh: 8239
  • Bal:
{awards}
Ureylerde Qalacam,
_Nu Nu_,
my angel__,
bəyəndiyinizə sevindim...

--------------------

ツDirectionerツ

  • 18 yanvar 2015 13:42
  • Məqalə: 69
  • Şərh: 2208
  • Bal:
{awards}
Təşəkkürlərr)) çoxx bəyəndimm) bully

--------------------



Louis Tomlinson♥

G♥S

  • 18 yanvar 2015 11:36
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:
{awards}
Çox saolun maraqlı xəbər idi..)

--------------------

_Nu Nu_

  • 17 yanvar 2015 23:32
  • Məqalə: 4
  • Şərh: 259
  • Bal:
{awards}
təşəkkürlər məqalə üçün

my angel__

  • 17 yanvar 2015 23:25
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
Bəzilərini bilirdim. Çox sagol

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

_favorit_arkadas

  • 17 yanvar 2015 21:16
  • Məqalə: 556
  • Şərh: 8239
  • Bal:
{awards}
Şərhləriniz maraqlıdır buyurun...

--------------------

princessa_selin

  • 17 yanvar 2015 21:15
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Paytaxt Paris

Fransa Respublikasının paytaxtı, ölkənin mühüm iqtisadi, mədəni və inzibati mərkəzidir. Fransanın şimalında, İl-de-Frans əyalətində, Sena çayı sahilində yerləşir.
Paris böyük beynəlxalq əhəmiyyətə malikdir. Burada UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Beynəlxalq Ticarət Palatasının mənzil qərargahları yerləşir.

--------------------

Elya Alieva

  • 17 yanvar 2015 20:57
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
ilk Şərh məndən

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 46
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}