Hanı o eşq?

 
Hanı o eşq?


Sevgi dünyadakı ən ülvi, ən gözəl hissdir. Bəzən qısqanılacaq yeganə məfhumdur. Sevgini yaşamaq böyüklük istər...Böyük qəlb, böyük düşüncə, fədakarlıq istər. Dadıb özünü bəxtiyar sanan da olar, bir ömür arzusunda olub yetişməyən də. Lap bezikən, üz çevirib təpik atan da olar. Di gəl heç kəs ondan əl çəkməz, qaça bilməz...Sadəcə ünvanlar dəyişər, hisslər yeniləşər. Bugünkü sevgisi sabah canını sıxar bəzilərinin. Dəyişməyə vərdişlidir, fərq etməz paltarı olsun, ya sevgisi, düşüncəsi. Mütləq dəyişməlidir...

Sevgi əbədidir deyə öyrədib bizə böyüklərimiz. Sevdinsə sahib çıxmağı bacarasan gərək. Lap qanın bahasına olsa belə....

Dünyadakı bütün teatrlarda sevgi afişları daha çox diqqət çəkib. Səhnəyə milyonlarca tamaşaçı toplayan da məhz aşiq və məşuqlar olub. Sevginin seyrindən gözəl nə ola bilər ki... Həyatdakı ən gözəl və ən məhrəm duyğu iki insanın sevgisinə həsəd aparmaq, tamaşaçı olmaqdır. Bu dünyada sevgisi qısqanılanlar az olmayıb, məsum sevgilərin arasına girməyə çalışan qara qüvvələr də heç az deyil... Amma sevginin qarşısında ən böyük qüvvələr belə məğlubdur... Söhbət böyük, bəşəri sevgilərdən gedir... Sevgi bir gün ölə bilər... Amma buna səbəb xəyanət olmamalıdır. Sevgi tərbiyəedici funksiya daşımalı, örnək olmalıdır. Bir toplum, böyük bir cəmiyyət yaratmalıdır. Biz sevgini nağıldan başlayıb, romanda öyrəndik... Daha nə nağıl oxuyuruq, nə roman.

Başqa ölkələrin kanallarının məşhurları gündə bir sevgi nağılı yazırlar bizə. Onları gündəmə gətirən daim sevgiləri, yaşadıqları eşqləri olub. Çox az ömrü olan, tez-tez yenilənib, əvəzlənən sevgilərini deyirəm. Bizdə belə deyil...Mən bunun üçün sevinirəm. Daha doğrusu sevinirdim. Bir neçə gün öncəsinə qədər gözlərim önündə neçə ilin sevgisi dayanmışdı. Bir anın içində məhv olan böyük bir sevginin odu, alovu bürüdü sosial şəbəkələri. ...Musa və Təranə cütlüyünü deyirəm. Gözlərini parıldadan sevgi idi deyə düşünmüşdüm. Ruhlarını gözəlləşdirənin sevgi olduğunu zənn etmişdim. Yanılmışam, yanılmışıq... Necə də aldadıblar bizi. Axı yalan da bəzən gözəl görünüb, göz qamaşdıra bilir. Yəni gözqamaşdırıcı ötəri bir parıltı kimi... Bizi qısqandıran, çoxumuzun içdən-içə həsəd aparıb heyranlıqla tamaşısına durduğumuz o böyük sevgi qalmaqalamı döndü? İndi daha Musa və Təranə cütlüyünün sevgisi yox, qalmaqalı var. Bəs niyə qalmaqal? Ayrılanlar, ya da tərk edilənlər fərziyələrmi söyləyir, ya həqiqətimi, bilmirəm... Amma Tanrım bir insanın eyibini, qüsurunu, pis əməlini gördüyün zaman onu aləmlə bir etməyini deyil, onun üstünü örtməyini sevər. İstərsə özü aləmə bəyan edər bütün olanları. Amma bu bir bəndəyə düşməz. Hələ bir kişiyə əsla yaraşmaz... Doğrusu mən xəyanəti bir türk qadınına yaraşdırmıram. Türk qadınlarını- bizim ulu nənələrimizi aləmə tanıdan onların isməti, sədaqəti, əhdi-peymanı olmayıbmı? Fərq etməz ya gerçəkdə, ya xəyalda xəyanət elə xəyanətdir. Lap fərziyə belə olsa nə mənası kiçilir, nə anlamı...

Sadəcə anlaşmayıb, səssiz, sakin, qalmaqalsız ayrılmaq, ayırmaq olmazdımı yolları? Səbəb xəyanətdirmi? İnana bilmirəm doğrusu... Bir almanın iki yarısı...Bir ananın (təbiətin) iki bənzər övladı kimi idilər. Düşüncələri, səsləri, geyimləri idi bir-birlərini tamamlayan. Onlar birlikdə tam idilər. İndi yarım yaşaya bilərlərmi? İndi biz onları ayrı təsəvvür edə bilərəkmi? İdeal sandığımız cütlüyün sonu bumu olmalı idi?

...Əridib həsrətin dağda qarları

Ahum duman olub örtür yolları

Axtarır gözlərim vəfasız yarı,

Göydə ulduzları görmürəm sənsiz...

... Ulduzları görmək üçün insanın içinə ulduzların gecəyə olan sevgisi qədər böyük bir eşq dola gərək... Hanı o eşq? Öldü...Necə öldüyündən xəbərimiz olmadı. Ölən bir sevgini ağlamaq üçün belə gecikmişik...

...Dərdimlə dağlardan ağır olaram

Anasız uşaq tək fağır olaram

Viranə, dağılmış bir ev olaram

Mən yetim qalaram gəlib-gedənsiz...

Bu sözlərlə bizimi ovudublar, özlərinimi aldadıblar? Bu mahnılar neçə gəncin telefonunda, neçə yeniyetmənin qulağlığında gecənin sükutuna qarışıb, sevgi dolu aləmlərədən danışırdı. O da yalan imiş. Daha nəyin gerçək olduğunu düşünmək belə istəmirəm... Onlar təkcə öz sevgilərinin deyil, həm də onlara bənzəmək istəyənlərin- neçə-neçə gənc eşqin, sevgi yolunu tutanların inamının, ümidinin qatilidir. Bundan sonra daha kimə inanaq?


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 5 fevral 2015 00:13
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
Sevgi əbədidir deyə öyrədib bizə böyüklərimiz. Sevdinsə sahib çıxmağı bacarasan gərək. Lap qanın bahasına olsa belə....

psix)

  • 25 yanvar 2015 16:38
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
tesekkurlerrrrrr

--------------------
......

İTMİŞ_ŞƏHZADƏ

  • 23 yanvar 2015 22:24
  • Məqalə: 1
  • Şərh: 2043
  • Bal:
{awards}
Sevgi əbədidir deyə öyrədib bizə böyüklərimiz. Sevdinsə sahib çıxmağı bacarasan gərək. Lap qanın bahasına olsa belə....

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

sessiz deniz

  • 22 yanvar 2015 15:56
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrr

ღ ĸαвυѕυм ღ

  • 21 yanvar 2015 16:49
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
...Əridib həsrətin dağda qarları

Ahum duman olub örtür yolları

Axtarır gözlərim vəfasız yarı,

Göydə ulduzları görmürəm sənsiz...


tesekkur xebere gore

--------------------

G♥S

  • 21 yanvar 2015 16:01
  • Məqalə: 204
  • Şərh: 4099
  • Bal:
{awards}
Sevgi əbədidir deyə öyrədib bizə böyüklərimiz. Sevdinsə sahib çıxmağı bacarasan gərək. Lap qanın bahasına olsa belə....

--------------------

ayanim__

  • 21 yanvar 2015 01:39
  • Məqalə: 2
  • Şərh: 13
  • Bal:
{awards}
Sagulunnnnn )

--------------------
Yapipda unuttuklarim bazilarinin hayellerine sigmaz...

Samir_Wuvalan

  • 21 yanvar 2015 00:48
  • Məqalə: 62
  • Şərh: 12318
  • Bal:
{awards}
Mən onu sevirdim, canım yansa da,
O məni sadəcə, dostu sansa da,
Günəştək başıma hey dolansa da,
Yanımda həsrətin kölgəsi vardı...
Çünki,
Onun ürəyində, özgəsi vardı...
Gah onu qısqanıb, gah inciyərdim,
Özümə ən aciz adam deyərdim,
Dilimdə guya ki çox istəyərdim,
Qəlbimdə sevirem kəlməsi vardı,
Çünki...
Onun ürəyində,özgəsi vardı...
O nə vaxt gülürdü, mən də gülürdüm,
Sevinci bölürdüm, qəmi bölürdüm,
Bu yolun sonunu, dəqiq bilirdim...
Hardasa ayrılıq döngəsi vardı...
Çünki,
Onun ürəyində, özgəsi vardı...
Mənə sevdiyindən, danışan o qız,
Bilmirdi sevirəm, mən onu yalnız,
Bir film kimiydi yaşadığımız,
Bu filmin sonuncu səhnəsi vardı...
Çünki,
Onun ürəyində, özgəsi vardı...

--------------------

♔๑.Şaнzadəм.๑♔

  • 20 yanvar 2015 22:34
  • Məqalə: 127
  • Şərh: 3139
  • Bal:
{awards}
Hanı o eşq.!?

--------------------

Arzumsan

  • 20 yanvar 2015 22:17
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
{awards}
Sevgi yoxdur..twk

psix)

  • 20 yanvar 2015 21:51
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
tesekkurler..ellerinize saglig

--------------------
......

Elya Alieva

  • 20 yanvar 2015 21:22
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
VAOOO Цох ДуйгУсалДир

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 20 yanvar 2015 21:10
  • Məqalə: 479
  • Şərh: 9654
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

★Love World★

  • 20 yanvar 2015 20:34
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Ilk serh menden tongue

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}