Cinayət və cəza

 
Cinayət və cəza

"Mən nə Dostoyevski`ni təkrarlamaq fikrindəyəm, nə də ölümə haqq verən Raskolnikov deyiləm.
Amma mən də bir cinayət işləmişəm. mən də bir adam öldürmüşəm. mənim də əlim artıq qana bulaşıb. Bunu açıq etiraf edirəm. O çox fərqli insan idi. Nə bilim...Sanki bu cəmiyyət üçün yaranmamışdı.Bəlkə cinayətə gedən cığırıma işıq salan səbəb elə bu idi.

Bəlkə də sonsuz mübahisələrimiz.Heç cür ortaq məxrəcə gələ bilməməyimiz.Nə o, sadələşmək istəyirdi, nə də mən vuruğumla toqquşa bilmirdim.Bəzən bütün varlığım onun əsarəti altına keçirdi.Onun düşüncələri beynimi fəth edirdi.Qəribə sözlər deyirdi.necə idi...hmmm...Dünyanı düzəltmək, rüşvətə yox, haram yeməyək...nə bilim, belə qəribə-qəribə, gülməli fikirlər.Deyirdi cəmiyyət boğazına kimi bataqlıqdadı, guya gözümüzü pullar örtüb, əllərimiz quyu qazmaqla məşğuldu, ayaqlarımız ədalətdən qaçır, qulaqlarımızda haqqkeçirməz pərdə var, dilimiz qeybət və yalan üyüdən dəyirmanları xatırladır.

Eh...Nə yalan danışım...Hərdən düşünürdüm bəlkə düz deyir. Sonra tez özümə gəlirdim. Bunla razılaşsam mənə də dəli deyərlər. YOX!!! Bu 100% dəlidi. Əslində onu öldürməklə yaxşı iş gördüm, onsuz da mən öldürməsəm, tezliklə kimsə öldürəcəkdi. Axı o...axı O, əziyyət çəkirdi. Hər şeyi...boş-boş şeyləri ürəyinə salırdı. Uşaq evinin müdiri yardımı evinə apardı, müəllim uşaqlardan pul yığır, həkim hörmət istəyir...hər boş şeyə fikir verirdi.Deyirdim bunlardan sənə nə axı?! hamı fırıldaq edir, sən də et...yox O, guya saf adam idi...nə isə...O`nu məhv etdim...Bəlkə bir növ azad etdim...bəlkə də sonuncu cümləni özümə bəraət qazandırmaqçün yazdım.bu əsas deyil...O`nu öldürüb basdırdım...şüur və sətirlərimin altında,tozlu kitabçamın saralmış səhifələrindəki dərin quyularda basdırdım...yoxdu O artıq...mən MƏN`i məhv etdim...” ÖLDÜRÜLƏN DƏ MƏN`ƏM, öldürən də mən`əm. Biri MƏN, o biri sadəcə mən.

MƏN-həqiqəti deyib alov püskürən, ömrü boyu cəza çəkən üsyankar.
mən-dünyayla, cəmiyyətlə barışmış, yazılmamış,əbədi,bəşəri qanunlara riayət edən adi bir insan.MƏN`i öldürüb hakim olan düşüncələr.
"MƏN hərdən ümid edirdim qanunlar yazılmayıbsa deməli dəyişmək hələ mümkündür.Sonda anladım bu yazılmamış ədalətsiz qanunlar kağız üstə, daş üstə deyil, insanlıq adlanan sürünün, qanına, iliyinə həkk olunub...Və tükəndim...Təslim oldum MƏN, şeytanın içimdəki səfirinə...”

BU DA XEYİR-şər MÜBARİZƏSİNİN SONU...! sƏn HANSINI SEÇİRSƏN...?!

sən – "içindəki” "SƏN”i öldürüb CİNAYƏT işləmək...!
SƏN – "sən”lərlə mübarizə aparıb, CƏZA çəkmək...! -


Geri dön

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 5 fevral 2015 00:12
  • Məqalə: 694
  • Şərh: 18821
  • Bal:
sən – "içindəki” "SƏN”i öldürüb CİNAYƏT işləmək...!
SƏN – "sən”lərlə mübarizə aparıb, CƏZA çəkmək...! -

Elya Alieva

  • 5 fevral 2015 00:12
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Tesekkurler

--------------------
UREYIM...I MEN

sessiz deniz

  • 27 yanvar 2015 21:37
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
twklerrrrrrrrrrr

G♥S

  • 27 yanvar 2015 19:51
  • Məqalə: 204
  • Şərh: 4080
  • Bal:
{awards}
sən – "içindəki” "SƏN”i öldürüb CİNAYƏT işləmək...!
SƏN – "sən”lərlə mübarizə aparıb, CƏZA çəkmək...!

--------------------

psix)

  • 27 yanvar 2015 14:12
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
men icimdeki meni oldurub cinayet islemk

--------------------
......

NIGAR

  • 27 yanvar 2015 13:37
  • Məqalə: 870
  • Şərh: 11168
  • Bal:
{awards}
MARAĞILDIR

--------------------
legend.az/user/imza/legend.az/user/imza/

Elya Alieva

  • 27 yanvar 2015 13:01
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
Тесеккурлер ацы бир Хецайедир

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 51
Cəmi: 99

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}