Sağlam olmaq üçün Tibet müdriklərindən 25 MƏSLƏHƏT

 
Sağlam olmaq üçün Tibet müdriklərindən 25 MƏSLƏHƏT



Sağlam olmaq üçün düzgün qidalanma, sağlam həyat tərzi nə qədər vacibdirsə, xoşbəxtliyini təmin edəcək qarşılıqlı anlaşma, düzgün qurulmuş münasibətlər, həyata normal baxış da bir o qədər vacibdir.

Sağlamlığın birbaşa xoşbəxtliklə əlaqəli olduğunu vurğulayan Tibet müdrikləri xoşbəxt olmağın bir o qədər də çətin olmadığını və hər şeyin insanın özündən asılı olduğunu söyləyiblər.

LeGenD.az saytı mövzu ilə bağlı Tibet müdriklərinin 25 məsləhətini təqdim edir.

1. Kimsə xoşuna gəlirsə onu ürəyində gizlətmə, söylə.

2. Xoşuna gəlmədiyin hadisələr, yaxud insanlar haqqında fikirlərini də ürəyinə yük etmə, onları da söylə.

3. Kiməsə görə darıxırsansa çəkinmədən zəng vur.

4. Sənə aydın olmayan mətləbləri soruş, bunu eyib sayma.

5. Görüşmək istədiyin insan varsa onu görüşə dəvət et.

6. Sənə lazım olanı istəməyə utanma.

7. Heç vaxt mübahisə etmə.

8. Aydın insan olmağı istəyirsənsə, ilk növbədə anlatmağı bacar.

9. Əgər günahın varsa, bu barədə dərhal etiraf et, özünə bəraət qazanmağa çalışma.

10. Ətrafındakı insanlarla sənin fikirlərin üst-üstə düşməyə bilər. Buna görə narahat olma. Hər insanın özü qəbul etdiyi bir həqiqəti var.

11. Pis adamları ətrafına buraxma.

12. Həyatda əsas məhəbbətdir, qalanları boş şeydir.

13. Unutma ki, insanın problemi yalnız onun başında yerləşir. Hər şeyi problem kimi qəbul etmə.

14. Düşünmə ki, dünya ya qəzəbli, ya da mərhəmətlidir. Dünya sənin mövcudluğunun heç fərqinə belə varmır.

15. Hər bir hadisədən zövq almağa çalış.

16. Səni bezdirən, usandıran, yoran insanlardan uzaq ol.

17. Birdəfəlik beyninə həkk et ki, sənin heç kimə borcun yoxdur.

18. Onu da yadında saxla ki, heç kim də sənə borclu deyil.

19. Zövq almaq üçün vaxtını və pulunu əsirgəmə.

20. Həyatda yalnız özünə güvən.

21. Öz duyğularana, hisslərinə inan.

22. Ən yaxın insanlarla münasibətdə səbrli ol, onları sonadək dinləməyi bacar.

23. Əgər əhvalın pisdirsə, kədərlisənsə, fikirləş ki, nə vaxtsa öləcəksən və onda heç bu əhval da olmayacaq.

24. Bu gününlə yaşa, ona görə ki, artıq dünən yoxdur, sabahın isə olub-olmayacağı sənə bəlli deyil.

25. Hər yaşadığın günü həyatının ən yaxşı günü kimi qəbul et.

Belə düşünmək olar ki, Tibet müdriklərinin bu həyat fəlsəfəsi çox da qəliz deyil. Sadəcə bu məsləhətlərə əməl edib xoşbəxt olmağa cəhd etmək gərəkdir. Xoşbəxt olun ki, sağlıq durumunuzda da problemlər yaranmasın.


Geri dön

Elya Alieva

  • 3 fevral 2015 02:46
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
Meleyim elerne saqliq

--------------------
UREYIM...I MEN

Aylowka)))

  • 28 yanvar 2015 23:26
  • Məqalə: 265
  • Şərh: 2812
  • Bal:
{awards}
23. Əgər əhvalın pisdirsə, kədərlisənsə, fikirləş ki, nə vaxtsa öləcəksən və onda heç bu əhval da olmayacaq.

--------------------
--Dualarında beni unutma olurmu?) --Sen benim tek duamsın merak etme♡)
__________________________________ Ve insan yalnızca dua ederken dürüsttür!!!

sessiz deniz

  • 28 yanvar 2015 20:32
  • Məqalə: 410
  • Şərh: 6771
  • Bal:
{awards}
twklerrrrrrrrrrr

psix)

  • 28 yanvar 2015 15:55
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
minetdaram melumataniza gore

--------------------
......

Sveed_Angel

  • 28 yanvar 2015 13:54
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
15. Her yasadigin gunu en yaxsi gunun qebul et

--------------------
Sveed_Angel ♥_✰

Pıtırcık

  • 28 yanvar 2015 13:44
  • Məqalə: 576
  • Şərh: 9728
  • Bal:
{awards}
16. Səni bezdirən, usandıran, yoran insanlardan uzaq ol.
recourse o qeder bezmisem ki uzaqlasmaq isteyirem buuralardan

--------------------
http://legend.az/user/imza/
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 26
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}