Türk-İslam birliyi axan qanı dayandıracaq həll yoludur

 
Türk-İslam birliyi axan qanı dayandıracaq həll yoludur

İslam əxlaqının kökündə birlik var. Allah Quranda “Əgər siz bunu etməsəniz (bir-birinizə yardım etməsəniz), yer üzündə fitnə və böyük fəsad baş verər. (Ənfal surəsi, 73)” ayəsi ilə yer üzündəki fitnə-fəsadın sona çatması üçün iman gətirənlərin bir-birlərilə dost olmasını, birləşməsini bildirmişdir. Bütün müsəlmanlar bu əmri yerinə yetirməklə məsuldur. Türk-İslam dünyası bu birliyi istəməlidir. Birlik istəməyən ayrılıq istəyir və ayrılığın Türk-İslam dünyasına heç bir faydası yoxdur. Müsəlmanların gücü, qüvvəsi və mənfəəti birlikdədir. Müsəlman aləminin bir hissəsində əziyyət sadəcə xarici qüvvələrdən qaynaqlanmır, müxtəlif etnik qrup, məzhəb, millətlərdən olan müsəlmanlar arasında da, Quran əxlaqına tamamilə zidd olaraq – qarşıdurmalar baş verir. Allahı, dini, Kitabı, Peyğəmbəri bir olan və Allahın əmrilə qardaş olmalı müsəlmanların bir-birilə mübarizə aparması, şübhəsiz, düşündürən vəziyyətdir. Çünki Qurana əsasən, möminlərin birləşməsi fərzdir. Ayələrdə belə buyurulur:

Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Ali-İmran surəsi, 103)

Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də qardaşlarınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız! (Hucurat surəsi, 10)

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə çəkişməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir! (Ənfal surəsi, 46)

Kafirlər də bir-birinin dostudurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardım etməsəniz), yer üzündə fitnə və böyük fəsad baş verər. (Ənfal surəsi, 73)

O kəslər ki, haqsızlığa məruz qaldıqda birləşib müqavimət göstərərlər. (Şura surəsi, 39)

Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər! (Saff surəsi, 4)

Burada müsəlmanların birləşməsi ilə bağlı sadəcə bir neçə ayəyə yer verilmişdir. Bu ayələrdən və Qurandan açıq şəkildə başa düşüldüyü kimi:

Müsəlmanların birləşməsi;

Qardaşcasına sevgi və şəfqətlə bir-birlərinə bağlı olması;

Çəkişib mübarizə aparmaması;

Bir-birlərinin dostu olması;

Bir-birlərini hər şəraitdə qoruması;

Bir-birləri ilə məsləhətləşməsi;

Bir-birlərinə möhkəm divar kimi səf bağlayaraq kafirlərə qarşı elmi mübarizə aparması fərzdir.

Bu təqdirdə, bütün bunların əksinə hərəkət etmək, yəni:

Birləşdirici deyil, ayırıcı olmaq;

Müsəlman qardaş-bacılarına sevgi və şəfqətlə yanaşmamaq;

Müsəlman qardaş-bacılarına mərhəmətli olmamaq, onları qorumamaq;

Kafirlərə qarşı aparılan elmi mübarizədə müsəlmanlarla möhkəm divar kimi səf bağlamamaq haramdır.

Əgər İslam aləmi güclü, sarsılmaz, firavan sivilizasiya olmaq, dünyaya hər sahədə istiqamət vermək və aydınlatmaq istəyirsə, birlik olaraq hərəkət etməlidir. Bu birliyin olmaması, müsəlman ölkələr arasındakı ayrılıq və dağınıqlıq, İslam dünyasından ortaq səsin yüksəlməməsi məzlum müsəlman xalqlarını da müdafiəsiz qoyur. Fələstində, Kəşmirdə, Şərqi Türküstanda, Moroda və başqa bir çox ölkədə məzlum qadınlar, uşaqlar və yaşlılar ehtiyac içində zülmdən xilas olmağı gözləyirlər. Bu məsum insanlara görə hər kəsdən əvvəl İslam dünyası məsuliyyət daşıyır. Müsəlmanlar Peyğəmbərimizin (s.ə.v) “müsəlman müsəlmana zülm etməz və onu təhlükədə qoymaz” sözünü unutmamalıdır.

Dünya müsəlmanlarının güclü və aktiv Türk-İslam Birliyini qurmaması dövrümüzdəki müxtəlif problemlərin kökündə duran ən əsas çatışmazlıqdır. Güclü birlik qurduqda bu gün baş verən problemlərin bənzərləri ilə ya heç qarşılaşılmayacaq, ya da qarşıya çıxan bütün problemlər nəzərdə tutulduğundan da qısa müddətdə həll olunacaq.

İslam dünyasında müxtəlif millətlər, adət-ənənələr və dünyagörüşlərinin olması çox təbiidir. Əsas odur ki, bu fərqlər inanc birliyi altında, çoxluğa əsaslanan həmrəylik içində toplansın. Dünyagörüşü, fikirlər və davranış fərqləri hər millətdə rast gəlinən normal hallardır. İslam əxlaqının tələbinə uyğun olaraq, bütün fərqlərə baxmayaraq, müsəlmanlar bir-birlərinin qardaşı olduğunu unutmamalıdırlar. İrqi, dili, vətəni, məzhəbi nə olsa da, bütün müsəlmanlar qardaşdırlar. Buna görə, İslam dünyasındakı fərqlər zənginlik kimi dəyərləndirilməli, bunlar müsəlmanların bir-birləri ilə çəkişməsinə səbəb olan, onları əsas məsələlərdən uzaqlaşdırıb təcili problemlərin həllinə mane olan qarşıdurma və ayrı-seçkilik səbəbinə çevrilməməlidir.

Müsəlmanların bir-birlərilə münasibətlərindən əsas ölçü qarşılarındakı insanın irqi, etnik mənşəyi, dili kimi xüsusiyyətləri, imkanları, mövqeyi deyil, imanı və gözəl əxlaqıdır. Səmimi iman gətirən insanlar arasında sevgi onların Allahdan qorxub çəkinməsinə, Rəbbimizə bəslədiyi dərin sevgiyə, etdiyi əməllərə, gözəl əxlaqına görə formalaşır. Əgər bir insan həyatını Allaha həsr etdiyini bütün davranışları ilə sübut edir, hər anında Allahın rizasını və rəhmətini istəyərək gözəl davranırsa, möminlər o insana sevgi və hörmət bəsləyərlər. Bu insanın dərisinin rəngini, milliyyətini, maddi imkanlarını əsas götürməz, bu xüsuslar ona olan sevgilərinə mənfi və ya müsbət təsir etməz. Eyni xüsuslar müsəlman millətlər arasındakı münasibətlərə də aiddir. İki müsəlman millət arasındakı münasibətlər Quranda bildirildiyi kimi olmalıdır.

Müsəlmanlar birlikdə hərəkət etməyə mane olan məsələlərdə bunlar üzərində düşünməlidirlər:

Bu məsələ İslam ittifaqını zədələyəcək qədər mühümdürmü?

Bu məsələdə uzlaşmaq mümkün deyilmi?

İnkarçı ideologiyalara qarşı fikri mübarizə aparmaq əvəzinə müsəlman millətlə çəkişmək doğrudurmu?

Bu suallara vicdanını dinləyərək cavab verən hər insan sonu olmayan çəkişmələrdən uzaq durmağın və müsəlmanlar arasındakı Quran əxlaqına əsaslanan bu ittifaqı qorumağın vacib olduğunu görər.

İslam dünyası ayrı-seçkiliyi və fərqləri bir kənara qoyub bütün müsəlmanların qardaş olduğunu xatırlamalı və bu mənəvi qardaşlığın qazandırdığı gözəl əxlaq ilə bütün dünyaya nümunə olmalıdır. İman gətirənlərin bir-birləri ilə qardaşlığı uca Allahın lütfü və nemətidir. Səmimi müsəlmanlar bu nemət üçün Rəbbimizə şükür etməli və Allahın “parçalanıb ayrılmayın” əmrini unutmamalıdırlar.


Geri dön

psix)

  • 25 yanvar 2015 13:51
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
allah komeyiniz olsun...tesekkur edirem

--------------------
......

Elya Alieva

  • 24 yanvar 2015 22:23
  • Məqalə: 102
  • Şərh: 7076
  • Bal:
{awards}
Тесеккурлер Аллах разы олсун

--------------------
UREYIM...I MEN

Pıtırcık

  • 24 yanvar 2015 20:28
  • Məqalə: 388
  • Şərh: 9519
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
http://legend.az/user/imza/

princessa_selin

  • 24 yanvar 2015 19:20
  • Məqalə: 98
  • Şərh: 1723
  • Bal:
{awards}
Müsəlmanların birləşməsi;

Qardaşcasına sevgi və şəfqətlə bir-birlərinə bağlı olması;

Çəkişib mübarizə aparmaması;

Bir-birlərinin dostu olması;

Bir-birlərini hər şəraitdə qoruması;

Bir-birləri ilə məsləhətləşməsi;

Bir-birlərinə möhkəm divar kimi səf bağlayaraq kafirlərə qarşı elmi mübarizə aparması fərzdir.

Bu təqdirdə, bütün bunların əksinə hərəkət etmək, yəni:

Birləşdirici deyil, ayırıcı olmaq;

Müsəlman qardaş-bacılarına sevgi və şəfqətlə yanaşmamaq;

Müsəlman qardaş-bacılarına mərhəmətli olmamaq, onları qorumamaq;

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}