Bərbər peşəsinin yaranması

 
 Bərbər peşəsinin yaranması


Bərbərlik (dəlləklik) – qədim və hörmətli peşələrdəndir. Xarici görünüşə diqqət yetirmək bütün dövrlərdə insanlar üçün önəmli olduğundan bu peşəyə də həmişə hörmətlə yanaşılmışdır.

Bu peşəyə hörmət tək xarici görünüşə qulluqla bağlı olmamışdır. Belə ki, Yaponiyada Edo (1603-1867) dövründə (Edo o zamanlar Yaponiyanın baş şəhəri olub) kişilər alınlarını, başlarını qırxdırırdılar və saçların qalan hissəsini də müəyyən edilmiş ciddi formada yığırdılar. Bu səbəbdən bərbərlərin işləri həmişə çox olurdu və bərbərlərə həmişə ehtiyac olurdu. Həm də dəlləklər bütün günü müştərilərlə söhbətlər edib, çənə vururdular. Belə ki, dəlləklərin hər şeydən, hər yerdən, bir sözlə, bütün olanlardan məlumatları olurdu. Bu səbəbdən də Edo şəhər hakimiyyəti dəlləklərin boynuna bir “vəzifə” də qoymuşdur ki, hər gün bütün eşitdikləri, bildikləri, gördükləri haqqında hakimiyyət nümayəndələrinə məlumatlar versin. Bu da ondan irəli gəlmişdir ki, o zamanlar Edo şəhərindəki evlərin əksəriyyəti bir-birinə çox yaxın və taxtadan idi. Demək olar ki, hər gün dəhşətli yanğınlar baş verirdi və yanğınlar ölümlərlə nəticələnirdi.

Edo şəhərində evlər bir-birinə bitişik və taxta olduğundan bir evə düşən yanğın bir məhəllənin yanıb kül olmasına, yüzlərlə adamın yanıb ölməsinə səbəb olurdu. Bu səbəbdən, bilərəkdən, qəsdlə ev yandırmaq hakimiyyət tərəfindən ölümlə cəzalandırılırdı. Bilərəkdən, qəsdlə yanğın çıxartmaq müxtəlif səbəblərdən ola bilərdi: oğurluq məqsədilə, düşmənçiliklə, soyğunçuluq məqsədilə, könlü qiriq qızların qisas alması məqsədilə və hətta acgöz tacirlərin öz tikinti materiallarını satmaq məqsədilə və s. Yanğınların qarşısının alınması və yanğını törədənlərin tez tapılmasını təmin etmək üçün bərbərlərin məlumatlarından istifadə edilirdi. Yerli hakimiyyətin göstərişi ilə şəhərdə olan bərbərlərin hamısı hər gün öz məhəllə polislərinə eşitdikləri və gördükləri haqda məlum verməli idi. Qeyd etmək lazımdır ki, şəhər bərbərlərinin verdikləri məlumatlar əsasında neçə-neçə yanğınların və cinayətlərin qarşısı alınırdı.

Müasir Yaponiyada bütün tikililər beton və şüşədən olduğu üçün yanğının heç də elə bir qorxusu və ziyanı olmasa da, indi suisid özünəqəsd hələ də bir problem olaraq qalmaqdadır. Özünəqəsdə görə Yaponiya dünyada birinci yerdə idi. Bu ondan irəli gəlmişdir ki, hələ lap qədimlərdən Yaponiya mədəniyyətində və dinində özünəqəsd qadağan olunmamış, əksinə, bu bəzi hallarda fəxr olunmalı bir əməl hesab olunmuşdur. Özünəqəsd ta qədimdən indiyədək gəlmiş və yaponlar üçün qarşısı alınmaz bir bəlaya çevrilmişdir. Keçmişdə olduğu kimi indi də Yaponiyada bunun qarşısını almaq üçün bərbərlərin köməyindən istifadə edirlər. Yəni, müasir bərbərlər, bərbər peşəsini öyrənməklə yanaşı xüsusi psixologiya dərsləri də keçirlər.

Bərbər yanına gələn müştərilər istər-istəməz öz problemləri haqda danışırlar. Belə olan halda, psixologiyadan məlumatı olan bərbərlər onlara lazımi məsləhətlər verərək, onlardakı psixoloji gərginlikləri tam azaldır və bir çoxlarını özünəqəsd fikrindən yayındırır. Toyami şəhərinin qanunvericilik orqanlarının göstərişi ilə bərbərlər və digər məişət sahəsində işləyənlər üçün xüsusi ilkin psixoloji yardım göstərmək kursları açılmışdır ki, burada bərbərlər və digər məişət sahəsi işçiləri öz müştərilərinə ilkin psixoloji yardımlar görtərmək üçün xüsusi dərslər keçirlər. Verilən məlumatlara əsasən, bunun çöx böyük səmərəsi olmuşdur.


Geri dön

princessa_selin

  • 24 yanvar 2015 20:52
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:

Bərbər yanına gələn müştərilər istər-istəməz öz problemləri haqda danışırlar. Belə olan halda, psixologiyadan məlumatı olan bərbərlər onlara lazımi məsləhətlər verərək, onlardakı psixoloji gərginlikləri tam azaldır və bir çoxlarını özünəqəsd fikrindən yayındırır. Toyami şəhərinin qanunvericilik orqanlarının göstərişi ilə bərbərlər və digər məişət sahəsində işləyənlər üçün xüsusi ilkin psixoloji yardım göstərmək kursları açılmışdır ki, burada bərbərlər və digər məişət sahəsi işçiləri öz müştərilərinə ilkin psixoloji yardımlar görtərmək üçün xüsusi dərslər keçirlər. Verilən məlumatlara əsasən, bunun çöx böyük səmərəsi olmuşdur.

--------------------

G♥S

  • 23 yanvar 2015 16:29
  • Məqalə: 204
  • Şərh: 4096
  • Bal:
{awards}
Xebere gore tewekkur..

--------------------

ツDirectionerツ

  • 22 yanvar 2015 21:50
  • Məqalə: 70
  • Şərh: 2208
  • Bal:
{awards}
Bərbər yanına gələn müştərilər istər-istəməz öz problemləri haqda danışırlar. Belə olan halda, psixologiyadan məlumatı olan bərbərlər onlara lazımi məsləhətlər verərək, onlardakı psixoloji gərginlikləri tam azaldır və bir çoxlarını özünəqəsd fikrindən yayındırır. Toyami şəhərinin qanunvericilik orqanlarının göstərişi ilə bərbərlər və digər məişət sahəsində işləyənlər üçün xüsusi ilkin psixoloji yardım göstərmək kursları açılmışdır ki, burada bərbərlər və digər məişət sahəsi işçiləri öz müştərilərinə ilkin psixoloji yardımlar görtərmək üçün xüsusi dərslər keçirlər. Verilən məlumatlara əsasən, bunun çöx böyük səmərəsi olmuşdur.

--------------------



Louis Tomlinson♥

psix)

  • 22 yanvar 2015 21:25
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
tesekurlerrrrrrrrrrrrrrrrr feel

--------------------
......

..::My Black::..

  • 22 yanvar 2015 19:08
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
Maraqlidi sagolun)))

•●Miňi Miňňacık•●

  • 22 yanvar 2015 14:52
  • Məqalə: 25
  • Şərh: 1034
  • Bal:
{awards}
Maraqlidi..

--------------------

sessiz deniz

  • 22 yanvar 2015 14:32
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrrr

ღ ĸαвυѕυм ღ

  • 22 yanvar 2015 14:30
  • Məqalə: 209
  • Şərh: 1290
  • Bal:
{awards}
tesekkur maraqli xebere gore

--------------------

Pıtırcık

  • 22 yanvar 2015 14:21
  • Məqalə: 386
  • Şərh: 9518
  • Bal:
{awards}
MARAĞLIDIR no

--------------------
http://legend.az/user/imza/

Elya Alieva

  • 22 yanvar 2015 14:05
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
ilik Serh menden

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}