Ölkələr haqqında məlumatlar - Laplandiya (1)

 
Ölkələr haqqında məlumatlar - Laplandiya (1)




Soyuqlar düşən kimi insanın ağlına «Qış gəlir, deməli tezliklə Yeni il şənliyi olacaq» fikri gəlir. Bəs, Yeni ili harada keçirmək olar? Bu sualın çox sadə cavabı var. Şaxta babanın evinizə gəlməyini gözləməkdənsə siz onun yanına gedin. Əlbəttə ki, Laplandiyaya. Şimali Avropada yerləşən bu ölkə dörd dövlət arasında bölünüb. Bunlar Norveç, Finlandiya, İsveç və Rusiyadır. Buranın köklü sakinləri sayılan saamlar şimal hissədə məskunlaşıblar. Onların yarısı qədim dildə (10 dialektdə) danışır. Əhalinin çoxu Şimal qütbündən 5 km aralıda yerləşən paytaxt Rovaniem, Kemiyarvi, Kemi və Tornio şəhərlərində yaşayır. Bu ekzotik məkanda ilin dörd fəslindən əlavə sirli bir mövsüm də var. Buna kamos deyirlər. Həmin vaxt günəş üfiq xəttindən yuxayıra qalxmır və ətraf göy rəngə bürünür. Kamosu Laplandiyanın şimalında il ərzində 200 dəfə müşahidə etmək olar. Saamların animistik anlayışlarına görə səmada görünən ağ, yaşıl və sarı rənglərin peyda olmasına səbəb təpələrlə qaçan tülkünün quyruğudur.

Marallarla səyahət

Yer kürəsinin bu guşəsini şimal marallarının əsl cənnəti adlandırmaq olar. Hətta H. X. Andersonun hamıya uşaqlıqdan məlum olan «Qar şahzadəsi» nağılında belə maralın dilindən verilən cümlədə Laplanidiyanın möcüzəli və gözəl bir yer olması barədə məlumat verilir. Burada hər kvadrat kilometrə 2 adam və 2 maral düşür. Hələ qədimlərdən marallar Günəşin simvolu hesab olunurdu. Buynuzları isə zamanın gedişi ilə assosiasiya olunurdu. Ölkənin Laplandiyaya aid olan ərazisində marallara hər yerdə rast gəlmək mümkündür. Onlar insanlar, maşınlar arasında istədikləri kimi dolaşırlar. Buraya gələn istənilən adam qısa kurs keçdikdən sonra maral qoşqusunu idarə edə və maral sürmək hüququ qazana bilər. Laplandiyanın faunasına marallarla yanaşı, ayı, tülkü, canavar və müxtəlif quşlar daxildir. Məsələn, Ranua parkında 60 növ şimal və arktik iqlimdə yaşamağa uyğunlaşan vəhşi heyvan növü saxlanılır. Burada sığına, cüyürə, hətta, ağ ayıya da rast gələ bilərsiniz.

Görməli yerlər

Bir haldakı ölkənin təbiəti özü Laplandiyanın ən diqqətəlayiq yerlərindən hesab olunur, onda buradakı istirahət növlərinin hamısı birbaşa onunla bağlıdır. Laplandiyanın həyatında mədəni hadisələr də baş verir. Hər ay müxtəlif istiqamətli musiqi, kino və cizgi film festivalları, buz üstündə gəzmə yarışı, helkəltəraş sərgiləri, buzdan fiqurkəsmə və s. tədbirlər keçirilir. Ölkənin tarixində «qızıl həyəcanı» dövrü də böyük rol oynayıb. Burada XX əsrin əvvəllərində aktiv şəkildə qızıl çıxarılırdı. Tankavaarada qızıl qəsəbəsi, Beynəlxalq qızıl muzeyi yerləşir. Muzeydə qızılçıxarmanın tarixi barədə lazımi məlumat əldə edə və bir neçə dəqiqə özünüzü qızıl axtaran rolunda görə bilərsiniz. Kemi şəhərinə baş çəkməyi də unutmayın. Dünyada ən böyük qar qəsri və turistlər üçün nəzərdə tutulan yeganə «Sampo» buzqıran gəmisi buradadır. İnarinyarvi gölündə yerləşən Ukko adasını isə əhali qədim ruhların məskəni adlandırır, nə özləri oraya baş çəkir, nə də başqalarının getməyini məsləhət bilirlər.

Şaxta babanın evi

Santa Klaus, yəni Şaxta baba Finlandiya ərazisinə aid olan Laplandiyada Korvantunturi dağında işgüzar cırtdanlarla birgə yaşayır. Dağ öz formasına görə dovşan qulağını xatırladır. Şaxta baba ağ saqqallı, qızmızı kürklü və içərisində oyuncaqlar dolu kisələr olan səkkiz maralın qoşulduğu xizəyi idarə edən mehriban kişi obrazında təsvir olunur. Bu maraqlı personajın meydana gəlməsi konkret adamla bağlıdır. Həmin şəxs 300-cü ildə Kiçik Asiyanın Smirna şəhərində yaşayıb. Onu Nikolay Mirlikinski, yaxud da Smirna şəhərindən olan Nikolaus kimi çağırırdılar. Bu yepiskop mehribanlığı, səxavətlililiyi və kasıb uşaqlarına bəslədiyi məhəbbətilə şöhrət qazanmışdı. Hətta, Nikolaus onların yaşadıqları evlərin pəncərəsindən hədiyyələr də atardı. Rəsmi olaraq Şaxta babanın ofisi 1985-ci ildə açılıb. Buraya il ərzində dünyanın hər yerindən 700 min məktub gəlir. Onun ən böyük arzusu isə Yer kürəsindəki uşaqların hamısını xoşbəxt etməkdir.

Mətbəxi

Ta qədimdən əhalinin əsas qida vasitəsi ət (qışda) və balıq (yayda) olub. Bu mətbəxə daxil olan xörəklər arasında qızardılmış və qaxac edilmiş maral, eləcə də qızıl balıq, böyürtkən və pendirlə süfrəyə verilən bişmiş kəklik əti və s. adını çəkmək olar. Təbiətin Laplandiyaya verdiyi ən sevimli ənamlarından biri də sarı böyürtkəndir. Portağalla müqayisədə onun tərkibindəki C vitamini 3-4 dəfə çoxdur. Burada müxtəlif giləmeyvələrdən mürəbbələr, komportlar, marmeladlar hazırlanır. Xamalı çörək və qaxac edilmiş maral ətinin isə öz yeri var. İçərisinə kartof və kök əlavə edilən maral şorbasını isə mütləq «rieska» adlandırılan çörəklə yeyin. Qızıl balıq şorbasının da dadına baxmağınız məsləhətdir. Onun tərkibində kartof, cəfəri, bibər və soğan kimi inqredientlər olur. Qızıl balıqdan hazırlanan «medalyonlar» necə? Bu Lapin Puykula adlı kartof sortu, tərəvəz, limon dilimləri və cəfəri ilə süfrəyə verilən qızardılmış balıqdır. Laplandiya mətbəxində alabalıqdandan hazırlanan xörəklərə də müraciət olunur.


Geri dön

•●Miňi Miňňacık•●

  • 25 yanvar 2015 16:36
  • Məqalə: 25
  • Şərh: 1024
  • Bal:
Maraqlidi cox sagolun...)

--------------------

sessiz deniz

  • 25 yanvar 2015 14:58
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrr

my angel__

  • 25 yanvar 2015 14:02
  • Məqalə: 291
  • Şərh: 10843
  • Bal:
{awards}
Ora gedib Waxta babanı görmey istiremmm ((

--------------------
Səndən sonra içimdə yoxdur qorxu. Çünki səni itirmək idi ən pis qorxulu duyğu.. #17

NIGAR

  • 25 yanvar 2015 13:32
  • Məqalə: 862
  • Şərh: 11127
  • Bal:
{awards}
MARAĞLIDIR

--------------------
legend.az/user/imza/legend.az/user/imza/


psix)

  • 25 yanvar 2015 13:23
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
maraglidi tesekkur edirem

--------------------
......

Elya Alieva

  • 25 yanvar 2015 12:17
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Мараглийды

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 48

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 46
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 862
 
Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 60
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 275
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
aytc.sza
Xəbərləri: 12
Cəmi: 15
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}