Duyğulardan yarpaqlar

 
Duyğulardan yarpaqlar


Mən sənə, sevgidən nə yazım gülüm,
Yazımı, ləçəkdə qurudacaqsan.
Əldən ələ gəzib, ən soyuq əldə,
Bir gün, bu sevgini unudacaqsan...

Səni axtarırdım, sənin yerinə,
Sənə bənzəməyən, yüzünü tapdım.
Yüzü də dəymədi, sənin izinə,
İzində yenə də özümü tapdım...

Üzdü ürəyimi, bu səbr mənim,
Demə ki, əhdimdə dayanmadım mən.
O qədər aldatdı gül ətrin məni,
Ondan, daha sənə inanmadım mən...


Yaza da bilmədim bir şeir sənə,
Sanki, duyğularım yuxulamışdı.
Sən demə, duyğum da məndən xəbərsiz,
Ətrini doyunca qoxulamışdı...

Gül dərmək istədim ,gözüm önünə,
Gülüm, o güllərin çoxusu gəldi..
Təkçə səni dərdim, gördüm ki,səndən,
Ötən məhəbbətin qoxusu gəldi...


Mən elə bilirdim hər sözü yazdım,
Bir fikir dolaşır, hələ başımda.
Özümü itirıb, kimi tapmışam,
Bu ömür yolunda, mən bu yaşımda...

Gülüm bu sevgidə çox üşüdün sən,
Səni üşüdən bir sazaq olmuşam.
Deyə də bilmədim, məndə günah yox,
Sənin ürəyindən uzaq olmuşam...


Gülüm, duymadın sən məhəbbətimi,
Baxmadın ürəkdən çəkdiyim aha.
Səndən uzaq yerdə, özkə ürəkdə,
Məni gözləyən var, mən gedim daha...

Ürək, daha burda sevən yox bizi,
Karıxıb qalma sən, dur, çıxıb gedək.
Saxla xatirətək bu sevgimizi,
Son dəfə sakitcə, vur, çıxıb gedək...


Gülüm bu sevgidə çox üşüdün sən,
Səni üşüdən bir sazaq olmuşam.
Deyə də bilmədim, məndə günah yox,
Sənin ürəyindən uzaq olmuşam...

Müəllif: Çingiz Babaoğlu


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 4 fevral 2015 22:58
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
Yaza da bilmədim bir şeir sənə,
Sanki, duyğularım yuxulamışdı.
Sən demə, duyğum da məndən xəbərsiz,
Ətrini doyunca qoxulamışdı...

psix)

  • 25 yanvar 2015 14:58
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
tesekkkur ediremmmmmmmmmmmmmmm

--------------------
......

Elya Alieva

  • 21 yanvar 2015 00:40
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
UREYIM...I MEN

♔๑.Şaнzadəм.๑♔

  • 20 yanvar 2015 23:07
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Super weirdiye...

--------------------

(HaYeL)

  • 20 yanvar 2015 16:41
  • Məqalə: 60
  • Şərh: 1020
  • Bal:
{awards}
Seir heqiqeten CooooooooX eladi cox saqolun.)

--------------------

ツDirectionerツ

  • 20 yanvar 2015 14:49
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
{awards}
tesekkurlerrr coxx beyendimm))

--------------------



Louis Tomlinson♥

★Love World★

  • 20 yanvar 2015 14:36
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Cox beyendim tongue fellow winked

--------------------

Elya Alieva

  • 20 yanvar 2015 14:26
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 20 yanvar 2015 14:07
  • Məqalə: 388
  • Şərh: 9519
  • Bal:
{awards}
Mən sənə, sevgidən nə yazım gülüm,
Yazımı, ləçəkdə qurudacaqsan.
Əldən ələ gəzib, ən soyuq əldə,
Bir gün, bu sevgini unudacaqsan...

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 47
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}