Söz tapa bilməyəcəyik

 
Söz tapa bilməyəcəyik

Çoxları elə düşünür ki, kondisioner ustası olmaq boş şeydir!

Çoxları elə düşünür ki, kondisioner ustası olmaq boş şeydir. Siz nə danışırsınız!? Həyatımın 32 ilini bu peşəyə sərf eləmişəm, əvvəllər zavodda işləmişəm, sonra bütün zavodları bir-bir bağladılar. İndi isə lap çətindir, yeni kondisionerlər istehsal olunur, köhnələrini isə alan yoxdur. Mən kondisioner ustası ola-ola insan həyatını xilas eləmişəm.

- "Deməli, neçə il bundan əvvəl gecə saat 11-də iş yerimin qapısını bağlayanda bir nəfər gəldi ki, kondisioneri xarab olub, düzəltmək lazımdır. Evlərinə daxil olanda gördüm ki, balaca bir otaqdır, pəncərə, nəfəslik də yoxdur və həyətda bir hamilə qadın oturub. Otaqda istidən nəfəs almaq mümkün deyildi, qadın evə girə bilmirdi. Buna göz yuma bilmədim, elə gecənin yarısı iş yerinə gəlib lazımi materialları götürüb o evə qayıtdım. Gecə artıq saat 1-2 olardı ki, kondisioneri artıq düzəltmişdim, hazır idi..."

Bu yaxınlarda isə yanında iki 13 yaşlarında uşaqlarla bir kişi mənə yaxınlaşdı və dedi: "Məni xatırladın? Gecə gəlib kondisionerimizi düzəltmişdin. Evdə hamilə qadın var idi, bax bu, həmin uşaqlardır". (Usta göz yaşlarını saxlaya bilmədi)
Mən kondisioner ustası olmağımla qürur duyuram və mənə qarşı nə qədər haqsızlıq olsa da həmişə çalışmışam ki, imkansız insanlar üçün təmiri pulsuz edim. Hər peşənin öz dəyəri var! ©

- İsrafil Qurbanov

"CANLI SVETAFOR"


Gözəl vətəndaşlarımızı tanıyaq!

Xalid maraqli insandır, Əmircanda ona “canlı svetafor” deyirlər, neçə ildir tamənnasız uşaqları yoldan keçirir ki maşın vurmasın.

Mən XII qrup əmək veteranıyam, Qarabağ savaşında bir qardaşımı itirmişəm. Daha sonra dövlət tərəfindən verilən kiçik bir köşkdə maşın yağı, sabun, şampun və məktəbli ləvazimatları satmışan. Bilirsiz , Mən yolu keçmək istəyən hər kəsə köməklik etməkdən zövq alıram. Əynimdə xüsusi jileti yol polisi tərəfindən verilib və bu işə olan sevgimi birə-beş artırıb. Düz 1997-ci ildən bu işi təmənnasız olaraq görmüşəm. Gündə 138 uşağı yolun bir tərəfindən digər tərəfinə keçirirəm. Yolu keçirdiyim uşaqların çoxu məktəblilərdir.
- Bəs nəyə görə "canlı svetofor? sualına isə o gülərək cavab verdi. "Bu adı mənə ilk dəfə Aytən adlı balaca məktəbli qız verib: “O, yolun qarşı tərəfində durub məni çağırdı ki, ay "canlı svetofor", gəl məni yoldan keçir. Bundan əvvəl də uşaqları yoldan keçirirdim. Çox adam heç adımı da bilmir. Hər kəs mənə “canlı svetofor” deyir". Məktəbnən üzbəüz bir butka açdım məktəblilərə yol hərəkat qaydalarını öyrədirəm"

Və ən əsası yolun kənarına “Sürücülər ehtiyatlı olun! Qarşınıza öz övladınız çıxa bilər!” - şüarını lövhəyə yazıb vurmuşam! Biz insan olaraq bir birimizə kömək etməliyik, bir birimizin qədrini bilməliyik! ©

- Xalid Musayev

Qeyd: "Kəndin ensiz dar yolundan hər gün yüzlərlə məktəblini qarşı tərəfdəki 114 saylı məktəbə yola salan Xalid kişi böyükdən-kiçiyə hər kəsin sevimlisinə çevrilib"

HƏR DƏFƏ PENSİYAMI ALANDA....



Hər dəfə pensiyamı alanda gedirəm 50 qəpiklik yem alıb gəlirəm bura, quşları yemləyirəm. Demək olar ki, həftədə 3-4 dəfə bunları görürəm. Mənə çox doğmadılar: sanki mən uşaq baxçasında müəllim, onlar isə mənim uşaqlarım. Və göyərçinlər dən yeyəndə onları qoruyuram ki, kimsə quşların üstünə qaçıb onları uçurtmasın. Hərdən mənə sual verirlər ki, bəs ,ay nənə, çörək pulunu necə çatdırırsan? Mənim bir cavabım olur: "Hər bir insan 40-50 köpük xərcləməklə nə varlı, nə də ki, kasıb olur". Məni yaşadan bu quşlardır.... ©


Geri dön

princessa_selin

  • 24 yanvar 2015 21:15
  • Məqalə: 98
  • Şərh: 1717
  • Bal:

Çoxları elə düşünür ki, kondisioner ustası olmaq boş şeydir!

Çoxları elə düşünür ki, kondisioner ustası olmaq boş şeydir. Siz nə danışırsınız!? Həyatımın 32 ilini bu peşəyə sərf eləmişəm, əvvəllər zavodda işləmişəm, sonra bütün zavodları bir-bir bağladılar. İndi isə lap çətindir, yeni kondisionerlər istehsal olunur, köhnələrini isə alan yoxdur. Mən kondisioner ustası ola-ola insan həyatını xilas eləmişəm.

- "Deməli, neçə il bundan əvvəl gecə saat 11-də iş yerimin qapısını bağlayanda bir nəfər gəldi ki, kondisioneri xarab olub, düzəltmək lazımdır. Evlərinə daxil olanda gördüm ki, balaca bir otaqdır, pəncərə, nəfəslik də yoxdur və həyətda bir hamilə qadın oturub. Otaqda istidən nəfəs almaq mümkün deyildi, qadın evə girə bilmirdi. Buna göz yuma bilmədim, elə gecənin yarısı iş yerinə gəlib lazımi materialları götürüb o evə qayıtdım. Gecə artıq saat 1-2 olardı ki, kondisioneri artıq düzəltmişdim, hazır idi..."

--------------------

G♥S

  • 23 yanvar 2015 16:46
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Oxudum birdenemm maraqli idi ellerine sagliq love

--------------------

..::My Black::..

  • 22 yanvar 2015 19:17
  • Məqalə: 277
  • Şərh: 1913
  • Bal:
{awards}
“Sürücülər ehtiyatlı olun! Qarşınıza öz övladınız çıxa bilər!”←←←Ela cumledi)))

Aylowka)))

  • 22 yanvar 2015 15:18
  • Məqalə: 265
  • Şərh: 2812
  • Bal:
{awards}
Cox sagolun maraqli meqaledi en cox beyendiyim cumle ise bu oldu- “Sürücülər ehtiyatlı olun! Qarşınıza öz övladınız çıxa bilər!”

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

Pıtırcık

  • 22 yanvar 2015 14:44
  • Məqalə: 548
  • Şərh: 9667
  • Bal:
{awards}
SAĞ OLUN XƏBƏRƏ GÖRƏ

--------------------
http://legend.az/user/imza/

sessiz deniz

  • 22 yanvar 2015 14:38
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
twklerrrrrrrrr

Elya Alieva

  • 22 yanvar 2015 11:35
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
UREYIM...I MEN

Gul_Cicek

  • 22 yanvar 2015 08:57
  • Məqalə: 0
  • Şərh: 71
  • Bal:
{awards}
Tewekkurler. . . . .

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 25
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 548
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}