Yeni Windows-da nə var

 
Yeni Windows-da nə var

Microsoft Korporasiyası yeni Windows 10 əməliyyat sistemini təqdim edib.

Təqdimatda çıxış edən Windows istehsalı şöbəsinin rəhbəri Terri Mayerson qeyd edib ki, Microsoft Korporasiyası təkmilləşməsi vacib olan sahələri müəyyənləşdirib – bunlar mobillik, etibar və təbii qarşılıqlı əlaqə. Onun sözlərinə görə, Windows 10 əməliyyat sistemindən daha çox istənilən qurğu ilə qarşılıqlı əlaqə yarada bilən xidmətdir. Windows Phone 8.1, Windows 8 və Windows 7 istifadəçiləri üçün Windows 10 il ərzində tam pulsuz olacaq.

Korporasiyanın nümayəndəsi bildirib ki, Microsoft əvvəlki Start menyusunu qaytarıb və yeni əməliyyat sistemində onu ekran boyu uzatmaq imkanı mövcuddur, lakin istənilən zaman onu Windows 7-dəki kimi kiçiltmək olar.

Yeni əməliyyat sistemində əhəmiyyətli yeniliklərdən biri Cortana səs köməkçisinin bütün qurğular tərəfindən dəstəklənməsidir. Köməkçinin xüsusiyyəti onun təlimi və fərdiləşdirilməsidir – istifadəçilərlə qarşılıqlı əlaqə zamanı Cortana müvafiq məlumat toplayır və onu gələcəkdə daha uğurlu qarşılıqlı əlaqə üçün istifadə edir.

Daha bir yenilik əvvəl anons olunmuş Spartan brauzeridir. Onun əsas xüsusiyyətindən biri – brauzer rejimində səhifələrdə qeydlərin saxlanılmasıdır. Onları qoruyub saxlamaq, həmçinin paylaşmaq üçün elektron poçt və ya sosial şəbəkələrdən istifadə etmək mümkündür. Bundan başqa, Spartan brauzerinə də Cortana səs köməkçisi quraşdırılıb.

Microsoftun təqdimatında əsl innovativ məhsul əlavə edilmiş reallıq eynəkləri olub. Holoqrafik təsviri gözün tor qişasına proyeksiya salan qurğuya HoloLens adı verilib. Eynəklərə xüsusi olaraq HoloStudio proqramı hazırlanıb ki, bu proqram istifadəçilərə yaradılan 3D obyektlərinin mübadiləsinə, həmçinin 3D printer vasitəsilə alınmış şəkilləri çap etməyə imkan yaradır.


Geri dön

Elya Alieva

  • 24 yanvar 2015 22:31
  • Məqalə: 115
  • Şərh: 7035
  • Bal:
мараглыйды саголун

--------------------
EVLİ MUTLU .......

Darling

  • 24 yanvar 2015 20:14
  • Məqalə: 913
  • Şərh: 11469
  • Bal:
{awards}
no XƏBƏRƏ GÖRƏ SAĞ OLUN

--------------------
http://mail.mp3.legend.az/user/imza/http://mail.mp3.legend.az/user/imza/

princessa_selin

  • 24 yanvar 2015 19:07
  • Məqalə: 98
  • Şərh: 1717
  • Bal:
{awards}
Daha bir yenilik əvvəl anons olunmuş Spartan brauzeridir. Onun əsas xüsusiyyətindən biri – brauzer rejimində səhifələrdə qeydlərin saxlanılmasıdır. Onları qoruyub saxlamaq, həmçinin paylaşmaq üçün elektron poçt və ya sosial şəbəkələrdən istifadə etmək mümkündür. Bundan başqa, Spartan brauzerinə də Cortana səs köməkçisi quraşdırılıb.

Microsoftun təqdimatında əsl innovativ məhsul əlavə edilmiş reallıq eynəkləri olub. Holoqrafik təsviri gözün tor qişasına proyeksiya salan qurğuya HoloLens adı verilib. Eynəklərə xüsusi olaraq HoloStudio proqramı hazırlanıb ki, bu proqram istifadəçilərə yaradılan 3D obyektlərinin mübadiləsinə, həmçinin 3D printer vasitəsilə alınmış şəkilləri çap etməyə imkan yaradır.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 69
Cəmi: 93

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 31
Cəmi: 134
 
The Shield
Xəbərləri: 27
Cəmi: 290
 
Darling
Xəbərləri: 27
Cəmi: 913
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 575
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 10
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 10
Cəmi: 48
 
lamiye_2001
Xəbərləri: 10
Cəmi: 70
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}