Smartfonlar kompüterlərdən çox satılır

 
Smartfonlar kompüterlərdən çox satılır

"KT Economic Management Research Institute" elmi tədqiqat institutu tərəfindən dərc edilmiş "2015 Mobile Trend Outlook" hesabatına əsasən, smartfonlar ilk dəfə dünyada nüfuzetmə səviyyəsinə görə fərdi kompüterləri ötüb.

Mütəxəssislər aydınlaşdırıblar ki, 2014-cü ildə smartfona malik olan insanların sayı dünyada 24,5 faiz təşkil edib, halbuki kompüterə malik insanların sayı 20 faiz olub. Beləliklə, smartfonlar artıq 40 ildən çox bazarda mövcud olan fərdi kompüterləri ötməyə nail olub.

2012-ci ildə smartfonların nüfuzetmə səviyyəsi yalnız 5,2 faiz olub, bir il sonra bu göstərici 19,8 faizədək yüksəlib. Bu halda 2004-2011-ci illərdə FK-nın nüfuzetmə səviyyəsi 7-dən 20 faizədək artsa da, indi artım dayanıb.

Ekspertlər hesab edirlər ki, smartfonların çox sürətli yayılması davam edəcək və 2018-ci ildə "ağıllı" telefonların nüfuzetmə səviyyəsi 36,5 faizə çatacaq. FK-ya gəlincə, yaxın illərdə bu tip qurğuların nüfuzetmə səviyyəsi təxminən 20 faiz təşkil edəcək.

Tədqiqatda, həmçinin qeyd edilib ki, "ağıllı" telefonlar tədarük həcminə görə hələ 2010-cu ilin dördüncü rübündə FK-nı ötüb: o zaman smartfonların tədarükü 120 milyon, FK-da isə 93 milyon olub. 2014-cü ilin üçüncü rübündə bu fərq 4 dəfə artıb.

Hesabatda təqdim edilmiş rəqəmlər Beynəlxalq Telekommunikasiya İttifaqı (International Telecommunication Union; ITU), "eMarketer" və "TrendSpectrum" tədqiqat şirkətlərinin statistik məlumatlarına uyğundur.

Qeyd edək ki, bir sıra ekspertlər artıq 2014-cü il üzrə FK və smartfon tədarükünə yekun vurub. "Gartner"in ilkin məlumatlarına əsasən, ötən il istehsalçılar 315,86 milyon FK tədarük ediblər ki, bu da 2013-cü illə müqayisədə 1 milyon azdır. Beləliklə, ekspertlər 0,2 faiz səviyyəsində azalma qeydə alıblar. "IDC" tədqiqat şirkəti FK bazarının illik həcmini 308,62 milyon qiymətləndirib ki, bu da 2013-cü illə müqayisədə 2,1 faiz azdır.

"Gartner" və "IDC" tədqiqat şirkətləri hələ ki smartfon üzrə məlumatlarını dərc etməyiblər. Analitiklərin qiymətləndirməsinə əsasən, 2014-cü ildə ümumilikdə təxminən 1,17 milyard aparat tədarük edilib ki, bu da 2013-cü illə 26 faiz yüksəkdir.


Geri dön

•●Miňi Miňňacık•●

  • 25 yanvar 2015 16:40
  • Məqalə: 25
  • Şərh: 1034
  • Bal:
Cox sagolun...)

--------------------

sessiz deniz

  • 25 yanvar 2015 15:00
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrr

Pıtırcık

  • 25 yanvar 2015 13:41
  • Məqalə: 507
  • Şərh: 9708
  • Bal:
{awards}
XƏBƏRƏ GÖRƏ SAĞ OLUN

--------------------
http://legend.az/user/imza/http://legend.az/user/imza/

psix)

  • 25 yanvar 2015 13:28
  • Məqalə: 7
  • Şərh: 1683
  • Bal:
{awards}
tesekkurler........ feel

--------------------
......

Elya Alieva

  • 25 yanvar 2015 12:07
  • Məqalə: 102
  • Şərh: 7077
  • Bal:
{awards}
Тессекурлер

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 50
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}