Ölkələr haqqında məlumatlar - Norveç (1)

 
Ölkələr haqqında məlumatlar - Norveç (1)


1. Norveç Yer kürəsinin ən xoşbəxt yerlərindən biri hesab olunur.

2. Ən təhlükəsiz yerlərdən biridir.
Norveçin cinayət və həbslər üzrə statistikası olduqca aşağıdır. Bir müdrik hüquq tələbəsi demişdir: "Xoşbəxt insanlar ərlərinə atəş açmazlar”

3. Burada "allemannsrett” adlandırılan qanun vardır.
"Allemannsrett” sözü "all men’s right” ifadəsindən götürülmüşdür. Bu ictimai hüquq hesab olunur və insanların becərilməmiş torpaqlar arasında "azad veyillənməsi”nə imkan verir. Bu o deməkdir ki, insanlar ucqar ərazilərdə(utmark) çadır qura və yürüyüş edə bilərlər.

4. Trolltunga foto çəkdirmək üçün əla yerdir.
Trolltunga ən ağlasığmaz ərazilərdəndir.

5. Həmçinin Kjeragbolten.
Gördüyünüz qənbər daşın üzərində rahaqtlıqla dura bilərsiniz. İki dağ arasında yerləşən və ayaq basdığınız torpaqdan minlərlə metr yüksəklikdə dura biləcəyiniz başqa yer tanıyırsınız?

6. Hətta şəhər əraziləri də yaşıllıqla zəngindir.
Oslo Norveçin paytaxtıdır. Şəhər yaşıl təpələrlə əhatələnmişdir. Təbii ki, bura betondan ibarət cəngəllik deyil.

7. Fredrikstad qalası möcüzələr diyarıdır.
Fredrikstad Skandinaviyada ən yaxşı qorunmuş qala hesab olunur.

8. Fyordlar.
Norveç fyordları kəşf olunması lazım olan ən mükəmməl yerlərdəndir.

9. Norveçdə gümüş ucuzdur, gümüşdən hazırlanan məmulatların keyfiyyəti isə yüksəkdir.

10. Balıqçılar üçün xüsusi komalar vardır.
Onlar hər yerdədir. Ürəyiniz istədikdə bu komalardan birində qala bilərsiniz.

11. Gecə yarısı Günəşi.
24 saat görünən Günəş Şimal qütb dairəsində yay fəslində Norveçin şimalında müşahidə olunur.

12. Norveç xizək sürmənin vətəni hesab olunur.

Müasir xizək sürmədən ilk dəfə Norveçdə istifadə olunmuşdur. İngiliscə işlədilən və dilimizdə "xizək sürmə” kimi istifadə olunan "ski” sözü qədim Skandinaviya dilindən götürülmüşdür və təxminən "bölünmüş ağac parçası” kimi tərcümə olunur.

13. Finlandiyada olduğundan daha çox göl vardır.
Finlandiyada 60.000-dən çox göl vardır, lakin Norveç say etibarı ilə onu ötüb keçmişdir.

14. Hornindalsvatnet Avropanın ən dərin gölüdür.

15. Dünyanın ən uzun tuneli də Norveçdə yerləşir
Laerdal tuneli 24.5 kilometr uzunluğundadır. Əlvan rənglərlə işıqlandırılmış mağara tuneli dörd bölməyə ayırır və bu sürücülərdə yaranmış həyəcanı azaltmağa kömək edir. Tuneldən keçmə müddəti 20 dəqiqəyə bərabərdir.

16. Floyen dağının zirvəsindən bir görüntü.

17. Norveçdə qütb parıltısının da şahidi ola bilərsiniz.
Lotofen adalarından bir görüntü

18. İki kəlmə: şimal maralları.
Santa çox uzaqda deyil.

19. Daha iki kəlmə: qütb ayıları.

20. Norveçin milli içkisi Aquavit adlanır.

21. Siz hətta yayın ortasında belə xizəklə sürüşə bilərsiniz.

22. Aalesund gündüzlər çox dəbdəbəli olur…

23. Geirangerfjord’dan bərə ilə keçmək heyrətamizdir.

24. Norveçin 51.600 mil məsafədə uzanan sahili və 50.000 adanın olması onu özünəməxsus edən xüsusiyyətlərdən biridir.
Qayıqla kəşf edə biləcəyinizdən daha çox su, piyada gəzə biləcəyinizdən daha çox torpaq olan yerdə necə darıxmaq olar?

25. 17 may Norveçin milli bayramıdır. 1814-cü ildə Danimarkanın tərkibindən qurtulub İsveçin nəzarətinə keçəndə qəbul olunan ilk Konstitusiya təqvimin məhz bu gününə təsadüf edir.

26. Burada dilənən kasıblara rast gəlmək çətin məsələdir. Demək olar ki, onların çoxu immiqrantlardır. Ötən əsrin 90-cı illərində heç bu cür hallar da yox idi.

27. Norveçdə siqaret kötüklərini yolun ortasına atmırlar. Eləcə də əgər siz yoldaşınızla siqaretinizdən bölüşmüsünüzsə, o bunu mütləq geri qaytarmağa çalışacaq.

28. Norveçlilərdə şəxsi mülkiyyətə hörmət hissi çox inkişaf edib. Ona görə də gündüzlər şəhərkənarında heç kim evlərinin qapılarını bağlamır.

29. Daha nüfuzlu təhsil müəssisələri - texniki universitetlər, neft-qaz institutları və dəniz akademiyasıdır.

30. Əksər norveçlilər sadə, lakin çox rahat evlərdə yaşayırlar. Adətən onlar göy-ağ və ya qırmızı rənglərdə boyanılır. Evin damında istiliyin saxlanması üçün təbii otlardan ibarət qazon yerləşdirilir.


Geri dön

Elya Alieva

  • 4 fevral 2015 22:54
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
Tesekkurler

--------------------
UREYIM...I MEN

J ♥ S

  • 1 fevral 2015 17:58
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
Maraqlidi secilmiwlere atdim

--------------------
J & S ∞♥....

-Kralica-

  • 27 yanvar 2015 23:25
  • Məqalə: 696
  • Şərh: 8590
  • Bal:
{awards}
coooox saqolun

--------------------




คşк łคfтคɴ คɴłคмคz ❤

  • 27 yanvar 2015 21:25
  • Məqalə: 683
  • Şərh: 18670
  • Bal:
{awards}
2. Ən təhlükəsiz yerlərdən biridir.
Norveçin cinayət və həbslər üzrə statistikası olduqca aşağıdır. Bir müdrik hüquq tələbəsi demişdir: "Xoşbəxt insanlar ərlərinə atəş açmazlar”

--------------------
Həyatı elə yaşa ki, həyat səni qısqansın.. winked

NIGAR

  • 27 yanvar 2015 21:02
  • Məqalə: 627
  • Şərh: 10028
  • Bal:
{awards}
MARAĞLIDIR

--------------------
legend.az/user/imza/

psix)

  • 27 yanvar 2015 20:53
  • Məqalə: 7
  • Şərh: 1655
  • Bal:
{awards}
tesekkur.ilk serh menden tongue

--------------------
......
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 44
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}