Türkiyəli müğənni-aktyor Kutsi "Bəyaz yalan" adlı yeni serialla ekranlara qayıdır.
Müğənniyə təklif "Qardaş payı" və "Qaçaq gəlinlər" seriallarına prodüserlik edən "NTC Media" tərəfindən gəlib. Kutsinin tərəf müqabili isə "Qaçaq gəlinlər"də Kainat obrazını canlandıran aktrisa Dəniz Baysal olacaq.
Gülməz Pakmanın rejissorluğu ilə çəkilən serialda bir-birlərinə çox bənzəyən Alara və Mələk adlı qızların yer dəyişdirərək sevgililərini çaş-baş salmalarından bəhs ediləcək. İki fərqli duyğu və həyat ekran işinin əsas mövzusu olacaq. Serialın çəkilişlərinə bu ayın sonunda başlanılacaq.