Bu günün hava proqnozu

 
Bu günün hava proqnozu


Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Zəif duman olacağı, səhər və gündüz çiskinli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz arabir 15 m/s-yə çatacaq. Havanın temperaturunun gecə 1-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək.

Temperaturun gecə 2-7° şaxta, dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər dumanlı, çiskinli olacağı, lakin axşama doğru bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir havanın yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 3-5° isti, gündüz 8-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti olacağı gözlənilir.


Geri dön

princessa_selin

  • 24 yanvar 2015 20:37
  • Məqalə: 98
  • Şərh: 1717
  • Bal:

Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Zəif duman olacağı, səhər və gündüz çiskinli yağış yağacağı gözlənilir.

--------------------

ღ ĸαвυѕυм ღ

  • 23 yanvar 2015 17:12
  • Məqalə: 209
  • Şərh: 1287
  • Bal:
{awards}
tesekkur melumata gore

--------------------

G♥S

  • 23 yanvar 2015 15:58
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
Melumata gore coxx sagolun..

--------------------

..::My Black::..

  • 23 yanvar 2015 13:18
  • Məqalə: 277
  • Şərh: 1913
  • Bal:
{awards}
Cox sagolun)))

Elya Alieva

  • 23 yanvar 2015 12:37
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

NIGAR

  • 23 yanvar 2015 12:10
  • Məqalə: 873
  • Şərh: 11195
  • Bal:
{awards}
MƏLUMATA GÖRƏ SAĞ OLUN

--------------------
legend.az/user/imza/legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 47
Cəmi: 68

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 549
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}